Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçirilib

14:54 / 28.02.2017

Fevralın 27-də Niderland Krallığının Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) V Qurultayı keçirilib.

Konqresin V Qurultayına Avropanın 27 ölkəsindən 87 nümayəndə qatılıb.

Qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iştirak ediblər.

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailova qurultayı açıq elan etdi.

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra qurultay öz işinə başladı.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Azərbaycanlıları Konqresinin V Qurultayının iştirakçılarına müraciətini oxudu. 

Müraciətdə Prezident İlham Əliyev Avropa Azərbaycanlıları Konqresinin növbəti qurultayını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Dövlətimizin başçısının müraciətində bildirilib ki, müasir dövrdə qələbələr təkcə hərb yolu ilə deyil, həm də siyasi-intellektual vasitələrlə təmin edilir. Bu sahədə vacib resurslardan biri də xarici ölkələrdə yaşayan həmvətənlərimiz və onların yaratdıqları təşkilatlardır. Bu baxımdan, Azərbaycan diasporu öz fəaliyyətini daha da genişləndirməli, işlərin koordinasiyasını və dost ölkələrin oxşar təşkilatları ilə əlaqələrini gücləndirməlidir. Diaspor nümayəndələri ölkəmizlə bağlı məlumatları, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri Avropa ictimaiyyətinə daha çevik və dolğun çatdırmalı, mədəniyyətimizin təbliği istiqamətində yeni metod və vasitələrdən səmərəli istifadə etməlidirlər.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək AAK-ın fəaliyyəti barədə fikirlərini bildirdi, qurultayın işinə uğurlar arzuladı.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasının, diasporun formalaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini bildirən Prezidentin köməkçisi dedi: “Prezident İlham Əliyev Ümummilli Liderin siyasətini uğurla davam etdirərək diasporumuzun təşkilatlanması, inkişafı, Azərbaycan ilə əlaqələrinin gücləndirilməsi üçün daim yüksək diqqət və qayğı göstərir. Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımıza hər zaman dayaq olub və bundan sonra da dəstəyini əsirgəməyəcək. Eyni zamanda, xaricdəki həmvətənlərimizin yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiya etməsi, ictimai rəyə təsir imkanlarına malik olması bizim üçün əhəmiyyətli və vacib məsələdir”.

Sonra Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli Sərəncamı ilə yüksək dövlət orden və medallarına, fəxri adlara layiq görülmüş Konqres üzvlərinə mükafatlar təqdim olundu.

Qurultayın işçi orqanlarının tərkibi seçildikdən sonra AAK-ın prezidenti Samira Patzer-İsmailova hesabat məruzəsi ilə çıxış edərək təşkilatın fəaliyyəti, əldə etdiyi uğurlar, qarşılaşdığı çətinliklər barədə geniş məlumat verdi.

Daha sonra Mandat Komissiyasının hesabatı dinlənildi.

Belarusun Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Niderland Krallığının Nord Holland əyalətinin millət vəkili Songül Akkaya, Finlandiya Azərbaycanlıları Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Əlizaman Hüseynov, Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi və digərləri çıxış edərək AAK-ın fəaliyyəti barədə fikirlərini və təkliflərini səsləndirdilər.

Çıxışlardan sonra qurultayın qətnaməsi müzakirə və təsdiq edildi, AAK-a yeni üzvlər qəbul olundu.

Qurultay iştirakçıları, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanatın mətnini müzakirə edərək qəbul etdilər.

Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul olundu.

Qurultayın yekununda AAK-ın rəhbər orqanlarına seçkilər keçirildi, İcraiyyə Komitəsinin yeni tərkibi təsdiq olundu. Samira Patzer-İsmailova Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti seçildi.

Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov Avropa Azərbaycanlıları Konqresinin prezidenti, iş adamı Füzuli Məmmədov birinci vitse-prezidenti seçildilər.

Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev, Estoniya parlamentinin sabiq deputatı Eldar Əfəndiyev, Alman Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev, Rusiyanın “OTDO” hüquq firmasının sədri Samir Məmmədov təşkilatın vitse-prezidentləri seçildilər.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq Prezident İlham Əliyevin diaspor quruculuğu işinə xüsusi diqqət və qayğı göstərdiyini bildirdi. O, AAK-ın ən fəal diaspor təşkilatlarından biri olduğunu, qısa vaxt ərzində uğurlu yol qət etdiyini vurğuladı.

Nazim İbrahimov qeyd etdi ki, Diasporla İş üzrə Dövlət Komitəsi Avropa Azərbaycanlıları Konqresinə hər zaman olduğu kimi, bundan sonra da dəstək göstərəcək. Avropada Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, kütləvi informasiya vasitələri ilə əlaqələrin inkişaf etdirilməsi, soydaşlarımızın yaşadıqları ölkələrin siyasi həyatında daha fəal iştirakının təmin olunması üçün AAK-ın yeni rəhbərliyi fəal işləməlidir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM