Oğurluq, hədə-qorxu yolu ilə pul tələb etmə və rəsmi sənədləri qanunsuz əldə etməkdə ittiham olunan Lənkəran rayonunun Hirkan qəsəbə sakini, 1977-ci il təvəllüdlü Amil Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Amil Babayev 2014-cü il oktyabrın əvvəlində tanışı Sadiq Nəbiyevi (ad və soyad şərti verilib – red.) bir qədər gəzişmək bəhanəsi ilə aldadıb. O, Sadiqi idarə etdiyi "Mercedes” markalı avtomobilinə mindirib və birlikdə Lənkəran rayonun Təngivan kəndinə aparıb.
10 min dolları almaq planı
Amil Babayev kəndin kənarında, kimsəsiz yerdə avtomobili saxlayıb. Sonra tanışlar avtomobildən düşüblər. O, tanışının 10 min ABŞ dollarını ələ keçirmək məqsədilə plan qurub.
Amil Babayev Sadiq Nəbiyevi döyüb, sonra bıçaqlayıb. Amil Babayev Sadiq Nəbiyevi zorla ailəsinin ünvanına nalayiq söyüşlər söydürməyə məcbur edib. Sadiq Nəbiyev də qorxusundan Amil Babayevin dediklərini yerinə yetirib. Sadiq Nəbiyev ailə üzvlərinin haqqında xoşagəlməz hadisələri danışıb. Bu zaman da Amil Babayev telefonu vasitəsi ilə onun dediklərini video çəkiliş edib.
Həmçinin Amil Babayev çəkilişi İnternetdə yerləşdirməməsi üçün Sadiq Nəbiyevdən 10 min dollar tələb edib.
Oğurluq
Amil Babayev 2014-cü ilin noyabr ayında Sadiq Nəbiyevin yaşadığı Lənkəran rayonun Bürcəli kəndindəki evinə girib. O, evdən 90 manat dəyərində üç ədəd stul, həmçinin Rəvan Canməmmədliyə məxsus 10 manat dəyərində idman çantasını və Rəvan Canməmmədliyə məxsus şəxsiyyət vəsiqəsini oğurlayıb.
Amil Babayev həmin stullardan ikisini həmkəndlisi Rasif Malıyevə 20 manata satıb, Rəvan Canməmmədliyə məxsus şəxsiyyət vəsiqəsindən istifadə etməklə özünə "Azercell” mobil operatoruna məxsus mobil telefon nömrəsini alaraq işlədib.
Sadiq Nəbiyev Amil Babayevin tələb etdiyi pulu ona verə bilməyəcəyini başa düşüb. Buna görə də Sadiq Nəbiyev Amil Babayevin əməllərindən hüquq-mühafizə orqanlarına şikayət edib. Keçirilən əməliyyat nəticəsində Amil Babayev həbs edilib.
4 maddəli cinayət işi
Amil Babayev Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq), 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmək) və 326.2-ci (dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə ittiham edilib.
Cəza
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Amil Babayev 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Amil Babayev apelyasiya şikayəti verib.
Amil Babayev əməlində cinayət tərkibi olmadığı nəticəsinə gəlib. O, iddia edib ki, günahsızdır və barəsində bəraət hökmü çıxarılmalıdır.
Amil Babayevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə Amil Babayevin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
Apelyasiya şikayətinin dəlilləri araşdırılandan sonra qərar elan edilib. Qərara görə, Amil Babayevin apelyasiya şikayəti qismən təmin edilib.
Amil Babayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə başlanılmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilib.
Onun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsindən həmin məcəllənin 182.2.3 və 182.2.4-cü (zor tətbiq etməklə, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu gəlmək) maddələrinə tövsif olunub.
Məhkəmə Amil Babayevi Cinayət Məcəlləsinin 182.2.3, 182.2.4 və 326.2-ci maddələri ilə təqsirli bilib və onun cəzasını 9 il 6 aya endirib. (Teleqraf.com)
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM