Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII sammiti keçirilib.
Strategiya.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edib.
Sammitdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri əvvəlcə rəsmi foto çəkdiriblər.
Sammit “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.
İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Zirvə toplantısını Azərbaycan prezidenti İlham Əliyev açıb.
Dövlət başçısı yüksək qonaqpərvərliyə və İqtisadi Əməkdaşlıq Təşkilatının XIII sammitinin mükəmməl təşkilinə görə Pakistan baş naziri Məhəmməd Nəvaz Şərifə minnətdarlığını bildirib. Respublikamızın 2006-cı və 2012-ci illərdə İslam Əməkdaşlıq Təşkilatının iki sammitinə ev sahibliyi etdiyini deyən prezident İlham Əliyev bu təşkilata üzv ölkələrin hamısı ilə yaxşı münasibətlərə malik olan Azərbaycanın öz tərəfdaşları ilə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə iqtisadi əlaqələrini gücləndirdiyini vurğulayıb. Dövlət başçısı Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatını mühüm beynəlxalq təşkilat hesab etdiyini, 2012-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatının sədri kimi ölkəmizin bu qurumu gücləndirmək, onun dünya iqtisadi əməkdaşlığında iştirakını artırmaq və üzv ölkələr arasında çoxtərəfli tərəfdaşlığı təbliğ etmək üçün əlindən gələni əsirgəmədiyini bildirib.
Sonra prezident İlham Əliyev Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şərifin İqtisadi Əməkdaşlıq Təşkilatının XIII sammitinin sədri seçildiyini elan edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının XII sammitindən ötən müddətdə görülən işləri yüksək qiymətləndirərək prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, Pakistanın bu quruma sədrliyi dövründə üzv ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün səylə çalışacaqlarını vurğulayıb.
İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akça da bu quruma Azərbaycanın sədrliyi dövründə səmərəli fəaliyyətinə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib, ötən müddətdə görülən işlərlə bağlı hesabat verib.
Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin qarşılıqlı etimada və dəstəyə əsaslandığını vurğulayıb. Dövlət başçısı bunun əyani nümunəsi kimi, Azərbaycanın ərazisinin 20 faizini işğal edən Ermənistan ilə diplomatik münasibətlər qurmadığına görə Pakistana Azərbaycan xalqı adından bir daha minnətdarlığını çatdırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz üçün ağır nəticələrini, işğalçı Ermənistanın beynəlxalq hüquqa məhəl qoymamasını konkret faktlar əsasında ətraflı xarakterizə edən prezident İlham Əliyev Pakistanın Xocalı soyqırımını rəsmi şəkildə tanıyan 10-dan çox dövlətdən biri olduğunu deyib. Azərbaycanın müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verdiyini deyən dövlət başçısı respublikamızda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edildiyini bildirib, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrə uğurlar arzulayıb.
Sammitdə digər çıxış edənlər İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin qarşıda duran məsələlərin həlli üçün səylərini bundan sonra daha da gücləndirmələrinin, iqtisadi əlaqələri möhkəmləndirməyin, qarşılıqlı investisiya yatırımlarının artırılmasının və səmərəli təkliflərin nəzərə alınmasının vacibliyini vurğulayıblar, Pakistana bu təşkilata sədrliyi dövründə uğurlar arzulayıblar.
---
Martın 1-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammiti işə başlayıb.
Strategiya.az-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.
Prezident Sammitdə çıxış edib.
---
Martın 1-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammiti işə başlayıb.
Strategiya.az-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM