Azərbaycanda gizli xəzinə tapıldı... - FOTO

10:13 / 01.03.2017

Goranboy rayonu Qızılhacılı qəsəbəsinin yaxınlığında, yerli sakinlər arasında "buruq" adlandırılan qeyri-adi bir məkan var. Oradan qalxan və bir neçə kilometrlik məsafədən görünən buxar, gecələr isə dayanmadan yanan alov ilk dəfə görənləri təəccübləndirir. Yaxınlaşdıqca isə daha heyrətamiz mənzərə göz önündə canlanır.

Strategiya.az xəbər verir ki, burada heç bir xüsusi qurğu, mühərrik və ya nasos olmadan yerin altdan çıxan su yanaraq fontan vurur. Suyun istiliyi isə müsbət 20-25 dərəcə olur.

Yerli sakinlərin sözlərinə görə, 10 illərdir axan bu su min bir dərdə dərman olsa da, onlara ziyanından başqa xeyri dəyməyib. Belə ki, duzlu və kükürdlü su hektarlarla ərazinin şoranlaşmasına səbəb olur.

Sakinlərin bildirdiklərinə görə, su neft axtarmaq məqsədilə 1947-ci ildə aparılan kəşfiyyat işləri aparılan zaman üzə çıxıb. Yalnız çox sonralar kənd sakini Əlizadə Şirinovun səyi nəticəsində bu suyun faydalı tərəfləri əhaliyə məlum olub.

Bu haqda Sputnik Azərbaycan-a danışan qəsəbə sakini Ə. Şirinov, hələ sovetlər vaxtından buranın daha çox insanın istifadəsi üçün abadlaşdırılmasna çalışsa da, istəyinə nail olmadığını deyir. Sovetlər dönəmində kolxozda zootexnik kimi fəaliyyət göstərən Ə. Şirinov suyun faydalı xüsusiyyətlərini ilk olaraq heyvanlarda müşahidə edib. Kolxozun camışçılıq fermasının heyvanlarının bu suda çimdiklərindən, onlarda heç vaxt dəri xəstəliyinin olmadığını görüb.

Bu səbəbdən suyun müalicəvi tərkibini araşdırmaq fikrinə düşən Şirinov, 1988-ci ildə sudan nümunə götürərək Moskvaya — SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Kurortologiya və Fizioterapiya Elmi-Tədqiqat İnstutuna göndərib. Cavab isə gözlənilən olub — bu sudan oynaq-hərəkət aparatının, periferik əsəb sisteminin, ürək-damar, dəri xəstəliklərinin və ginekoloji xəstəliklərin xroniki formalarını müalicə etməyin mümkünlüyü bildirilib. Hətta nazirliyin Müalicə-Profilaktika Yardımı Baş İdarəsi kolit xəstəliyinin müalicəsi məqsədilə sudan müəyyən dozada içilə biləcəyini də deyib.

Bu cavablardan sonra Əlizadə Şirinov ərazidə bir müalicə müəssisəsi tikilməsi üçün fəaliyyətə başlayıb. Demək olar ki, rayon rəhbərliyindən tutmuş SSRİ rəhbərliyinə kimi müraciət edib. Nəhayət, uzun yazışmalardan sonra Respublika Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat, Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutundan mütəxəsislər gələrək suyun tərkibini yerində yoxlayıblar. Yod, brom və müxtəlif minerallarla zəngin olan bu suyun müalicədə istifadə edilməsi bir daha təsdiqlənib.

Nəticədə, 90-cı illərin əvvəllərində suyun çıxdığı ərazidə 12 nəfərin eyni vaxtda müalicə ala biləcəyi, 6 metr enində 27 metr uzununda müalicəxana tikilməsi üçün layihə hazırlanıb, smeta tutulub. Lakin müharibənin başlanması, imperiyanın dağılması ilə bir çox layihələr kimi, bu layihə də arxiv sənədinə çevrilib.

Əlizadə Şirinov müstəqillik illərində də müalicəxananın tikintisi üçün çalışsa da, bu proses onun üçün yalnız stress və zaman itkisi ilə nəticələnib. Beləcə, minlərlə insanın şəfa tapa biləcəyi, minlərlə turist cəlb etməyə qadir olan bir xəzinə, hazırda yalnız insanlara ziyan vurmağa xidmət edir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM