Strategiya.az “Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika” kitabının ictimai müzakirəsini təşkil edir

09:06 / 03.05.2014

Azərbaycan Respublikasının Elm,   texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına təqdim edilmiş

 Elçin Əhmədovun “ErmənistanınAzərbaycana təcavüzü:

təhlili xronika”kitabı haqqında

məlumat

Təqdim edilən “Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika   (1987-2011)” adlı monoqrafiya “Azərbaycan  Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət  İdarəçilik  Akademiyasının  Böyük  Elmi Şurasının qərarı ilə nəşr olunmuşdur.

Kitabda  erməni millətçiliyinin mahiyyəti, xalqımıza qarşı əsrlər boyu qanlı qırğınlarla müşaiyət olunan soyqırım cinayətləri və təcavüzünün XX əsrin sonu - XXI əsrin əvvəllərində də davam etməsi və bunun təkzibolunmaz faktlar əsasında təhlili, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi dövlət terrorizmi siyasəti geniş təhlil edilir.

Monoqrafiyanın giriş hissəsində elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda, eləcə də tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri haqqında geniş məlumat verilir. Bununla yanaşı, erməni millətçilərinin ərazi iddiaları, azərbaycənlılara qarşı həyata keçirilən terror, etnik təmizləmə və soyqırımı siyasətindən ətraflı bəhs olunur.

Əsərin əsas hissəsini isə, XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin  araşdırılması  və  baş verən hadisələrin xronoloji ardıcıllıqla təhlil olunması təşkil edir ki, bu da müasir dövrdə problemin daha dərindən öyrənilməsi üçün olduqca zəruridir. Eyni zamanda 1987-2011-ci illər ərzində Ermə­nis­tanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı,  dünya birliynin bu işğalla bağlı mövqeyi və  beynəlxalq təş­ki­lat­ların münaqişəyə dair qəbul etdiyi sənədlər də kitabda təhlil edilir.

Xronoloji ardı­cıl­lıq­la təhlil edilən kitabda ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq təşkilatların ən yüksək səviyyədə keçirilən Zirvə toplantılarında  çıxışları, nitqləri və bəyanatlarının şərhi verilmişdir ki, bu da münaqişənin nizama salınması istiqamətində Azərbaycan dövlətinin mövqeyinin dünyaya  daha dolğun və obyektiv çatdırılması baxımından əhəmiyyətli olacaqdır. Bununla yanaşı, monoqrafiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair aparılan danışıqların xronoloji təhlili, azərbaycanlıların soyqırımının tanıdılması, erməni millətçilərinin cinayətkar əməlləri,  eləcə də  Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının ifşa edilməsi istiqamətində həyata keçirilən  tədbirlər, qəbul edilən  qərarlar da təhlil edilir.

Əsərin əlavələr bölməsində Azərbaycanın tarixinin müxtəlif dövrlərinə dair xəritələr və sənədlərin verilməsi, xüsusilə 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş rayonların statistik göstəriciləri,  dağıdlmış və məhv edilmiş maddi-mədəniyyət nümunələrinin siyahısı ilə yanaşı, bu işğal və təcavüzünün faktlarla sübuta yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən fotolar da öz əksini tapmışdır. Bundan əlavə, Kürəkçay, Gülüstan, Türkmənçay müqaviləsinin mətni, 1918-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən dağıdılan  və yer üzündən silinən azərbaycanlıların yaşadığı məntəqələrini adları da göstərilmiş, erməni terror təşkilatları və terrorçularının müxtəlif vaxtlarda həyata keçirdikləri terror aktlarının bir qismi xronoloji ardıcıllıqla göstərilməişdir.

Bununla yanaşı, monoqrafiyanın əlavələr hissəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilmiş sənədlərin (qərar, qətnamə və bəyanatlar və s.) də ardıcıllıqla və sistemli şəkildə verilmişdir. Bütün bunlarla yanaşı, bu kitabın yazılması zamanı Azərbaycanda və xaricdə nəşr edilmiş ədəbiyyatlardan, müxtəlif sənəd və materiallardan, dövri mətbuat və rəsmi internet resurslarından geniş istifadə edilmişdir. Kitabda münaqişəyə dair istifadə edilmiş və tövsiyə olunan zəngin mənbələr gələcəkdə bu problemlə bağlı digər tədqiqatçılar üçün də bir ensiklopedik vasitə və istiqamət olacaqdır.

Kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov, rəyçisi tarix elmləri doktoru, professor Musa Qasımlı, məsləhətçisi isə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, icma rəhbəri Bayram Səfərovdur.

Müasir dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə daha yaxından tanış olmaq istəyən hər bir kəsdə real təsəvvür yaradacaq, monoqrafiya son 25 illik tariximizdə Ermənistanın ölkəmizə təcavüzü ilə bağlı aparılan tədqiqatların komples şəkildə öyrənilməsi işinə çox böyük töhfə verəcək və aparılcaq digər tədqiqaqlarda dolğun və dəqiq informasiya  daşıyıcısı kimi mühüm rolu olacaqdır. Geniş oxucu auditoriyasının, politolqların, tarixçilərin, o cümlədən xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislərin  marağına səbəb olacaq kitab ermənilərin ərazi iddiaları, münaqişənin başlanması, dünya birliyi və beynəlxalq təşkilatların mövqeyinin öyrənilməsi və eləcə də Ermənistanın təcavüzkar siyasətinin yaddaşlarda həkk olunması baxımından da dəyərlidir.

Təqdim edilən bu əsərin bu yaxınlarda Beyləlxalq Muğam Mərkəzində dövlət strukturlarının, elmi-akademik dairələrin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə geniş təqdimat mərasimi və orada mütəxəssislər tərəfindən söylənilən dəyərli fikirlər, eləcə də KİV-lər və dövri mətbuatda dərc olunmuş rəylər  monoqrafiya haqqında  müsbət rəy söyləməyə əsas verir. Bununla yanaşı, qısa müddət ərzində dövlət qurumlarının, politoloqların, tarixçilərin, xüsusilə, diplomatların  marağına səbəb olmuş əsər ermənilərin ərazi iddiaları və təcavüzü,  dünya birliyi və beynəlxalq təşkilatların mövqeyinin öyrənilməsi və eləcə də Ermənistanın təcavüzkar siyasətinin bütün dünyada ifşa olunması baxımından da faydalı olacağına əminik. İki min nüsxə nəşr olunmuş kitab bütün dövlət qurumlarına, o cümlədən nazirlik və komitələrə, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndəlikərinə, elm və təhsil müəssisələrinə, kitabxanalara, eləcə də qeyri-hökumət təşkilatlarına,  mətbuat və KİV-lərə paylanmışdır.

Əsərin müəllifi  “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”  İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin müdiri Elçin Əhmədovun son 20  ilə yaxın müddətdə tədqiqatının əsasını təşkil edən Azərbaycanın xarici siyasəti  və  Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar  300 çap vərəqi həcmində 7  kitab, 200 çap vərəqi həcmində 120-dək elmi məqalənin (Azərbaycanda və xaricdə) müəllifidir. E.Əhmədovun ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və  hərbi təcavüzü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair aparılan danışıqlarda beynəlxalq təşkilatlar və böyük dövlətlərin mövqeyini əks etdirən elmi məqalələri Ankara, İstanbul, Sakariya, Bişkek, Elizığ, Kilis, Kişinyov və Tbilisidə - türk, ingilis və rus dillərində çap edilmişdir.

Eyni zamanda,  o,  2003-2008-ci və 2008-2013-cü illəri əhatə edən “Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin Prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı” adlı  4 cildlik dərs vəsaitinin tərtibçilərindən biridir. Eyni zamanda, o, müntəzəm olaraq dövri mətbuatda  analitik məqalələrlə çıxış edir.

Müəllif  elmi fəaliyyətinə görə, 1998-ci ildə gənc tədqiqatçılar arasında keçirilən müsabiqənin qalibi elan olunaraq II dərəcəli diplomla, Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl Qələm” mükafatına layiq görülmüş və Azərbaycan Respublikası Təhsil nazirinin  tarixli əmrilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.

Bununla  yanaşı,  E.Əhmədov  “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”  İctimai Birliyinin təşəbbüsü ilə keçirilən “Yaddan çıxmaz Qarabağ” mövzusunda keçirilən ümumrespublika yazı müsabiqəsinin qalibi olmuş və  I yer üçün ayrılan mükafatla, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfransdaDövlətin gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi dəstəyə” görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Fəxri Fərmanı” ilə təltif edilmişdir. 2013-cü ildə isə, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının beynəlxalq xarakterli 2-ci “Şuşa Qrantı” birgə müsabiqəsinin qalibi olmuşdur.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi İdarə Heyətinin 5 mart 2014-cü il tarixli iclasında bu məsələ geniş müzakirə olunmuş və Elçin İldırım oğlu Əhmədovun “Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011)” adlı monoqrafiyası  Azərbaycan elmin inkişafına mühüm töhfələr təşkil edən əsər kimi qiymətləndirilərək onun Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatna təqdim olunması qərara alınmışdır. Bunu əsas götürərək “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası qarşısında vəsatət qaldırmışdır.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM