Gürcüstan Prezidentinə Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru adı verilib

14:27 / 17.03.2017

Martın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Gürcüstan Prezidenti Giorgi Marqvelaşviliyə DİA-nın fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.

DİA-dan  bildiriblər ki, bu ali məktəbin rektoru, akademik Urxan Ələkbərov Gürcüstan Prezidentini akademiyanın kollektivi adından salamlayıb, Azərbaycan və Gürcüstan arasında strateji əməkdaşlıq münasibətləri, elm və təhsilin inkişafına, təhsilin məzmununun yeniləşdirilməsi, müstəqil Gürcüstan üçün kadr hazırlığı prosesinə layiqli töhfələr vermiş ali qonağın Dövlət İdarəçilik Akademiyasına gəlişini önəmli hadisə kimi dəyərləndirib. Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunu diqqətə çatdıran rektor bunun müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində mümkün olduğunu bildirib. U.Ələkbərov, həmçinin bu gün beynəlxalq müstəvidə özünü doğrultmuş, öz seçimini qoruyan və dinamik inkişaf edən, həm regional, həm də qlobal xarakterli layihələrdə fəal iştirak edən Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə ikitərəfli münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra DİA-nın humanitar və sosial məsələlər üzrə prorektoru Mehdi Abdullayev Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq münasibətlərinin qorunmasında, elm və təhsil sahəsində əməkdaşlığın möhkəmlənməsində xidmətlərinə görə Gürcüstan dövlətinin başçısına akademiyanın fəxri doktor adı verilməsi barədə elmi şuranın qərarını oxuyub.

Gürcüstan Prezidentinə DİA-nın fəxri doktoru diplomu, mantiya və xatirə hədiyyələri təqdim edilib.

Prezident Giorgi Marqvelaşvili mərasimdə çıxış edərək Gürcüstan dövlətinin təşəkkülünün əsas mərhələlərindən, yeni ictimai-siyasi formasiyaya keçid dövründə gürcü xalqının qarşılaşdığı çətinliklərdən danışıb.

Gürcüstan-Azərbaycan münasibətlərinin perspektivlərindən bəhs edən ali qonaq Azərbaycanın yüksək iqtisadi potensialını vurğulayıb. Gürcüstan lideri Azərbaycanda həyata keçirilən qlobal enerji layihələrinin Gürcüstan üçün böyük əhəmiyyət daşıdığına da diqqət çəkib. Azərbaycanı regionun önəmli dövləti kimi dəyərləndirən Prezident Giorgi Marqvelaşvili ölkəmizin qazandığı böyük uğurların ümummilli lider Heydər Əliyevin xidməti olduğunu söyləyib. Ali qonaq bu gün bütövlükdə bölgədə ictimai-siyasi sabitlik, yüksək iqtisadi inkişaf tempinə Heydər Əliyev və Eduard Şevardnadzenin uzaqgörənliyi və qətiyyəti nəticəsində nail olunduğunu bildirib. Gürcüstan lideri regional məsələlərə, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə Prezident İlham Əliyevin diqqətini yüksək qiymətləndirib. O xüsusi vurğulayıb ki, bu gün ölkələrimiz yeni inkişaf strategiyasını müəyyənləşdirir, bizim birliyimiz, birgə layihələrimiz və energetika sektorunda, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə başlanmış əməkdaşlığımız digər sahələrə də təsirini göstərir və bu tendensiya həm Azərbaycan, həm də Gürcüstan prezidentləri tərəfindən dəstəklənir.

Yekunda Gürcüstan Prezidenti Azərbaycana gəlişindən böyük məmnunluq duyduğunu bir daha vurğulayıb.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM