Dünya siyasətində müşahidə edilən bir sıra proseslər rəsmi İrəvanı xeyli çətinliyə salıb. Son günlər erməni mətbuatı həmin hadisələrə reaksiyanı ifadə edən yazılar dərc edir. Hiss olunur ki, orada siyasi-ideoloji təfəkkürdə inersiya davam edir və heç bir yeniləşmə yoxdur. Böyük geosiyasi güclərin atdıqları addımları birtərəfli və yanlış kontekstdə təqdim etməyə çalışan erməni ekspertlər Ermənistanın regiondakı rolu barədə də absurd tezislər irəli sürürlər. Bu zaman onlar bölgənin İran, Türkiyə və Rusiya kimi böyük dövlətlərinin xarici siyasətini təhrif edirlər. Ayrıca, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi müstəqil xarici siyasət kursuna ləkə salmağa cəhd göstərirlər. Təbii ki, bütün bunlar acı təəssüfdən başqa bir şey yaratmır. Çünki söhbət bütövlükdə Cənubi Qafqazın taleyindən gedir və bunda hər kəsin məsuliyyəti vardır. "Geosiyasi turbulentliyə" düşüb, hərəkət məntiqini və istiqamətini itirən Ermənistan faktiki olaraq region üçün risk mənbəyinə çevrilib. Qəribədir ki, buna ABŞ, Rusiya və Fransa həmsədr dövlətlər kimi ciddi reaksiya vermirlər. Belə gedişat nələrlə sonuclana bilər?
Mürəkkəb geosiyasi situasiyada: İrəvan çaşqındır
Geosiyasi proseslərin sürətləndiyi və mürəkkəbləşdiyi hər mərhələdə Ermənistan siyasi və ekspert dairələrinin buna verdiyi reaksiyalar təəssüf doğurur. Uzun müddət keçməsinə baxmayaraq, bu ölkədə analitik və siyasi təfəkkürün inersiya vəziyyətindən çıxa bilməməsi xeyli təəccüblü gəlir. Doğrudanmı, bu dərəcədə reallıqdan uzaq, qərəzli, böhtançı və sistemsiz mənəvi-ideoloji mühitdə insan kimi mövcud olmaq mümkündür? Onların qlobal, regional və Ermənistanın daxili siyasi məsələlərini "təhlil etmək" üsulu bu kimi sualları verməyə məcbur buraxır.
İndi də erməni siyasi və ekspert dairələri üçün əsas sual budur: "ABŞ və Rusiyanın generalları niyə Bakıda görüşüblər və İlham Əliyev müstəqil xarici siyasət kursunu nə vaxta qədər davam edəcək?" Əslində, bütün dünya üçün bu suallar mühüm əhəmiyyətlidir, lakin baxır onlara hansı vicdan, obyektivlik və siyasi analitikanın qaydaları çərçivəsində cavab verirsən.
Ermənistan KİV-də dərc edilən yazılara nəzər saldıqda, bu istiqamətdə ermənilərin hansısa irəliləyiş əldə etdiyini görmək mümkün deyil. Yenə köhnə mahnılar: Azərbaycan kənar qüvvələrin əmri ilə hərəkət edir, yaxud rəsmi Bakı kimlərisə qıcıqlandırır, ona görə də böyük güclər Ermənistana üstünlük verəcəklər, Türkiyə ekspansiya siyasəti yeridir və onun qarşısını almaq üçün Qərb Ermənistanla yaxınlaşmalıdır, nəhayət, erməni silahlı qüvvələri aprel savaşında "böyük qəhrəmanlıq nümayiş etdirərək" torpaqların yalnız bir qismini itirib (bax: məs., Наира Айрумян. Зачем начальник Генштаба США приехал в Баку / "Lragir", 16 fevral 2017 və Акоп Бадалян. Армянские вооруженные силы установили свой запрет / "Lragir", 17 fevral 2017).
Məsələyə dünya siyasəti kontekstində baxdıqda isə, Ermənistan ABŞ-İran və ABŞ-Rusiya-İran münasibətləri çərçivəsində nəzərdən keçirilir. Burada Türkiyəyə adətləri üzrə yalnız mənfi rol verməyə çalışırlar. Ankaranı bu cür süni surətdə kənarda tutmaq cəhdləri erməni siyasi-analitik təfəkkürünün faciəsidir, çünki reallıqdan çox uzaqdır. Təcrübə göstərir ki, Türkiyə Cənubi Qafqazda həmişə söz sahibi olub və bunu anlamayanlar daim zərər görüblər. Bu mərhələdə də rəsmi İrəvanın indiyə qədər ciddi bir iş görə bilməməsinin səbəbləri sırasında həmin faktor az rol oynamayıb.
Başqa məqam Azərbaycan məsələsində Ermənistan rəhbərlərinin son dərəcə səmərəsiz, qeyri-konstruktiv və reallıqdan uzaq mövqe tutmaqda davam etməsi ilə bağlıdır. Son olaraq, erməni mətbuatı iki fakta münasibətdə səhvə yol verir. Birincisi Münxendə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün düzgün təqdim edilməməsi ilə bağlıdır. Orada nazirlər həm də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də fikir mübadiləsi aparıblar. Azərbaycan tərəfi danışıqların konstruktiv istiqamətdə davam etdirilməsi ilə bağlı mövqeyini bir daha ortaya qoyub. Burada mövcud status-kvonun dəyişməsi zərurəti ciddi yer tutur. Azərbaycan, Rusiya və Ermənistanı əhatə edən üçtərəfli görüşün təşkil edilməsi haqqında danışılıb.
Lakin erməni nazir Azərbaycana böhtan ataraq atəşkəsin pozulmasından danışıb, rəsmi Bakının müharibə etmək istədiyini deyib. Bununla ermənilər həm təklif olunan danışıq formatını rədd edib, həm də Azərbaycana qarşı qərəzli mövqeyində qaldığını göstərib. Deməli, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hələ də hazır deyil və vəziyyəti süründürməçi gedişlərlə qeyri-müəyyənlikdə saxlamağa çalışır.
Qonşuya atılan böhtan: region təhlükəyə sürüklənəndə
Təbii ki, Bakı bunları çox gözəl görür. Azərbaycan Prezidentinin göstərişi ilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpasına başlanılması və oraya bir neçə ölkənin səfirinin getməsi bir daha göstərir ki, ölkə rəhbərliyi bir qarış torpağı belə işğalçıya verməməkdə qərarlıdır. İkinci məqam erməni tərəfinin bu prosesi düzgün şərh etməməsi ilə bağlıdır. Heç şübhəsiz, bütün zəbt edilmiş torpaqlarımız tədricən azad ediləcək və bərpa olunacaq. Ermənistan rəhbərliyi də bunu yaxşı bilir və ona görə də müxtəlif bəhanələrlə danışıqlardan qaçır, qeyri-konstruktiv mühit yaratmağa çalışır və tarixi reallığı təhrif etməyə cəhd edir.
Bunların fonunda rəsmi İrəvan İran, Türkiyə, ABŞ, İsrail və Rusiyanın geosiyasi fəallığından çox narahat olmağa başlayıb. Erməni ekspertlər İsrailin Azərbaycandan İrana qarşı istifadə etmək istədiyi haqqında cəfəng fikirlər ortaya atır. Xüsusilə hərbi sahədə Təl-Əvivlə Bakı arasında normal əməkdaşlığın mövcudluğundan şikayətlənir, havadan hücuma qarşı işlədilə bilən müasir hərbi texnikanın Azərbaycana verilməsindən dəhşətə gəlirlər (bax: Наира Айрумян. Зачем начальник Генштаба США приехал в Баку / "Lragir", 16 fevral 2017).
Çox qəribədir ki, İrəvandakı təhlilçilər Ermənistanın təcavüzkarlığını tam unudaraq, Azərbaycanın öz müdafiəsini müasir tələblər səviyyəsində qurmaq istiqamətində atdığı addımları "aqressiya" kimi qələmə verməyə çalışırlar. Onların bu gülünc şikayətlərinə, təbii ki, hər kəs gülür. Ancaq o da qəribədir ki, həmsədr dövlətlər olan ABŞ, Rusiya və Fransa buna heç bir reaksiya vermirlər. Bu mənfi hal davam etdikcə, Cənubi Qafqazda heç bir böyük geosiyasi gücün yeri isti olmayacaq.
Başqa bir yanaşmada ermənipərəst KİV İran məsələsini ortaya atır. Guya orada etnik azərbaycanlılardan Vaşinqton İrana qarşı istifadə edəcək. Belə təqdimat azərbaycanlılarla qonşu xalqlar arasında ixtilaf yaratmaqdan başqa məqsəd güdmür (bax: məs., Станислав Тарасов. США и Израиль бросают Ирану в лицо перчатку / "Regnum", 18 fevral 2017). Tarixi təcrübə göstərir ki, bu regionda yeganə qondarma dövlət Ermənistandır, digərləri əsrlərlə burada yaşayıb, öz ağlı və biləyinin gücü ilə dövlət qurmuş xalqlardır. Onların sırasında Azərbaycan türkləri ilk yerdədir. Tarixən bu coğrafiyanın dövlətçilik mədəniyyətinin əsas yaradıcılarından biri məhz bizim xalq olub. Burada fərqli dini inanc sahibləri, etnik qruplar sülh və əmin-amanlıq içində yaşayıblar. Azərbaycanlıların kənardan göstərişlərə ehtiyacları yoxdur. Onlar kimliklərini və tarixi missiyalarını çox yaxşı bilirlər.
Lakin Cənubi Qafqaz doğrudan da geosiyasi təhlükə qarşısındadır. Bunun müxtəlif səbəbləri var. Onların sırasında erməni satqınlığı, xəyanəti və siyasi səbatsızlığı xüsusi yer tutur. Aparılan müşahidələr, edilən təhlillər göstərir ki, Ermənistan dövlət olaraq regionun maraqlarını kənar qüvvələrə satmağa hazırdır. Rəsmi İrəvanın gah Qərbə şikayət etməsinin, gah da Rusiyadan inciməsinin arxasında məhz bu məsələ durur. Ermənilər növbəti dəfə düşdükləri quyudan onları quru çıxara biləcək bir ağa, hakim, havadar axtarırlar. Fikir verin, onların hər kəlməsində "Ermənistanı xilas edin!" yalvarışı var. Özləri heç bir konstruktiv təklif verə bilmirlər, amma kənardan yardım üçün dəridən-qabıqdan çıxırlar. Təklifləri budur ki, Dağlıq Qarabağı Ermənistana verin, əvəzində, nə istəyirsiniz onu edək. Buna "siyasi f.......k" deyirlər.
Bax, Ermənistan belə bir süni dövlət kimi region üçün əsl təhlükə törədir. Lakin təəssüf ki, böyük dövlətlər (Türkiyə istisna olmaqla) bunun fərqinə varmaq istəmirlər. Onlar ermənilərdən yenə də öz oyunları üçün istifadə etməyə çalışırlar. Tarix bu kimi davranışların acı təcrübəsini bir neçə dəfə Londona, Vaşinqtona, Berlinə, Brüsselə, Moskvaya göstərib. İnanmırıq ki, növbəti halda nəsə fərqli bir nəticə alınsın. Yəni Ermənistanı regionda himayə etməyin sonu ölüm-itim, intriqa, dövlətlərin inkişafdan qalması, təhlükəsizliyin təmin edilməməsi kimi neqativ vəziyyətlərin meydana gəlməsi olacaq. Çünki insan övladı nə qədər güclü olsa da, haqq hər şeydən ucadır.
Newtimes.az
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM