AZƏRTAC-ın yaranmasından 97 il ötür

11:02 / 01.03.2017

Martın 1-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) yaranmasının 97-ci ili tamam olur. Onun böyük bir dövrü əhatə edən fəaliyyəti və taleyi Azərbaycanın tarixi ilə üzvi surətdə bağlıdır. Zamanın sərt küləkləri və təlatümləri təbii ki, ölkənin ilk milli xəbər agentliyi olan AZƏRTAC-dan da yan keçməyib: adı 8 dəfə dəyişdirilib, müəyyən dövrlərdə sərbəstliyi əlindən alınıb, ciddi senzura şəraitində fəaliyyət göstərib. Nəhayət, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra AZƏRTAC öz inkişafının tam fərqli, keyfiyyət etibarilə yeni mərhələsini yaşamağa başlayıb.

AZƏRTAC-ın tarixinin ən yeni uğur səhifəsi

Təxminən bir əsrə yaxın müddət ərzində mürəkkəb və şərəfli yol keçən agentliyin salnaməsinə 2016-cı ildə yeni bir uğur səhifəsi yazıldı. AZƏRTAC eyni vaxtda iki böyük tədbirə - Dünya Xəbər Agentliklərinin V Konqresinə və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına ev sahibliyi etdi. Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan mötəbər beynəlxalq tədbirlərdə 80 ölkədən 130 xəbər agentliyinin 200-dək rəhbəri və təmsilçisi, media üzrə beynəlxalq ekspertlər, BMT-UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak etdilər. Prezident İlham Əliyevin bu tədbirlərin birgə açılış mərasimindəki parlaq nitqi, Konqres iştirakçılarının bir qrupu ilə görüşü böyük rezonans doğurdu. Dünyanın informasiya siyasətini müəyyənləşdirən peşəkarlar dövlətimizin başçısının erudisiyasını, sərrast məntiqini, cəmiyyət-dövlət-media münasibətlərinə kreativ yanaşmasını olduqca yüksək qiymətləndirdilər. Beynəlxalq media qurumlarının Bakıda keçirilən tədbirlərini dünyanın 150-dən çox xəbər agentliyi işıqlandırdı.

Beləliklə, həm Dünya Xəbər Agentlikləri Konqresinə, həm də OANA-ya sədrlik AZƏRTAC-a keçdi. Agentlik 2019-cu ilədək hər iki quruma rəhbərlik edəcək.

AZƏRTAC-ın təşkili bir ilə başa gəldi

Tarixə nəzər salaq. 1919-cu il martın 3-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin – Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf Agentliyinin təşkili barədə məsələ müzakirəyə çıxarıldı. İclasda Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin bu barədə məruzəsi dinlənildi və agentliyin təşkil edilməsi xalq maarif naziri Nəsib bəy Usubbəyova tapşırıldı. Sonradan bu səlahiyyət Maarif Nazirliyindən alınaraq Poçt və Teleqraf Nazirliyinə həvalə edildi. 1919-cu ilin ikinci yarısında AZƏRTAC-ın yaradılması haqqında qanun layihəsi və agentliyin əsasnaməsi hazırlandı.

AZƏRTAC müstəqil agentlik kimi yalnız iki ay fəaliyyət göstərə bildi

1920-ci il fevralın 2-də agentliyin ştatlarının layihəsi və əsasnaməsi Milli Hökumətin iclasında müzakirə edilərək parlamentə təqdim olundu. Parlamentin fevralın 23-də keçirilən iclasında deputatlar Ağa Eminov və Ağa Aşurov AZƏRTAC-ın yaradılmasının zəruriliyini bir daha əsaslandırdılar.

Nəhayət, 1920-ci il martın 1-də Azərbaycanın ilk milli xəbər agentliyi fəaliyyətə başladı. Martın 2-də “Azərbaycan” qəzetində “AZƏRTAC” imzası ilə ilk xəbərlər dərc olundu. Lakin o, müstəqil agentlik kimi yalnız iki ay fəaliyyət göstərə bildi. Həmin il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə AZƏRTAC-ın da təlatümlü və çətin günləri başladı.

AZƏRTAC Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialına çevrildi

Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk aylarda AZƏRTAC formal olaraq müstəqilliyini qoruyub saxlasa da, əslində Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialına çevrildi. 1920-ci il iyunun 9-da Nəriman Nərimanovun Azərbaycan Mərkəzi Mətbuat Kollegiyasının yaradılması haqqında imzaladığı dekretlə agentlik AzQafRosta adı ilə kollegiyaya daxil edildi. Agentlikdə informasiya işinin təşkilində kollegiyanın sədri, tanınmış jurnalist Ağababa Yusifzadə böyük rol oynadı.

1921-ci ildə agentlik QafRosta-nın bazasında yenidən təşkil olundu. Həmin ilin avqustunda AZƏRTAC-ın adı dəyişdirilərək AzərTA adlandırıldı. 1922-ci ildə SSRİ qurulduqdan sonra isə AzərTA Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialı kimi fəaliyyət göstərməyə başladı. Bir müddət sonra, 1923-cü ilin martında Zaqafqaziya Federasiyası yaradıldı və üç Cənubi Qafqaz respublikasının informasiya agentlikləri ZaqTA adı altında birləşdirildi. 1936-cı ildə isə AzərTA yenidən müstəqil informasiya vasitəsi kimi fəaliyyətini bərpa etdi.

AZƏRTAC-ın dirçəlişi 1969-cu ildən başladı

1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi rəhbərliyə gəldikdən sonra respublika həyatının bütün sahələrində dirçəliş başlandı. O vaxt Azərinform adlanan milli xəbər agentliyi də öz inkişafının yeni mərhələsinə qədəm qoydu. 1970-ci illərdə SİTA Moskvadakı baş ofisini ilk dəfə tam kompüterləşdirməyə başlayanda Heydər Əliyevə hörmət əlaməti olaraq ittifaq respublikaları arasında Ukrinformdan sonra Azərinformu o dövrün müasir “Videoton”, daha sonra isə “Olivetti” markalı kompüterləri ilə təchiz etdi.

Sovet hakimiyyəti dövründə 8 dəfə ad dəyişikliyinə məruz qalan agentliyin tarixi adı Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qaytarıldı: 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başladı. Nəhayət, Prezident İlham Əliyevin 2015-ci il 26 fevral tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi adlandırıldı.

AZƏRTAC bu gün 7 dildə informasiya və 5 dildə videoxəbər yayır

Bu gün AZƏRTAC ölkə həyatının bütün sahələrinə dair hər gün fasiləsiz olaraq Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və Çin dillərində operativ informasiyalar yayır. Bu sıraya ayda 10 mindən çox xəbər, 50 mindən çox foto, 1400-dək videoxəbər, eləcə də infoqrafika materialları daxildir. AZƏRTAC regionda 7 dildə informasiya və 5 dildə videoxəbər yayan yeganə agentlikdir. Ölkə həyatının bütün sahələrində baş verən hadisə və yenilikləri operativ işıqlandıran agentlik, eyni zamanda, informasiyanın qloballaşdığı dövrümüzdə müstəqil Azərbaycanın uğurlarının daha geniş coğrafiyada təbliğinə nail olub. Agentliyin xəbərləri hazırda dünyanın 100-dən çox ölkəsinə yayılır. AZƏRTAC buna həm xaricdə fəaliyyət göstərən müxbir məntəqələri, həm də təmsil olunduğu beynəlxalq media qurumları, əməkdaşlıq etdiyi xarici informasiya agentlikləri vasitəsi ilə nail olur. AZƏRTAC 2004-cü ildə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına, 2008-ci ildə Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilib. Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir, 2011-2013-cü illərdə BSANNA-ya sədrlik edib.

AZƏRTAC 45 ölkənin informasiya agentlikləri ilə əməkdaşlıq edir

AZƏRTAC dünyanın 45 ölkəsinin milli informasiya agentlikləri ilə müqavilələr imzalayıb və onlarla uğurlu əməkdaşlıq edir. Onun 21 ölkədə, eləcə də respublikanın bütün bölgələrində müxbir məntəqələri yaradılıb.

Facebook, Twitter, YouTube, Instagram kimi sosial şəbəkələrdə AZƏRTAC-ın yeddi dildə profilləri fəaliyyət göstərir.

Hazırkı media bumu və sosial şəbəkələrlə rəqabət şəraitində AZƏRTAC informasiya məkanında yerini qoruyub saxlamaq və möhkəmləndirmək üçün müasir dövrün çağırışlarına çevik reaksiya verir, fəaliyyətini xəbər texnologiyasının ən yeni metodları və qabaqcıl dünya təcrübəsi əsasında qurmağa çalışır. Onun yaradıcı və texniki potensialı bu vəzifənin öhdəsindən gəlməyə imkan verən səviyyədədir.

Startegya.az AZƏRTAC kollektivini təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayır!


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM