Xaçmazın Əhmədoba kənd sakini Fəxrəddin Bahadurov evini qızdırmaq üçün kustar üsulla istilik sistemi hazırlayıb. Onun ərsəyə gətirdiyi qurğu qeyri-adiliyi ilə diqqət çəkir. Belə ki, bu sistem alternativ enerji sayılan fındıq qabığı ilə çalışır.
Hazırladığı qurğu ilə gün ərzində 2 kisə fındıq qabığı yandırmaqla bütün evi qızdırmaq mümkündür. Ümumilikdə, istilik sisteminin ərsəyə gəlməsi üçün 1500 manat xərcləməli olub.
Bu qurğudan eyni zamanda kənd təsərrüfatında istixanaların qızdırılmasında da istifadə etmək mümkündür. (ARB TV)