Lavrov: ""Söz yox ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışdıq"

20:02 / 06.03.2017

Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır, özü də iki ölkənin mövqeləri əsas mövqelərin çoxu üzrə üst-üstə düşür. Bu sözləri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov martın 6-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar başa çatandan sonra söyləyib.

Azərbaycanın xarici işlər naziri ilə danışıqların konstruktiv keçdiyini vurğulayan rusiyalı nazir deyib: "Biz qarşıdakı görüşlərin, o cümlədən yüksək səviyyədə görüşlərin cədvəlini müzakirə etdik, iqtisadi sahədə vəziyyəti nəzərdən keçirdik”.

S.Lavrov qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında məqbul nəticələrin axtarışına kömək göstərməyə davam edəcək. O deyib: "Söz yox ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışdıq. Rusiya istər Bakı və Yerevan ilə ikitərəfli münasibətlərimiz çərçivəsində, istər üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan görüşləri formatında və əlbəttə, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkə qismində tərəflər üçün məqbul nəticələrin axtarışına bundan sonra da kömək edəcək. Bizim bütün addımlarımız həmsədrlər, - tərəfdaşlarımız olan ABŞ və Fransa nəzərdə tutulur, - tərəfindən işlənib hazırlanan prinsipial yanaşmalar məcrasında atılır”.

Dağlıq Qarabağ münaqişəsinin nizamlana biləcəyini diqqətə çatdıran S.Lavrov deyib: "Biz ümid bəsləyirik ki, Qarabağ münaqişəsi nizamlana bilər. Biz yekun qərarın aspektlərindən çoxu üzrə razılıq əldə etmişik, amma yekun paket üçün mühüm olan iki-üç mövzu hələlik müzakirə edilir. Səmimi deyim ki, tərəflərin bu qalan məsələlər üzrə vahid mövqeyə gəlmələrindən hələ çox uzağıq”.

Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün prinsipial məsələ olduğunu bəyan edən Elmar Məmmədyarov deyib: "Azərbaycan ərazisinin 20 faizi işğal edilib və burada etnik təmizləmə aparılıb. Orada yaşayan insanların geri qaytarılması, silahlı qarşıdurmanın azaldılması istiqamətində hər hansı irəliləyiş Azərbaycanın milli maraqlarına cavab verir. Nizamlama prosesində hər şeyin təkcə Azərbaycandan və vasitəçilərdən asılı olmadığını diqqətə çatdıran nazir deyib: "Rusiya bu münaqişəni nizamlamaq üçün çox ciddi səylər göstərir, biz bu gün onları ətraflı müzakirə etdik. Onları Azərbaycanda da, Ermənistanda da eşidirlər, müəyyən perspektivlər var”.

Rusiyanın xarici işlər naziri S.Lavrov Xəzər dənizinin statusu üzrə danışıqlar məsələsinə toxunaraq ümidvar olduğunu bildirib ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin qarşıdan gələn görüşündə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya üzərində işi başa çatdırmaq və Xəzər dənizinə dair növbəti sammiti Qazaxıstanda keçirməyi planlaşdıran dövlət başçıları üçün bir sıra digər sənədlər hazırlamaq mümkün olacaq.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri çox məzmunlu olub, bir çox məsələlər, o cümlədən Xəzərin statusu məsələsi müzakirə edilib. O vurğulayıb ki, üç Xəzəryanı dövlətin mövqeyi birdir, İran orta xətt ideyası ilə bütövlükdə razıdır. Nazir deyib: "Zənnimcə, biz irəli gedirik və çox müsbət məqamlar var”.

E.Məmmədyarov və S.Lavrov Azərbaycan ilə Rusiyanın xarici işlər nazirlikləri arasında 2017-2018-ci illər üçün məsləhətləşmələr planını da imzalayıblar. (AZƏRTAC)

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM