Martın 2-də ATƏT-in Daimi Şurasının iclasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi tərəfindən qarşıdurma xəttində 24-25 fevral tarixlərində Ermənistan tərəfindən törədilmiş təxribat barəsində məlumat verilərək, bunun Ermənistanın hərbi-siyasi rəhbərliyinin davamlı olaraq revanşist bəyanatlar verərək, aprel hadisələri nəticəsində itirilmiş mövqeləri geri almaq barəsində Ermənistan cəmiyyətində gözləntilər formalaşdırmağa yönəlmiş bəyanatlarının praktiki nümunəsi olduğu vurğulanıb. Bu xüsusda, Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə hərbi təlimlər keçirilməsi, hərbi mövqelərin və infrastrukturun möhkəmləndirilməsi səyləri, silah və hərbi texnikanın həmin ərazilərə qanunsuz ötürülməsi faktları ATƏT iştirakçı dövlətlərinin diqqətinə çatdırılıb.
Daimi Nümayəndəlik Ermənistan tərəfinin hər fürsətdə atəşkəs rejimi ətrafında sui-istifadə etmək, atəşkəsi dar mənada təhrif edilmiş şəkildə təqdim etmək cəhdlərinə cavab olaraq bildirb ki, 1994-cü ilin atəşkəs rejimi BMT TŞ-nin müvafiq qətnamələri və Bişkek Protokoluna əsaslanır. Bu sənədlərdə münaqişə zonasında atəşin dayandırılması birmənalı şəkildə bütün hərbi fəaliyyətin dayandırılması, işğalçı qüvvələrin geri çəkilməsi, beynəlxalq sülhməramlı qüvvələrin yerildilməsi, kommunikasiyaların bərpası, məcburi köçkünlərin geri qayıtması və münaqişənin yekun həlli üçün danışıqların sürətləndirilməsi kimi məqsədlərlə əlaqələndirilib.
Beləliklə, atəşkəsdən danışılan zaman təkcə mövqelər arasında müxtəlif silahlardan atəşin açılması nəzərdə tutulmamalı, məsələyə qeyd edilən məqsədlər kontekstində kompleks yanaşılmalıdır. Atəşkəsin pozulmasına təkcə tərəflərin bir-birinə atəş açması deyil, həmçinin, işğalın vəziyyətinin möhkəmlənməsinə xidmət edən fəaliyyət, işğal edilmiş ərazilərdə hərbi mövcudluğun möhkəmləndirilməsi, silah və texnikanın qanunsuz ötürülməsi, hərbi təlimlərin keçirilməsi, məcburi köçkünlərin qayıdışına maneə olunması kimi ayrılmaz elementlərin nə dərəcədə əməl edilməsi də aid edilməlidir.
Daimi Nümayəndəlik qeyd edilən istiqamətlər üzrə atəşkəs rejiminin Ermənistan tərəfindən davamlı şəkildə pozulmasının beynəlxalq ictimaiyyət, xüsusilə münaqişənin həlli üzrə vasitəçilik missiyasını üzərinə götürmüş dövlətlər tərəfindən birmənalı şəkildə pislənilməsinin və bu kimi pozuntuların nəticələrinin aradan qaldırılmasının zəruri olduğunu diqqətə çatdırıb. Xüsusilə vurğulanıb ki, atəşkəs rejimi münaqişənin həlli üçün danışıqların sürətləndirilməsini nəzərdə tuturdu. Halbuki, Ermənistan bundan davamlı şəkildə imtina edir. Qeyd edilənlər kontekstində, Vyana və Sankt-Peterburq görüşlərindən sonra tez-tez səsləndirilən “danışıqlar üçün münbit atmosferin yaradılmalı” olduğuna dair mövqe, əslində 1994-cü ildə tətbiq edilmiş rejimə ziddir.
Substantiv danışıqlar olmadan, eləcə də atəşkəsi möhkəmləndirmək məqsədi ilə irəli sürülən tədbirlər münaqişənin nizama salınması prosesi ilə sinxronlaşdırılmadan və prosesin aidiyyəti mərhələləri ilə əlaqələndirilmədən atəşkəs rejimi davamlı ola bilməz. Bu rejim substantiv danışıqlar olmadan atəşkəs rejiminin effektiv şəkildə qorunub saxlanmasının qeyri-mümkünlüyünü ehtiva edir və qarşıdurma xəttindəki son vəziyyət də bu əlaqənin əyani göstəricisidir.
Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan tərəfi həmsədrlərin danışıqların yenidən başlanması üçün çeviklik göstərilməsi ilə bağlı çağırışını, eləcə də BMT Baş Katibinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə təxirə salınmadan substantiv danışıqlara başlamaq barəsində müraciətini alqışlayır.
İclasda Aİ, o cümlədən Makedoniya, Albaniya, Monteneqro, Serbiya, Bosniya və Herseqovina, İslandiya, Norveç, Gürcüstan, San-Marino adından səsləndirilmiş bəyanatda işğal edilmiş ərazilərimizdə Ermənistan tərəfindən keçirilmiş qanunsuz “referenduma” münasibət bildirilmiş, adı çəkilən ölkələrin “referendumun” keçirildiyi hüquqi və konstitusion çərçivəni tanımadığı bəyan edilib. Qeyd edilib ki, “referedum” Dağlıq Qarabağ regionun statusuna və münaqişənin nizama salınması üzrə danışıqlara heç bir təsir edə bilməz.
Türkiyə tərəfi qarşıdurma xəttində baş vermiş təxribatlardan narahatlığını ifadə etmiş, 25 ildən artıq bir müddət ərzində Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 1/5-nin işğal altında saxlandığını vurğulanıb. Bildirilib ki, Türkiyə, Minsk Qrupunun üzvü kimi münaqişənin tezliklə nizama salınması üçün Qrupun səylərinin artırılmasını vacib hesab edir. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməmiş qalması səbəbindən Ermənistan regional əməkdaşlıq layihələrindən kənarda qalır. Münaqişəyə son qoyulması regionda yeni əməkdaşlıq imkanlarına, bütün regionun, o cümlədən Ermənistanın inkişafı üçün yeni perspektivlərin açılmasına şərait yaradacaqdır.
Ermənistan tərəfinin qarşıdurma xəttindəki təxribatları təhrif etmək, eləcə də işğal edilmiş ərazilərdə keçirilmiş “referenduma” hüquqi don geyindirmək cəhdlərinə cavab olaraq, Azərbaycan Daimi Nümayəndəliyi bir daha vurğulamışdır ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti Azərbaycanla həmrəylik nümayiş etdirir və güc yolu ilə ərazi ilhaq etməklə barışmadığını bəyan edir. Son 25 il ərzində Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə qarşı əsassız iddialarını reallaşdırmaq üçün bir millimetr belə irəliləyə bilməmişdir. Regiondakı vəziyyətdən də aydın göründüyü kimi, bundan sonra da Azərbaycan Ermənistanın münaqişə ilə bağlı xülyalarının reallaşmasına imkan verməyəcək.
Ermənistanın hazırkı rəhbərliyinin siyasəti nəticəsində bütün regional əməkdaşlıq platformalarından təcrid olunmuş Ermənistan öz siyasətini yenidən nəzərdən keçirməli, hazırkı vəziyyətin həqiqətən erməni xalqının maraqlarına uyğun olub-olmadığı barəsində ciddi düşünməlidir.
Sonda Daimi Nümayəndəlik ATƏT iştirakçı dövlətlərini, Minsk Qrupunu və onun həmsədrlərini Ermənistanın qarşıdurma xəttində vəziyyəti gərginləşdirən təxribatçı əməllərə son qoyaraq, münaqişənin davamlı həlli istiqamətində substantiv danışıqlara cəlb edilməsi üçün bu ölkə üzərində siyasi diplomatik təzyiqin göstərməyə çağırıb.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM