"Niderlandın hərəkəti demokratiya üçün qara ləkədir" - AÇIQLAMA

09:26 / 14.03.2017

Niderland hökumətinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanın səfərinə icazə verməməsi iki ölkə arasındakı diplomotik münasibətləri gərginləşdirib.

Maraqlıdır, Türkiyə ona edilən diplomatik basqıya qarşı hansı addımı atacaq?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Elman Nəsirli bildirib ki, bu, bu hadisə Hollandiyadakı hakimiyyətin əsl simasını ortaya qoydu:

“Türkiyəyə münasibətdə Avropa İttifaqı ölkələrinin, xüsusilə də Almaniya, İsveçrə, Hollandiya və Danimarkanın münasibəti göz önündədir. Bu davranış onu göstərir ki, əslində, Avropa İttifaqı ölkələrində demokratiya məsələsində çox ciddi problemlər yaşanmaqdadır. Avropa İttifaqı çox ciddi bir sistemli böhran yaşayır. Bu hadisələr həm də diplomatik problemlərin mövcudluğunu sübut elədi. Və növbəti dəfə təsdiqlədi ki, demokratiya, insan hüquqalarının müdafiəsi, insanların söz, mətbuat, sərbəst toplaşmaq azadlığı Avropa İttifaqı ölkələrinin planlarını həyata keçirmək üçün vasitədir. Reallıqda bunu pozan elə özləridir. Əks təqdirdə, türk vətəndaşlarına qarşı küçədə təzyiqlər olmazdı. Belə olan vəziyyətdə, Türkiyənin hansı addımlar atacağı məsələsi gündəmə gəlir”.

Millət vəkili əlavə edib ki, artıq Türkiyənin atacağı addımlarla bağlı müəyyən məlumatlar var:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, ölkəsinin xarici işlər nazirinin təyyarəsinin enməsinə icazə verməyənlər Türkiyəyə təyyarə ilə necə gələcəklərini düşünsünlər. Söyləyib ki, bu, mülki insanlara deyil, diplomatlarla bağlı məsələlərə aid olacaq.

Türkiyənin bu məsələdə hansı yolu seçəcəyi ilə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ilkin mövqeyini açıqlayıb. Qeyd edib ki, 2016-ci ilin mart ayında Avropa İttifaqı ilə bir saziş imzalanıb. Həmin sazişin mahiyyəti ondan ibarət idi ki, Türkiyə ərazisindən qeyri-qanuni Avropa İttifaqı ölkələrinə daxil olmuş qaçqınlar geri qaytarılacaq, əvəzində isə bir nəfər suriyalı qaçqın Avropa İttifaqı ölkələrinə buraxılacaq. Nəticədə, Türkiyə 3 milyondan artıq qaçqını öz ərazisində saxlayır. Onların Avropa İttifaqına daxil olmasının qarşısına sədd çəkib. Bunun əvəzində ilkin mərhələdə Türkiyəyə 3 milyard avro ödənilməli, Türkiyənin Avropa İttifaqı ölkələrinə vizasız keçidi formalaşmalı idi. Amma bunların heç biri baş tutmayıb. Çavuşoğlu qeyd edib ki, belə olan vəziyyətdə Türkiyə ilə Avropa İttifaqı arasında vizasız rejime keçid reallaşdırılmalıdır. Bu olmayacağı təqdirdə, məsələyə yenidən baxılıb, 2016-cı ilin mart müqaviləsi ləğv olunmalıdır.

Bundan savayı, Türkiyə prezidenti qeyd edib ki, Avropa İttifaqı Türkiyə üçün artıq cəlbedici deyil. Türkiyə üçün alternativlər var. Bu nöqteyi nəzərdən, Türkiyə prezidneti Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) adını çəkib. Yəni, Avropa İttifaqının əvəzi olaraq, Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ola bilər. Açıq şəkildə qeyd edib ki, ölkəsi bu istiqamətdə Rusiya prezidenti Vladimir Putin və Qazağıstan prezidenti Nursultan Nazarbayevlə müvafiq danışıqlar aparıb. Beləcə, hadisələr gərgin ssenaridə inlkişaf etməkdədir”.

Millət vəkili sonda bunları qeyd edib:

“Hadisələr bir daha Hollandiyadakı hakimiyyətin əsl simasını ortaya qoydu. Bu da ondan ibarətdir ki, Türkiyədə keçirilən referenduma dəstəklə bağlı mitinqə icazə verməyən, zor tətbiq etməklə onu dağıdan rəsmi Amsderdam, artıq Türkiyədə olan referendumun əleyhinə keçirilən mitinqlərə icazə verir. Buna demokratiya üçün böyük qara ləkə deyirlər. Təəssüf ki, bu ləkə Avropa qitəsində baş verir və təəssüf ki, bunu edən Türkiyənin, NATO-nun müttəfiqi olan Hollandiyadır. Bu, çox acınacaqlı haldır. Hesab edirəm ki, bunun çox ağır fəsadları hələ qarşıdadır”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM