İran və Çexiya arasında saziş imzalanıb. “Trend”in məlumatına görə, imzalanan bu sazişlə İran zibildən "qazanacaq".
Belə ki, imzalanan sazişə əsasən, Çexiyanın investisiyasi ilə İranın şimalında - Gilanda tullantılardan enerji istehsal edən xüsusi stansiya tikiləcək.
Bu stansiyada gündə 350 ton tullantını yandırılacaq və 20 meqavat enerji əldə ediləcək.