“Freedom House” erməni, ermənipərəst və anti-azərbaycan qüvvələrin əlində bir alətdir”

09:27 / 03.05.2014

““Freedom House” erməni, ermənipərəst və anti-azərbaycan qüvvələrin əlində bir alətdir”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə deyib.

Baş redaktorun sözlərinə görə, demokratik inkişafa “Freedom House” “baxışı” hər zaman qərəzli, anormal, subyektiv istinad mənbəyi isə dəyişməz olub: “Bunu təşkilatın ayrı-ayrı dövrlər üçün hazırladığı hesabatlara diqqət yetirsək aydın görmək olar. Bir halda ki,  həmin hesabatlarda işğalçı Ermənistan  demokratik inkişaf baxımından “azad ölkələr” sırasında yer alır, burada hansı obyektiv yanaşmadan, real münasibətdən söhbət gedə bilər? Bu və bu kimi bəzi beynəlxalq qeyri-hökumət təşkilatları antiazərbaycan, erməni və ermənipərəst qüvvələrin əlində bir alətdir. Bir əsas məqamı da qeyd etmək kifayətdir ki,  qurumun hesabatlarında  Dağlıq Qarabağ Azərbaycanla Ermənistanın müştərək ərazisi kimi  təqdim olunur. Bu fakt “Freedom House”un mövqeyinə, hansı maraqlara xidmət etməsinə, istinad mənbəyinin hansı dairələrin olmasına işıq salmırmı?

“Freedom House”un hər dəfə qərəzli, qeyri-obyektiv fikirləri özündə əks etdirən hesabatla çıxış etməsi  digər beynəlxalq təşkilatlar tərəfindən də birmənalı qarşılanmayıb. Belə ki,  demokratik prinsiplərin inkişafı ilə məşğul olan  Avropa Şurasının təmsilçiləri bildirirlər ki, “Freedom House”, “Amnesty İnternational” kimi təşkilatların “hesabatlarının” müəllifləri dəyişməzdir. Diqqət yetirdikdə, həmin “hesabatlarda” dəyişən yalnız illər olur.  Adı  çəkilən qurum  məlum mənbələrə istinad edərək, Azərbaycanda demokratik inkişafın aşağı səviyyədə olduğunu, insan hüquqlarının, mətbuat azadlığının guya  kobud şəkildə pozulduğunu iddia edir. Amma unutmaq olmaz ki, bu kimi sənədlər  aparılan təhlillərin, araşdırmaların nəticəsində hazırlanmalıdır. Sual olunur - nə üçün “Freedom House” dağıdıcı ünsürlərin və onlarla həmrəylik nümayiş etdirən “hüquq müdafiəçiləri”nin  əsas ümid yerinə çevrilib? Nə üçün bu təşkilatın hesabatları yalnız  dağıdıcı ünsürlərin tabeliyində olan mətbu orqanlarda  geniş yer alıb, ətrafında müzakirələr aparılır.  “Freedom House”un hesabatı qərəz, qeyri-obyektiv və eyni zamanda subyektiv mülahizələrin toplusudur, reallıqdan uzaqdır, qərəzdən yaranan  dezinformasiyadır.  Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyir, hər bir sahənin inkişafına xidmət edən Dövlət Proqramları icra olunur, təkmil qanunvericilik bazası mövcuddur.  Azərbaycanda bütün azadlıqlar var. Cəmiyyət qanunlarla idarə olunur. Siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. “Freedoom House” kimi təşkilatların qərəzdən qaynaqlanan hesabatları  Azərbaycan haqqında hansısa mənfi rəyi yaratmaq  imkanında deyil.  Azərbaycan müstəqil, hüquqi  dövlətdir,  modernləşmə, yeniləşmə dövlət siyasətinin əsasını təşkil edir.

Həmin hesabatda yer alan ölkəmizdə internet azadlığının  mövcud olmaması ilə bağlı fikirlərə gəlincə deyə bilərəm ki, təbii ki, fərziyyə, qərəzdən irəli gələn dezinformasiyalar heç zaman reallıq kimi qəbul oluna bilməz, ictimai fikrə təsir etmək gücündə deyil: “Müasir dövr informasiya-kommunikasiya texnologiyaları əsridir. Hər bir ölkənin inkişafında, tərəqqisində İKT-nin rolunu önə çəkən dövlət başçısı İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət göz önündədir. 2013-cü ilin ölkəmizdə “İKT ili” elan olunması da dövlətimizin  bu sahənin inkişafına diqqət və marağının təsdiqidir. “İKT ili”ndə Azərbaycanın əldə etdiyi ən mühüm uğurlardan biri ilk telekommunikasiya peykinin orbitə çıxarılması oldu. Bu,  iqtisadiyyatın şaxələndirilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım kimi dəyərləndirildi.

Bu uğurlarımızın fonunda “Freedom House”un öz hesabatında ölkəmizdə internet azadlığının mövcudluğuna kölgə salmaq cəhdi təəccüb doğurmur. Çünki bir halda ki, qurumun  Azərbaycana qarşı mövqeyi qərəzə, inkara əsaslanır, bu halda belə bir təşkilatdan  obyektiv  rəy gözləmək sadəlövhlük olar. Bu fikir dövlət başçısı İlham Əliyevin çıxışlarında da öz əksini tapır ki, Azərbaycanda  mətbuat azadlığı sahəsində problem axtaran təşkilatlar yaxşı olar ki, öz ölkələrində baş verən  olaylara, demokratiyanın inkişaf səviyyəsinə diqqət yetirsinlər. “Ədalət ən böyük meyardır” söyləyən dövlət başçısı İlham Əliyev  bildirir ki, hər bir ölkəyə vahid meyarlarla yanaşılmalıdır. Möhtərəm Prezidentimiz bildirir: “Azərbaycanın yerləşdiyi bölgədə, qonşuluqda  yerləşən ölkələrdə  problemlər  bizim problemlərdən az deyil. Bəzi hallarda o məsələlərə göz yumulur, yaxud da ki,  yanlış məlumat təqdim olunur.  Azərbaycanda isə  xırda  məsələ ilə bağlı böyük hay-küy salınır”. Bu, təbii ki, ölkəmizə qarşı  aparılan ədalətsiz mübarizədir. Ölkə Prezidenti böyük inam və qətiyyətlə bildirir ki,  biz bu mübarizəyə hazırıq və bu mübarizəyə qarşı ancaq öz siyasətimizi, sözün yaxşı mənasında, inadkarlığımızı qoymalıyıq və qoyuruq ki, Azərbaycanın maraqlarını müdafiə edək.    

Reallıq budur ki, Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana  rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və onların son on ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin  nəticəsi olaraq bu gün ölkəmizdə  söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Azərbaycan  KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhmiyyətli rol  oynayır. Ölkəmizdə internet azadddır, heç bir məhdudiyyət yoxdur. Məhz bu sahədə görülən işlərin uğurlu nəticəsidir ki, bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkələr sırasındadır. Ölkəmizdə internet istifadəçiləri 70 faizdən çoxdur. Bu günün əsas tələbi budur ki, hansı ölkə informasiya bolluğuna malikdirsə, daha güclü qəbul olunur və dəyərləndirilir. Təbii ki, faktlara əsaslanan, reallığı özündə əks etdirən informasiyanın təsir imkanları daha geniş olur. “Freedom House” ölkəmizdə azad mətbuatın inkişafına kölgə salmaqla istinad mənbəyinin hansı qüvvələr olduğunu açıq-aşkar büruzə verir. Bu kimi qərəzli hesabatlar adı çəkilən quruma nüfuz, baş ucalığı gətirə bilməz”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM