Avropa Parlamentində görüşlər

08:27 / 09.03.2017

 

Milli Məclisin mətbuat xidməti xəbər verir ki, Avropa İttifaq;-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyətinin Avropa Parlamentində görüşləri davam edir. Martın 7-də Aİ-Azərbaycan münasibətlərinə dair Avropa Parlamentində baş tutmuş uğurlu dinləmələrdən sonra Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev və müavini Kamran Bayramov Avropa Parlamentinin bir sıra üzvləri və Avropa Xarici Siyasət İdarəsinin məsul nümayəndələri ilə görüşlər keçirmişlər. Görüşlərdə Azərbaycan Respublikasının Belçikada səfiri Fuad İsgəndərov da iştirak etmişdir.

Avropa Xarici Siyasət İdarəsinin Şərq Tərəfdaşlığı regionu, Mərkəzi Asiya və ATƏT ölkələri və Rusiya üzrə direktoru cənab Lük Devin və onun siyasi müşaviri Asunsion Sançez ilə görüşdə Azərbaycan-Aİ münasibətləri müzakirə olunmuşdur. Aİ rəsmiləri Azərbaycanın Avropa İttifaqı üçün vacib və etibarlı tərəfdaş olduğunu vurğulamış və əməkdaşlığımızı strateji səviyyəyə yüksəldəcək yeni müqavilə üzrə danışıqların başlamasından məmnun olduqlarını bildirmişdir.

Növbəti görüşdə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri C. Feyziyev ölkədə və regionda baş verən son hadisələrlə bağlı Avropa Parlamentindən olan həmkarı cənab Səyyad Kərimi ətraflı məlumatlandırmışdır. Cənab Səyyad Kərim AP-nin üç üzvünün işğal olunmuş Azərbaycan ərazilərinə qeyri-qanuni səfirini qətiyyətlə pisləmiş, şəxsi təşəbbüs əsasında baş tutmuş belə bir səfərdən təəssüfləndiyini və bu bəradə Azərbaycanın mövqeyini dəstəkləyən Bəyanatla çıxış etdiyini diqqətə çatdırmışdır. Gələcəkdə belə halların baş verməməsi üçün regionda baş verən hadisələr – Azərbaycan ərazilərinin işğal faktı və onun doğurduğu nəticələr haqqında AP üzvlərinin daha ətraflı məlumatlandırılması üçün bir sıra önləyici tədbirlərin görülməsi qərara alınmışdır.

AP-nin İnsan Haqları Komitəsinin sədri cənab Antonio Panzeri ilə görüşdə Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı son illərdə atılan addımlar, xüsusilə Konstitusiyaya edilən sonuncu əlavə və dəyişikliklər müsbət qiymətləndirilmişdir. Millət vəkili Cavanşir Feyziyev Ermənistan təcavüzü nəticəsində 1 milyon insanın hüquqlarının kobud şəkildə pozulduğunu Komitə sədrinin diqqətinə çatdırmışdır. Millət vəkilimiz vurğulamışdır ki, BMT-nin 4 qətnaməsinə, bir sıra beynəlxalq təşkilatın qərarlarına və Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qətnamələrə baxmayaraq qaçqın və məcburi köçkünlərin fundamental hüquqlarının təmin olunması bugünə qədər mümkün olmamışdır. Görüşdə həmçinin mülki şəxslərin – Şahbaz Quliyev və Dilqəm Əsgərovun 2 ildən artıqdır ki, erməni əsirliyində saxlanılması və beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq onların bugünə qədər azad olunmaması faktının Azərbaycanda ciddi narahatçılıq doğurduğu diqqətə çatdırılmışdır. AP-nin İnsan Haqları Komitəsinin deyilənlərlə bağlı mövqe bildirməsi və təcavüzkara qarşı mümkün təsir vasitələrinin işə salınması cənab Panzeridən xahiş olunmuşdur. Komitə sədri bu məsələnin diqqətdə saxlanılacağını bildirmişdir.

AP-nin Beynəlxalq Ticarət Komitəsinin Cənubi Qafqaz üzrə Monitorinq Qrupunun rəhbəri cənab Hannu Takkula ilə görüşdə Azərbaycan ilə Aİ arasında ticarət münasibətləri, bu münasibətlərin inkişaf imkanları müzakirə olunmuşdur. Azərbaycanın mühüm geostrateji mövqeyini xüsusi diqqətə çatdıran cənab Takkula son illərdə Azərbaycanın Şərq ilə Qərb arasında ticari münasibətlərin canlanmasında oynadığı mühüm rolu yüksək qiymətləndirmişdir. Cənab Takkula Azərbaycanın regiondakı aparıcı rolunu nəzərə alaraq Aİ-nin regional layihələrdə Azərbaycana xüsusi önəm verdiyini qeyd etmişdir.

Səfərin üçüncü günündə AP-nin üzvləri xanım Heydi Hautala, cənab Fabio Kastaldo, cənab Xavi Lopez, cənab Andrey Qrzib, xanım Ramona Manesku, xanım Norika Nikolayi, cənab Andrey Mamikins, cənab Kristian Dan Preda və cənab İvo Vayql ilə işgüzar görüşlər keçirilmiş, ikitərəfli münasibətlərə dair maraq doğuran məsələlər müzakirə olunmuşdur.

Görüşlərin sonunda MM Nümayəndə heyəti Avropa Parlamentində “Əli və Nino” filminin təqdimat mərasimində və premyerasında iştirak etmişlər. Beləliklə, MM nümayəndə heyətinin Avropa Parlamentinə növbəti səfər başa çatmışdır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM