Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin investisiya və inkişaf naziri Jenis Kasımbeklə görüşüb. Qazaxıstanlı nazir rəhbərlik etdiyi qurumun səlahiyyətlərinə daxil olan iqtisadi-ticari və nəqliyyat sahələrinin ikitərəfli əlaqələrdə mühüm yer tutduğunu qeyd edərək gündəlikdə duran məsələlərin müzakirəsi baxımından görüşün vacibliyini vurğulayıb. Jenis Kasımbek vurğulayıb ki, vaxtilə Aktau dəniz limanının rəhbəri vəzifəsində çalışdığı müddətdə ölkəmizi yaxından tanımaq imkanı olub. Səfir Rəşad Məmmədov isə öz növbəsində vuruğayıb ki, Qazaxıstan Azərbaycanın vacib tərəfdaşlarından biridir. Bu baxımdan Azərbaycan Qazaxıstanla iqtisadiyyatın bütün sahələri üzrə əməkdaşlığın inkişafında maraqlıdır. Diplomat Avropa və Asiya arasında əlverişli tranzit potensialının reallaşması istiqamətində hər iki ölkədə həyata keçirilən beynəlxalq nəqliyyat infrastrukturlarının əhəmiyyətindən danışıb. Diplomat yaxınlarda işə düşəcək Bakı-Tiflis-Qars dəmir yolu xəttinin və Qazaxıstanın Xəzər sahilində inşa etdiyi yeni Kurık limanının ölkələrimizin tranzit imkanını daha da genişləndirəcəyini qeyd edib. Rəşad Məmmədov həmçinin iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişaf etidirilməsinin vacibliyini vurğulayıb və bu baxımdan Azərbaycan ixracatçı şirkətlərinin cari ilin 24-25 aprel tarixlərində Qazaxıstanın Almatı və Astana şəhərlərində həyata keçirəcəyi ticarət missiyası haqında məlumat verib. Həmçinin Qazaxıstan ixraratçı şirkətlərinin də ölkəmizə belə səfər həyata keçirəcəyi təqdirdə onlara lazımi işgüzar əlaqələrin qurulması üçün bütün imkanların yaradılacağı bildirilib. Diplomat qeyd edib ki, Azərbaycan Qazaxıstan istehsalı olan lokomotivləri idxal etməyə hazırdır. Eləcə də “Bakı Gəmiqayırma Zavodu”nda Qazaxıstanın gəmi sifarişlərinin qəbulunda maraqlıdır.
Jenis Kasımbek Qazaxıstanın Azərbaycan üzərindən keçən Şərq-Qərb nəqliyyat dəhlizinə böyük əhəmiyyət verdiyini qeyd edərək, bu marşrutun inkişafı üçün Qazaxıstanda həyata keçirilən layihələr haqqında danışıb və Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışını səbirsizliklə gözlədiklərini qeyd edib. Həmçinin ikitərəfli ticari əlaqələrin inkişafının vacibliyini vurğulayan nazir sözügedən ticarət missiyasının uğurlu keçməsi üçün lazımi dəstək veriləcəyini bildirib.
Eyni zamanda, görüşdə hər iki ölkədə azad iqtisad zonalar arasında əməkdaşlığın inkişafının faydalı nəticələr verə biləcəyi qeyd edilib və Aktau dəniz limanı xüsusi iqtisadi zonasında Azərbaycan investisiyası ilə inşa edilən “Aktau istehsal və Loqistika Mərkəzinin” iqtisadi-ticari əlaqələrin artmasına təkan verəcəyi bildirilib. Öz növbəsində səfir Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad iqtisadi zonanın yaradılması, limanda taxıl terminalının tikilməsi barədə məlumat verib və azad iqtisadi zonada Qazaxıstanın taxıl sahəsində fəaliyyət göstərən böyük şirkətlərindən birini görməkdən Azərbaycan tərəfinin məmnun olacağını bildirib. Görüş zamanı tərəflər həmçinin mülki aviasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Bu xüsusda, iki ölkə arasında birbaşa həftəlik uçuşların sayının çoxaldılması, birbaşa reyslərin coğrafiyasının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb və mövsümi çarter reyslərinin açılmasının mümkünlüyü vurğulanıb.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM