Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 yaşından sonra valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin (23 yaşadək) təhsil haqqının ödənilməsindən azad edilməsi ilə bağlı qərarına aydınlıq gətirib.
Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva Trend-ə bildirib ki, vətəndaş C.Qafarov Konstitusiya Məhkəməsinə şikayət edərək “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun bəzi müddəalarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasını xahiş edib.
S.Əliyeva qeyd edib ki, ərizəçinin 21 yaşı var və o, Azərbaycan Tibb Universitetinin 5-ci kursunda ödənişli əsaslarla təhsil alır. C.Qafarovun atası 19 may 2016-cı il tarixində vəfat etmiş, anası isə I qrup əlildir. Ərizəçi göstərilən səbəblərə görə təhsil haqqını ödəmək imkanının olmamasını əsas gətirərək, qanunda nəzərdə tutulan güzəştlərin tətbiq edilməsi məqsədilə Azərbaycan Tibb Universitetinin rəhbərliyinə müraciət edib.
Aparat rəhbərinin müavini əlavə edib ki, qanunun 5-ci maddəsinin birinci hissəsinə əsasən, bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər:
“Təhsil Nazirliyi məktubunda bildirib ki, qeyd olunan qanuna görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və ya ona bərabər tutulan şəxslər (bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan) dedikdə, həmin kateqoriyadan olan 18 yaşınadək uşaqlar nəzərdə tutulur. Bu baxımdan qanunun 5-ci maddəsində göstərilən təhsil üzrə təminatlar ali təhsil aldıqları müddətdə (19-23 yaşında olan II-VI kurs tələbələri) hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə şamil edilmir. Qeyd edilməlidir ki, Konstitusiyanın 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Eyni zamanda, maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Habelə, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun müvafiq maddələri bu sahənin tənzimlənməsində xüsusi rol oynayır. Bu hüququn məzmununa gəldikdə isə qeyd olunmalıdır ki, onu reallaşdıran müvafiq təhsil sisteminin mövcudluğu vacibdir. Ali təhsil almaq hüququ həm də vətəndaşların qabiliyyətlərinə uyğun olaraq ali təhsil müəssisələrinə bərabər əlçatanlığını nəzərdə tutur. Bu məhdudiyyət, yəni qabiliyyətə uyğun olaraq seçim ali təhsilin təbiətindən, məqsəd və vəzifələrindən irəli gəlir. Bərabər əlçatanlıq tələbi isə Konstitusiyanın ayrı-seçkiliyi qadağan edən 25-ci maddəsinə əsaslanır”.
S.Əliyevanın bildirdiyinə görə, qərarda qeyd edilib ki, “Təhsil haqqında” Qanunun 38.3 və 38.7-ci maddələrinə müvafiq olaraq, dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sоsial müdafiəsinə yönəldilə bilər.
Konstitusiya Məhkəməsinin Plenumu “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 1-ci maddəsinin 12-ci abzasındakı anlayışa 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olmuş və dövlət ali təhsil müəssisələrində əyani formada təhsil alan şəxslərin aid edilməməsini Konstitusiyanın 25-ci maddəsinin I hissəsi ilə uyğunsuzluq təşkil etdiyi qənaətinə gəlib. Eyni zamanda, qərarda qeyd edilib ki, Konstitusiyanın 25-ci maddəsinin I hissəsinin tələbləri əsas götürülərək, 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olmuş şəxslərin təhsil haqlarının ödənilməsi təhsil aldıqları müddətdə (23 yaşınadək) “Təhsil haqqında” Qanunun 38.3-cü maddəsinə müvafiq olaraq təmin edilməlidir:
“Təhsil hüququ sosial hüquqdur və insan şəxsiyyətinin inkişafı və Konstitusiyada təsbit olunmuş bir sıra digər hüquq və azadlıqların reallaşdırılması üçün vacib şərtdir. Təhsil hüququnun həyata keçirilməsi ictimai həyatda aktiv və səmərəli iştirak etmək şəraitini yaratmaqla cəmiyyətə fayda gətirmək imkanını verir. Azərbaycanda dövlət quruculuğu və müasir cəmiyyətin formalaşması prosesi bir daha təsdiq edib ki, təhsil dövlətin investisiyası üçün optimal fəaliyyət sahələrindən biri kimi tanınmaqdadır. Eyni zamanda, dövlətin pulsuz təhsil almaqla bağlı vəzifələrinin həcmi təhsilin səviyyəsindən asılı olaraq əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, dövlət orta təhsil almaq hüququndan fərqli olaraq, yalnız istedadlı şəxslərin ali təhsil almaq hüququna əsasən Konstitusiyanın 42-ci maddəsinin IV hissəsi zəmanət verir. Bu, şəxsin həyatında müxtəlif təhsil səviyyələrinin fərqli çəkiyə malik olmasından və dövlətin maliyyə imkanlarının həcmindən irəli gəlir. Belə konstitusiya tənzimlənməsi bütövlükdə cəmiyyətin və ayrılıqda şəxsin maraqları arasında balansın yaradılması zərurətindən irəli gəlir. Konstitusiya hüquqi cəmiyyətin əsaslarını müəyyən etsə də, Əsas Qanunun inkişafında məhkəmələrin rolu olduqca mühümdür. Hesab edirəm ki, məhz hüququn aliliyini nəzərə almaqla məhkəmələr ədalət mühakiməsi, o cümlədən konstitusiya ədalət mühakiməsi vasitəsilə hüquqi dövlətin ayrılmaz hissəsi olan sosial dövlət prinsiplərini Konstitusiyada təsbit edilmiş prinsiplər əsasında təmin edə bilərlər”.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM