V Qlobal Bakı Forumu işə başlayıb Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib

16:01 / 16.03.2017

Martın 16-da Azərbaycanın paytaxtında V Qlobal Bakı Forumunun rəsmi açılışı olub.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan Forumun açılış mərasimində iştirak ediblər.

Beşinci Qlobal Bakı Forumunda 53 ölkədən 300-dək nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edirlər.

Forumun nüfuzlu qonaqları arasında Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti Georgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal da var. İki gün davam edəcək Forum Azərbaycan həqiqətlərinin təbliğində və ölkəmizə yeni dostlar qazandırmaqda, lobbi quruculuğunda əhəmiyyətli rola malikdir. Qlobal Bakı Forumu Azərbaycanı tanıtmaq, ölkəmizlə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün çox mühüm və əlverişli platformadır.

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Prezident İlham Əliyevə bu Foruma ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirdi və sözü dövlətimizin başçısına verdi.

Azərbaycan Prezidenti İlham Əliyev beşinci dəfədir keçirilən Forumun artıq qlobal beynəlxalq təsisata çevrildiyini, budəfəki tədbirdə 50-dən çox ölkədən nümayəndələrin iştirak etdiyini dedi, onların arasında hazırkı və sabiq prezidentlərin, vitse-prezidentlərin, baş nazirlərin və parlament sədrlərinin olduğunu bildirdi. Son illərdə Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini deyən Prezident İlham Əliyev bu cür tədbirlərin ölkəmizi beynəlxalq aləmə təqdim etmək üçün bir vasitə olduğunu diqqətə çatdırdı. Azərbaycanın yerləşdiyi regionda sabitləşdirici rol oynadığını, təəssüflər ki, bu vəziyyətin dünyanın bir çox bölgələrində müşahidə edilmədiyini deyən dövlətimizin başçısı bir çox regionlardakı gərginliklərə, münaqişələrə, miqrant böhranına diqqət çəkdi, cəmiyyətlər daxilində baş verən qarşıdurmaların təhlükəli hal aldığını vurğuladı.

Çıxışında diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən Prezident İlham Əliyev 20 ildən çoxdur Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğal olunduğunu, həmin ərazilərdəki bütün infrastrukturun və tarixi irsin dağıdıldığını, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini bildirdi. Beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, münaqişənin hələ də həll olunmadığını, Ermənistanın həmin qərarlara məhəl qoymadığını deyən Prezident İlham Əliyev ölkəmizin bir çox hallarda ikili standartlardan əziyyət çəkdiyini, bu münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid olduğunu, status-kvonun dəyişilməsinin vacibliyini qeyd etdi.

Bütün çətinliklərə baxmayaraq, Azərbaycanın inkişaf etdiyini, iqtisadi göstəricilərimizin artdığını, geniş regional inkişaf proqramlarının icra olunduğunu, işsizliyin və yoxsulluğun dəfələrlə aşağı salındığını deyən Prezident İlham Əliyev ölkəmizin regional və beynəlxalq mövqelərinin çox güclü olduğunu bildirdi, həm qonşularla, həm də Avropa İttifaqına üzv ölkələrlə yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğuladı.

Ötən ay Avropa İttifaqı ilə strateji tərəfdaşlığı nəzərdə tutan yeni saziş üzərində başlanan danışıqların əhəmiyyətindən danışan dövlətimizin başçısı bildirdi ki, bir müddət öncə Amerika və Rusiya baş qərargah rəislərinin Bakıda görüşməsi bir daha onu göstərir ki, ölkəmizə hörmətlə yanaşılır və Azərbaycanın müstəqil siyasət yürütməsi artıq reallıqdır. Ölkəmizin dünyanı təhdid edən təhlükələrə qarşı mübarizə apardığını, sülhməramlı təşəbbüslərə töhfə verdiyini deyən Prezident İlham Əliyev Azərbaycanın icrasında mühüm rol oynadığı qlobal əhəmiyyətli layihələrdən danışdı, Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin və ümumi dəyəri 40 milyard dollar olan “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini vurğuladı.

“Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa sərmayə qoyur”, - deyən dövlətimizin başçısı ölkəmizin mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verdiyini, malik olduğumuz tolerantlıq və multikulturalizm ənənələrinin Azərbaycanı bu prosesin mərkəzinə çevirdiyini diqqətə çatdırdı.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa beşinci dəfə keçirilən bu Foruma verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq etdi. Hər il Forumun sıralarının genişləndiyini, Bakının getdikcə daha da inkişaf etdiyini və bunun qonaqların diqqətindən yayınmadığını deyən Vayra Vike-Freyberqa Forumun budəfəki mövzusunun beynəlxalq hüququn və beynəlxalq balansın əldə olunması istiqamətində görülən tədbirlərə bir töhfə olacağına əminliyini ifadə etdi, bu prosesin daha da sürətləndirilməsinin əhəmiyyətini vurğuladı. Azərbaycanın regional əhəmiyyətini, güclü enerji və nəqliyyat potensialına malik olduğunu qeyd edən Vayra Vike-Freyberqa Forumun uğurla keçəcəyinə, maraqlı fikir mübadilələrinin aparılacağına əminliyini bildirdi.

İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo İtaliya Respublikasının Prezidenti Sergio Mattarellanın müraciətini Forum iştirakçılarına çatdırdı. Sergio Mattarella müraciətində beynəlxalq icmanın üzləşdiyi problemlərin müzakirə olunduğu Forumun əhəmiyyətini vurğulayır, mədəniyyətlərarası dialoqun və fundamental azadlıqların beynəlxalq icmanın əsas öhdəliyinə çevrilməsinin vacibliyini diqqətə çatdırır, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən irəli sürülən təşəbbüslərin əməkdaşlığı daha da möhkəmləndirməyə xidmət etdiyini bildirir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Stefan Makkornak isə Krallığın Baş naziri Tereza Meyin müraciətini səsləndirdi. Baş nazir Tereza Mey də beşinci dəfə keçirilən bu Foruma göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edir. Bu il Azərbaycan ilə Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin qurulmasının 25 ilinin tamam olduğunu, bu illər ərzində ölkələrimiz arasında məhsuldar əlaqələrin fomalaşdığını, səmərəli əməkdaşlığın davam etdiyini vurğulayan Tereza Mey Forumun dünyanın üzləşdiyi çətinlikləri dəf etməkdə mühüm rol oynadığını bildirir.

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin dünyada gərgin siyasi proseslərin getdiyini, münaqişələrin və toqquşmaların davam etdiyini bildirdi və bu problemlərdən çıxış yolu kimi Forum çərçivəsində aparılan müzakirələrin səmərəli olacağına əminliyini bildirdi. O, Forumun işinə verdiyi güclü dəstəyə görə bir daha Prezident İlham Əliyevə təşəkkür etdi.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM