Qlobal geosiyasi mənzərədə dəyişiklik: yeni qüvvələr nisbətinə doğru

11:28 / 02.03.2017

Müxtəlif analitik təşkilatlar dünya siyasəti, geosiyasəti, iqtisadiyyatı, təhlükəsizliyi ilə bağlı proqnostik hesabatlar hazırlamaqda davam edirlər. Onların hər biri maraqlıdır. Bizim regionla da bağlı bir sıra əhəmiyyətli məqamları özündə əks etdirən analitik sənədlərdə müəyyən faktorlar vardır ki, onların üzərində geniş dayanmağa ehtiyac duyulur. Bu bağlılıqda "Stratfor" və "PwC" kimi "beyin mərkəzləri"nin hazırladıqları məruzələr diqqətimizi çəkib. Onlarda qlobal miqyasda gözlənilən geosiyasi və iqtisadi proseslərin müəyyən təkamül ssenariləri analiz edilir və proqnozlar verilir. Hər iki təşkilat konkret olaraq Rusiyanın Avrasiyada siyasi, geosiyasi və iqtisadi nüfuzunun artacağından bəhs edirlər. Onlar məsələyə fərqli aspektlərdə yanaşırlar, lakin bütövlükdə mənzərə vahid məntiqi müstəviyə gətirildikdə, maraqlı qənaətlər əldə etmək olur. Həmin faktorların analizi faydalı olardı.

"Stratfor": Rusiya Avrasiyanın lideri ola bilər

Dünyanın "beyin mərkəzləri" geosiyasi dinamikada baş verə biləcək dəyişikliklərlə bağlı təhlillərini aparıb proqnozlar verməkdə davam edirlər. Maraqlıdır ki, onlar bəzən bir-biri ilə uyğun gəlməyən nəticələrə aparıb çıxarır. Lakin bütövlükdə dünya geosiyasətinin dinamikasını müəyyənləşdirmək baxımından həmin analizlər üzərində dayanmağa ehtiyac vardır.

"Stratfor" analitik mərkəzinin təhlil və proqnozları həmişə diqqəti çəkib. Bu dəfə də həmin təşkilat Rusiya ilə bağlı proqnoz verib (bax: Eugene Chausovsky. A New Year for Russia's Standoff With the West / "stratfor.com", 26 dekabr 2016). Məqalə müəllifinin fikrinə görə, 2017-ci ildə Rusiya Avrasiyada qüvvələr nisbətini dəyişmək şansına malikdir. Bu yenilik Moskvanın xeyrinə ola bilər. Kremlin bu uğuru ABŞ və Aİ-nin siyasətində gözlənilən düzəlişlərlə və Moskvanın MDB məkanında daha da fəallaşması ilə izah olunur.

Konkret ifadə edilsə, "Stratfor"un analitikləri gözləyirlər ki, bu il Rusiyanın bütövlükdə dünya siyasətinə təsir edə biləcək addımlar atması üçün lazım olan baza mövcuddur. Burada həm Moskvanın yaxın xaricdə daha səmərəli xarici siyasət yeritməsi faktoru rol oynayacaq, həm də Qərb elə də keyfiyyətli və qətiyyətli addımlar atmayacaq. Görünür, "Stratfor" Çin amilini də nəzərə alır. Çünki Pekin də ABŞ-dan asılı olmayan kursunu davam etdirəcəyini artıq bəyan edib. Avropanın böyük dövlətlərinə gəldikdə isə, "Brexit" onları Vaşinqtona son dərəcə ehtiyatla yanaşmağa sövq etməkdədir.

Analitiklər bir sıra Avropa ölkəsində bu il olacaq seçkilərdə D.Trampın siyasi mövqeyinə yaxın olan qüvvələrin uğur əldə edəcəyini gözləyirlər. Bu proses o cümlədən Fransa, Almaniya, Hollandiya və İtaliyada müşahidə edilə bilər. Artıq Fransada M.Le Pen "Frexit"dən danışır. Buna bənzər mövqe Avropanın digər siyasi dairələrində də səslənməkdədir.

Digər tərəfdən, Qərb analitik mərkəzləri vurğulayırlar ki, Avropada "siyasi turbulentlik" Amerikanı qane edir. Bu üsulla Vaşinqton "əbədi müttəfiqlərini" də idarə edə bilir. Həmin müddəalar işığında doğrudan da "Stratfor"un yuxarıda vurğuladığımız qənaətləri əsaslı təsir bağışlayır. Mümkündür ki, Rusiya Qərbdə gözlənən həmin tendensiyalardan yararlanaraq bu il geosiyasi meydanda daha fəal mövqe tutsun. Bu da Kremlə hətta sanksiyaların ləğvi məsələsini qaldırmağa imkan yarada bilər. Eyni zamanda, Rusiya üçün yaxın xaric məsələsi də aktuallaşa bilər.

Bütövlükdə Rusiyanın postsovet məkanında təsiri əhəmiyyətli dərəcədə arta bilər. Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan Rusiya ilə əməkdaşlığı daha da genişləndirəcəklər. Azərbaycan və Özbəkistan isə təhlükəsizlik sferalarında Moskva ilə əlaqələri inkişaf etdirməkdə maraqlı ola bilərlər (bax: əvvəlki mənbəyə). Bütün bunlar yekun olaraq Avrasiya İqtisadi İttifaqının (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) postsovet məkanında fəallığını yüksəltməyə imkan yarada bilər.

Bunların fonunda Avropa İttifaqının postsovet məkanına təsiri azalacaq. Mümkündür ki, ABŞ və Aİ-də bir sıra dairələr Rusiyaya qarşı sanksiyaların yumşaldılması və ləğv edilməsinə qarşı qətiyyətli mübarizə aparsınlar və NATO qoşunları Rusiya sərhədləri yaxınlığında qalsın. Lakin bu kimi faktorlar Moskvanın həm postsovet məkanı, həm də Qərb istiqamətində uğurlar əldə etməsinə mane ola bilməyəcək (bax: əvvəlki mənbəyə).

"PwC": Avropanın birinci iqtisadiyyatı olmağa kimin şansı var?

Şübhəsiz, "Stratfor" təcrübəli təşkilatdır. Onun analizləri və proqnozları maraqlıdır. Lakin Azərbaycan məsələsində analitiklər hansısa səbəbdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini təhlükəsizlik kontekstində layiq olduğu miqyasda və məzmunda nəzərə almırlar. Xatırladaq ki, "Stratfor" başqa bir proqnozunda 2017-ci ildə Rusiyanın Dağlıq Qarabağ məsələsində hakim rolunu oynamaqda davam edəcəyini vurğulayıb (bax: 2017 Annual Forecast: Eurasia / "stratfor.com", 27 dekabr 2016). Belə başa düşülür ki, "Stratfor" bu il Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyiş gözləməyib hesab edir ki, problem Kremlin nəzarəti altında qalacaq.

Bu halda Azərbaycan təhlükəsizliklə bağlı hansı addımları ata bilər? Əgər Qərb bu məsələdə passiv olmaqda davam edərək təcavüzkar Ermənistana real təzyiq göstərməyəcəksə, vəziyyət həqiqətən də təhlükəli hal ala bilər. "Stratfor"un analizi adekvatdırsa, Qərbin İrəvana hər hansı təsir göstərməsi gözlənilmir. Çünki hamı yaxşı bilir ki, münaqişənin mövcud status-kvo şəraitində qalmasının yeganə günahkarı Ermənistanın beynəlxalq təşkilatların sənədlərində qoyulan tələblərə əməl etməməsidir.

Təbii ki, belə olan halda problemin həlli İrəvandan konstruktiv olmağı tələb etməkdən keçir. Ağızdolusu sanksiyalardan danışan Qərb isə məhz bu məqamda sükuta qərq olur. Rusiyanı, İranı, Şimali Koreyanı və başqa ölkələri sanksiyalar tətbiq etməklə hədələyən dairələr təcavüzkar Ermənistanla bağlı tam sükut edirlər. Heç şübhəsiz, bu vəziyyətdə təşəbbüs tamamilə Rusiyanın əlinə keçə bilər. Söhbət bunun müsbət, yaxud mənfi olmasından getmir – reallıq var!

Ermənistan isə Rusiyanın Cənubi Qafqazda əsas müttəfiqi sayılır. Hər bir halda, Rusiya rəsmiləri bunu dəfələrlə ifadə ediblər. Bir sıra konkret müqavilələr də var ki, Moskva İrəvanı müdafiə edir. Eyni zamanda, Moskvanın Azərbaycanla inkişaf edən, qarşılıqlı faydaya əsaslanan əməkdaşlığı mövcuddur. Bütün bunlara görə, "Stratfor"un hesab etdiyi kimi, 2017-ci ildə Rusiyanın Cənubi Qafqaza təsiri digər böyük güclərdən daha çox ola bilər. Lakin bu vəziyyət Azərbaycanın təhlükəsizliyi ilə bağlı hansı şəraiti yaradır? Bu, artıq başqa mövzudur və "Stratfor" bunun üzərindən sükutla keçir. Bütün hallarda isə Azərbaycanın dövlət olaraq milli maraqlarına uyğun olmayan hər hansı bir təhlükəsizlik formatına qoşulmayacağı şübhə doğurmur.

Regional və qlobal geosiyasi dinamika baxımından başqa əhəmiyyətli məqam Rusiyanın iqtisadi gələcəyi ilə bağlı verilən proqnozlardır. "PricewaterhouseCoopers" (PwC) konsaltinq şirkətinin mütəxəssisləri "Dünya 2050-ci ildə" adlı hesabat hazırlayıblar (bax: The World in 2050. The long view: how will the global economic order change by 2050? / "pwc.com", fevral, 2017). Həmin sənədə görə, inkişaf etməkdə olan ölkələri birləşdirən "E7" (Çin, Hindistan, İndoneziya, Braziliya, Rusiya, Türkiyə, Meksika) 2050-ci ilə yaxın "G7"ni (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) üstələyəcək.

Məruzədə vurğulanır: "2050-ci ilə "E7" ölkələri dünya üzrə Ümumi Daxili Məhsulda indiki 35%-lik payını demək olar ki, 50%-ə qədər yüksəldəcək". O cümlədən Rusiya nəinki mövqeyini qoruyub saxlayacaq, hətta həmin vaxtda Avropanın birinci iqtisadiyyatı halına gələcək.

Bütün bunlarla yanaşı, "PwC" ekspertlərinin əsas qənaəti ondan ibarətdir ki, dünya birliyinin D.Trampın proteksionist siyasətinə qarşı müqaviməti artacaq. Eyni zamanda, qloballaşmanın neqativ nəticəsi olan inkişaf etmiş ölkələrdə işsizliyin artması, gəlirlərin bölünməsində qeyri-bərabərliyin güclənməsi və ətraf mühitin qorunması, eləcə də iqlim dəyişikliyi probleminin aktuallaşması kimi məsələlər açıq qalır.

Məlumat üçün bildirək ki, "PricewaterhouseCoopers" 1998-ci ildə "Coopers & Lybrand" və "Price Waterhouse" şirkətlərinin birləşməsindən yaranıb. Brendləşmə əlaməti olaraq şirkətin adı 2010-cu ildə "PwC" olaraq qısaldılıb. Onun baş ofisi Londonda yerləşir. "PwC" beynəlxalq peşəkar xidmətlər qrupudur. Təşkilat dünyada 2-ci böyük peşəkar xidmətlər şirkəti hesab olunur. Reytinqdə dünya üzrə 3 böyük audit şirkətləri olan "Deloitte", "EY" və "KPMG"dən sonrakı yeri tutur. "PwC" 157 ölkədə, 756 məkanda 223000-dən çox işçi heyətinə malikdir. Şirkət 2016-cı ilin göstəricisinə əsasən Birləşmiş Ştatlarda 5-ci özəl böyük şirkət olub.

"PwC"nin yuxarıda bəhs etdiyimiz analizi ilə "Stratfor"un qənaətləri sanki bir-birini tamamlayır. Göründüyü kimi, Rusiyanın geosiyasi fəallığının arxasında iqtisadi nailiyyətlər dayanır. Təbii ki, bunların hər biri proqnozdur ki, özünü doğrultmaya da bilər. Ancaq indiki reallıqlar prizmasından onlara diqqət yetirmək lazımdır. Həm də ona görə ki, yuxarıda təsvir edilən məqamların birbaşa, yaxud dolayısı ilə Azərbaycana da aidiyyəti var.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM