Qaradağda məktəblinin müəmmalı ölümü – FOTO

10:16 / 18.03.2017

Dünən səhər saatlarında Qaradağ rayonu Qızıldaş qəsəbəsində yaşadığı evin yaxınlığında meyiti tapılan 13 yaşlı Toğrul Sultanovun ölümü ilə bağlı çoxsaylı suallar qalmaqdadır. 

Strategiya.az xəbər verir ki, Lent.az-ın əməkdaşı hadisənin baş verdiyi yerdə olub və meyitin tapıldığı əraziyə gedib. 

Ailə üzvləri və qohumları 13 yaşlı Toğrulun kanalizasiya suyunun axdığı bataqlıqda necə ölə biləcəyini hələ də dərk edə bilmirlər. Yeniyetmənin atası Zaur Sultanov bildirib ki, uşağın sudurğa keçirməsi ehtimalı da mümkün deyil: 

“Əvvəlcə dedilər, guya sudurğası tutub. Uşaq martın 15-i günortadan itib, martın 16-sı səhər meyiti tapılıb. Bu necə ola bilər? Uşağın bədənində xəsarət yox idi. Amma ona iynə vurub, narkotik verib öldürə bilərlər. Sonra da meyitini gətirib həmin əraziyə ata bilərlər. Həm də sağlam uşaq idi. Gördüyünüz bu hasarları hörməkdə mənə kömək edib. Necə ola bilər ki, daş hörə bilən uşaq xəstə olsun?”.

Müəmmalı şəkildə vəfat etmiş Toğrulun atası oğlunun öləndən sonra meyitinin həmin əraziyə gətirildiyinə inanır: 

“Paltarlarının bir hissəsi hələ quru idi. Qəsəbədə it əlindən çölə çıxmaq mümkün deyil. Necə ola bilər ki, meyit o qədər vaxtı həmin yerdə qalsın, it-qurd ona toxunmasın?”.

Qohumlarının sözlərinə görə, martın 15-də orta məktəb şagirdlərinin bir çoxu Lökbatan qəsəbəsində keçirilən tədbirə yollanıb. 180 saylı orta məktəbin 7-ci sinif şagirdi olan Toğrul isə tədbirə getməyərək evə qayıdıb. Onun evə qayıtmasını əks etdirən görüntü qonşunun müşahidə kamerasına düşüb. Lakin Toğrul evi tərk edərkən ön tərəfdən, yəni qonşunun kamerasının əhatə dairəsi olan yerdən deyil, hasar istiqamətini seçib. Atası Zaur Sultanov deyir ki, tədbirdən qayıdan böyük oğlu Toğrulu evdə tapa bilməyib: 

“Daha sonra hamı axtarmağa başlayıb. Mən də işdən təxminən saat 7-də gələndə xəbər tutdum. Bütün gecəni axtarmışıq. Meyitin tapıldığı yerə də dəfələrlə baxılıb. Amma görən olmayıb. Ayın 15-də saat 2 ilə 9 arası onu heç kim görməyib. Mən daş karxanasında işləyirəm, böyük əziyyətlə çörəkpulu qazanıram, 3 uşaq böyüdürəm. Heç onları istədiyim kimi yedizdirə bilmirəm. Bunlar mənim başıma niyə gəlməlidir ki?”.

Mərhumun əmisi oğlu Tural Sultanov əlavə etdi ki, meyitin tapıldığı yerdə başqa ayaq izləri var: “Bir insan palçıqlığa, bataqlığa girib özünü boğa bilərmi? Əgər o, özü gəlib bu lilin içində ölübsə, onda ayaqqabıları ilə batmalı idi. Amma təmiz idi. Suyun üzərində onun bədən forması hələ də qalıb. Əgər orda can veribsə, çabalamalı, ətrafa əl-qol atmalı deyildimi? Həm də burada camaat mal-qarasını otarır. Səhər saat 6-7 arası buradan keçən olub və meyiti görən olmayıb. Məlum olur ki, burada nə isə başqa əməl var”.

Toğrulun əmisi isə bildirdi ki, Qızıldaşdan su kanalı keçmir: 

“Deyirlər ki, guya su kanalında boğulub, intihar edib. Bu qəsəbəyə su boru ilə gəlir və qəsəbədə su kanalı deyilən şey yoxdur”.

Hadisə yerinə baxış keçirərkən məlum oldu ki, meyitin tapıldığı yer Toğrulun yaşadığı evdən təxminən 200-250 metr məsafədədir və bura birbaşa getmək üçün qonşunun müşahidə kamerasının əhatə dairəsinə düşmək lazımdır.

Qeyd edək ki, əslən Yardımlı rayonundan olan və ailənin ortancıl uşağı olan 13 yaşlı Toğrul martın 15-də saat 14 radələrində evdən çıxıb. Onun meyitini martın 16-da saat 07:30 radələrində Qızıldaşda yerləşən beşmərtəbəli binanın qarşısındakı bataqlıq sahədə bibisi tapıb. Bibisi səhər qardaşıgilə gedərkən yol kənarında uşağın cəsədini görüb və bu barədə məlumat verib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM