Azərbaycan ictimai və fəlsəfi fikrinin mahir tədqiqatçısı, fəlsəfə elmimizin ağbirçəyi fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə artıq ömrünün 86-cı baharına qədəm qoyur. Bu 85 il həyat sanki Zümrüd xanımın həyatında kəşməkeşli, amma həm də çox maraqlı və mənalı ömür yolu olmuşdur.
Zümrüd Əliqulu qızı Quluzadə 1932-ci il mart ayının 17-də Bakı şəhərində müəllim ailəsində anadan olmuşdur. 1949-cu ildə orta məktəbi bitirmişdir. Zümrüd xanım 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin “fəlsəfə” şöbəsini, 1957-ci ildə isə fəlsəfə ixtisası üzrə aspiranturanı bitirmişdir.
1959-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Роль надстройки в антагонистических обществах” (рабовладельческом, феодаль-ном и буржуазном) mövzusunda namizədlik dissertasiyası uğurla müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. “Fəlsəfə” ixtisasını bitirdikdən sonra bütün əmək fəaliyyətini fəlsəfə və ictimai fikir tariximizin inkişafı və bu sahədə araşdırmalara həsr etmiş Zümrüd xanım demək olar ki, əmək fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutuna bağlamışdır. 1969-cu ildə Zümrüd xanım “Хурифизм и его представители в Азербайджане” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Daim elmi tədqiqat işləri ilə məşğul olan Zümrüd Quluzadə müəyyən müddət ərzində Azərbaycan Politexnik İnstitunda fəlsəfə fənnindən mühazirələr oxumuşdur.
1960-cı ildən bu günə kimi Zümrüd xanım Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə Institutunun “Fəlsəfə və ictimai fikir tarixi” şöbəsində çalışır. O 30 ilə yaxın adı çəkilən şöbədə şöbə müdiri vəzifəsində çalışmışdır.
1996-cı ildən “Şərq fəlsəfəsinin problemləri” jurnalının baş redaktorudur. Yuxarıda adı çəkilən beynəlxalq elmi-nəzəri jurnal azərbaycan və rus dillərində 2 çap vərəqi həcmində nəşr olunur. Çap olunan məqalələrin xulasəsi – ərəb, fars, türk, ingilis, fransız və alman dillərində jurnalda öz əksini taparaq Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanasının vasitəsi ilə şərq və qərb ölkələrinin
kitabxanalarına göndərilir. Z.Quluzadənin yazıları azərbaycan, rus və qismən ingilis və türk dillərində çap olmuşdur.
Zümrüd xanım “История азербайджанской философии” (Azərbaycan fəlsəfə tarixi) dörd cildliyinin çap olunmuş I və II cildlərinin məsul redaktorudur. Onlarla monoqrafiya və 200-dən çox elmi məqalələrin müəllifidir.
Zümrüd Quluzadənin tədqiqat sahəsi olduqca zəngin və əhatəlidir. O Azərbaycan fəlsəfi fikir tarixi ilə yanaşı mənəvi mədəniyyətimizin inkişaf tarixi, islam bölgəsi fəlsəfəsi, Şərq fəlsəfi fikir tarixi, müasir fəlsəfi istiqamət və cərəyanlar barədə tədqiqatlar aparır.
Fəlsəfə elmləri doktoru Zümrüd Quluzadənin fikrincə intibah dövrü fəlsəfi və ictimai fikrinin əsas təzahür formalarından biri folklor və fəlsəfi poeziyadır ki, burada fəlsəfi məzmun ayrı-ayrı ideyalar və ya bütöv təlim şəklində nəsr və nəzmlə ifadə edilir: “Dövrün fəlsəfi və ictimai problemlərini əks etdirən fəlsəfi poeziyanın görkəmli nümayəndələri sırasına Məhsəti Gəncəvi, Əfzələddin Xaqani və Nizami Gəncəvinin adları daxildir. Fəlsəfi poeziyanın zirvəsi sayılan Nizami irsi, ilk növbədə, onun “Xəmsə”si 12 əsrdə Azərbaycanın və islam Şərqinin fəlsəfi təfəkkürünün poetik formada əksini tapmış nümunəsidir ki, bu da sonralar fəlsəfi təfəkkürü nəzmlə açıqlayan Şərq “Xəmsə”lərinə örnək olmuşdur. Qədim Azərbaycan, Şərq və yunan fəlsəfəsindən qaynaqlanan və onların özünəməxsus sintezini əks etdirən Nizami “Xəmsə”sində ontoloji aspektdə panteizm yönümlü idealizm, qnoseologiyada rasionalizmlə irrasionalizmin sintezi, sosial və etik görüşlərdə şəxsiyyəti və cəmiyyəti kamilliyə aparan zahiri və batini yolların təsviri ehtiva olunmuşdur.
Zümrüd xanıma görə orta əsrlərdə Şərqin və Azərbaycanın İntibah mədəniyyətində müxtəlif növ təfsirlər də məlum idi. Çoxaspektliliyi ilə seçilən təfsirlər dil, bədiilik, üslub, fəlsəfə, elm, bir sözlə, təfsir obyektinin məzmun və formasını aça bilən bütün məqamların professional şərhini əhatə edərək bütövlükdə məlum hermenevtik yanaşma metoduna uyğun idi. Bu növ təfsirlər içərisində Azərbaycan klassik mədəniyyətinin nümayəndələri Xətib Təbrizi və Yusif Xoylunun ərəb filosofu Əbül-Əla əl-Məərrinin “İlk qığılcım” poemasına verdikləri
təfsirlər xüsusi yer tutur. Bu təfsirlər poemanın fəlsəfi aspektdən şərhinin dərinliyi və müfəssəlliyinə görə sonralar hər iki təfsirçinin fəlsəfi dünyagörüşünün tədqiqi üçün imkan və zəmin yaratdı.
Zümrüd xanıma görə XIII–XVI əsrlərdə Azərbaycan fəlsəfi və sosial-siyasi fikri ölkənin sosial-siyasi və ümummədəni kontekstində dövrün tələblərinə uyğun inkişaf edirdi. Lakin bu kontekst XIII–XIV və XV–XVI əsrlərdə xeyli fərqlənirdi. Belə ki, XIII–XIV əsrlərdə ölkə ərazisində müstəqil Eldənizlər və Atabəylər dövlətləri devrilir, monqolların və Teymurilərin hakimiyyəti bərqərar olur. XV–XVI əsrlərdə isə Azərbaycan xarici istiladan tədricən azad olur, müstəqil Ağqoyunlu, Qaraqoyunlu dövlətləri və Azərbaycan Səfəvi imperiyası yaranır”.
Zümrüd Quluzadənin fikrincə, XIII–XIV əsrlərdə ölkədə xarici istila zülmü yerli feodal zülmü ilə birləşərək genişmiqyaslı xalq üsyanlarına səbəb olurdu: “Bu üsyanlarda, adətən, əsas rolu yüz minlərlə sakini olan və iqtisadiyyatı inkişaf etmiş şəhərlərin əhalisi, ilk növbədə, iqtisadi, ideoloji və siyasi cəhətdən təşkilatlanmış və bir çox hallarda tacirləri, yerli mülkədarları, ruhaniləri və kəndliləri ətrafında birləşdirən sənətkarlar silki oynayırdı. Ölkəsinin müdafiəsinə qalxan xalqın ideoloji dayağı mövcud təriqətlərin qeyri-ortodoksal, bir sıra hallarda ifrat şiəliyi və ardıcıl panteizmi ilə səciyyələnən fəlsəfi yönümlü təlimləri idi.
O həmçinin bildirir ki, XIII–XVI əsrlərdə keçmiş fəlsəfi cərəyanlar zəminində yeni, özünəməxsus fəlsəfi baxışlara malik, məhz Azərbaycanda yaranmış müstəqil hürufi, nöqtəvi, qızılbaş, gülşəni və s. təriqət və ideoloji cərəyanlara rast gəlinir. Arasıkəsilməz müharibələrə və istilalara baxmayaraq, həmin dövrdə Azərbaycanda fəlsəfi fikrin inkişafına dünyəvi elmlərin yüksəlişi – XIII əsrdə Şərq alimlərinin elm ocağına çevrilmiş dünya şöhrətli Marağa rəsədxanası və Marağa universiteti, XIV əsrdə Təbrizdə dünyəvi elmlər, fəlsəfə və ilahiyyat tədris olunan Dar üş-Şəfa tibb kompleksi, XIV əsrin əvvəllərində Təbrizdə dəqiq elmlərlə yanaşı fəlsəfənin dərindən öyrənildiyi Rəbbi-Rəşidi elm şəhərciyinin yaranması, əlyazmalarını hifz edən çoxsaylı kitabxanaların və hətta ölkənin kağız istehsalına ehtiyacını ödəyən Kağazkunan şəhərinin olması təsir edirdi. Fəlsəfi və ictimai fikrin inkişafına ölkədə müxtəlif din (zərdüştilik,
təktanrıçılıq, şamançılıq, bütpərəstlik, yəhudilik, xristianlıq, islam və s.) və dillərin (türk-Azərbaycan, ərəb, fars, udi, gürcü və s.) mövcudluğu etnosların birgə qarşılıqlı anlaşma və etimad şəraitində yaşaması və mədəni əlaqələri də böyük təsir göstərirdi. Müxtəlif dinə, dilə və siyasi bölgələrə mənsubluğu Azərbaycan mədəniyyətini və fəlsəfəsini zənginləşdirən amillər idi.
Zümrüd xanımın fikrincə ərəb və fars dilləri ilə bərabər artıq 12 əsrdən türk dili də elitar ədəbi dil kimi tanınırdı. Azərbaycanın fəlsəfi ədəbiyyatında türk-azərbaycandilli yazılı abidələr getdikcə artırdı. Bunlardan XIII əsrə aid alleqorik “Əhməd Hərami” anonim etik risaləsini, Həsənoğlu, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və XIII–XVI əsrlər fəlsəfi poeziyasının başqa çoxsaylı nümayəndələrinin məlum irsini göstərmək olar. Azərbaycan xalqının fəlsəfi mədəniyyəti XIII–XVI əsrlərdə əsasən islam və xristian mədəni bölgələrində inkişaf edirdi. Lakin xristian bölgəsinin yazılı mədəni abidələri Azərbaycan albanlarının etnik assimilyasiyasına hər vasitə ilə cəhd edən erməni kilsəsinin əli ilə uzaqgörənliklə məhv olunduğundan, Azərbaycanın alban mənəvi mədəniyyəti və xüsusən fəlsəfi dünyagörüşü haqqında məlumat çox məhduddur.
XIII–XVI əsrlərdə islam mədəni kontekstində inkişaf edən Azərbaycan fəlsəfəsi əvvəlki dövrdə olduğu kimi, teosofiya daxilində Şərq peripatetizmi, təriqət fəlsəfəsi, fəlsəfi poeziya, təfsirlər və s. formalarda inkişaf edirdi və dövrün sosial-siyasi durumu fəlsəfəyə, xüsusən genişlənən sosial bazaya malik fəlsəfi cərəyanlara, onların ortodoksal dinə münasibətinə ciddi təsir göstərirdi. Din xadimlərinin bir çox hallarda monqollar və teymurilərlə əməkdaşlığı xarici (istilaçı) və yerli sosial zülmə qarşı yönəlmiş cərəyanların fəlsəfi görüşlərində bidət təmayülünü artırırdı. Bu cərəyanlar fəlsəfədə materializm təmayüllü ardıcıl panteizmi təbliğ edir və panteizmə əsaslanan hülul nəzəriyyəsini sosial problemlərin həllinə yönəldirdi. Mistik özünüdərk və fərdi kamilləşmə artıq real məqsədlərə, sosial-siyasi məsələlərin həllinə istiqamətləndirilirdi. İslamın panteizmə əsaslanan yeni bidətçi yozumlarının sayı artır və onlara qarşı ortodoksal din və dövlət xadimləri tərəfindən aparılan amansız mübarizə şiddətlənirdi”.
Zümrüd xanımın fikrincə XIII–XVI əsrlərdə peripatetik fəlsəfənin nümayəndələri Siracəddin Urməvi, Əfzələddin Xünəci, Nəsirəddin Tusi və b. idi. Görkəmli filosoflar Mahmud Şəbüstəri, Əvhədi Marağayi isə həm peripatetizmi, həm də sufiliyi təmsil edirdilər: “Həmin mütəfəkkirlərin əsərlərində fəlsəfi problemlərlə yanaşı, nücum, təbabət, riyaziyyat, məntiq və hüquq problemləri də mühüm yer tuturdu. Məntiq elmi Şəmsəddin Məhəmməd Xalxali, Şükrüllah Şirvani, Bədrəddin Seyid Əhməd Lələvi və b.-nın əsərlərində işlənib. Bu dövrdə peripatetizm nümayəndələri ölkə və bölgə fəlsəfi ənənələrini elmin nailiyyətləri ilə birləşdirərək bir sıra fəlsəfi problemlərin materialist təmayüllü yozumunu verib, hərəkət və inkişafın ümumiləşdirilmiş təsvirini, maddi və mənəvi aləmin fenomenləri arasındakı qarşılıqlı əlaqələri dialektik izah etmişlər. Dövrün peripatetiklərinin təlimi X-XII əsr Azərbaycan fəlsəfəsi ənənələrinin, elm və mədəniyyətinin nailiyyətlərinə söykənən davamı idi.
Azərbaycan peripatetizminin görkəmli nümayəndələrindən biri Nəsirəddin Tusinin (1201–1274) fəlsəfi görüşləri, əsasən, İbn Sinanın “İşarələr və qeydlər” kitabının şərhi, sosial etik görüşləri “Əxlaqi Nasiri”, həmçinin “Kəlamın təcridi”, “Qanunnamə”, “Xilafətnamə”, “Nəsihətnamə” və s. əsərlərində öz əksini tapıb. Zümrüd xanıma görə Nəsirəddin Tusinin ontoloji görüşlərindəki idealizm qeyri-ardıcıllığı ilə səciyyələnir. Dünyanın yaranması, onun əbədiliyi, substansiya və aksidensiya, materiya və forma, hərəkət və sükunət, əql və hiss arasındakı münasibətlərin şərhində bir çox hallarda onun görüşləri orijinallığı və materializmə meyilliliyi ilə fərqlənirdi. Mütəfəkkirin fəlsəfi təliminə dialektik yanaşma, maddi dünyanın dərki haqqında təsəvvürlərinə isə rasionalizm xasdır. Onun ictimai-siyasi və etik görüşləri hakimiyyətə və hakim ideoloji mövqeyə uyğunluğu ilə seçilir. O, cəmiyyətin mövcudluğu üçün sosial bərabərliyin əngəl olmasını göstərir. Mövcud sosial münasibətlərin əbədiliyindən çıxış edən Tusi, onlara tabe olmağı düzgün hesab etməklə yanaşı, xalqın maraqlarına zidd olan, onu qul halına salan siyasəti naqis sayırdı”.
Zümrüd Quluzadəyə görə, XIII–XIV əsrlərdə Azərbaycanda Mahmud Şəbüstəri Təbrizi “Sirlər baxçası” fəlsəfi poeması ilə şöhrət qazanıb: O, “Həqiqət
axtaranların aynası”, “Səadətnamə”, “Şahidnamə” və s. əsərlərində sufi panteizmi ilə peripatetizmin fəlsəfi mövqelərini, xüsusən sonuncunun rasionalizmə münasibətini birləşdirmiş, mühüm və mümkün varlıq, idrak və mərifət, nəfs, ruh, ümumi və xüsusi, bütöv və hissə anlayışlarının mahiyyəti və qarşılıqlı əlaqəsini panteizm baxımından izah edib. İslamın təfsirini sufilik mövqeyindən verən Məhəmməd Təbrizinin kosmoqonik, ontoloji, qnoseoloji, etik görüşləri dialektik bünövrəyə söykənirdi. Bu dövrdə yaşamış Zülfüqar Şirvani, Şəms Təbrizi və b.-nın dünyagörüşü bidət yönümlü mistik panteizmi və sosial bərabərliyə istiqamətli demokratik ictimai-siyasi ideyaları ilə səciyyələnirdi.
Qeyd etmək lazımdır ki, Zümrüd Quluzadənin elmi yaradıcılığı təkcə fəlsəfi və ictimai fikir tarixi ilə məhdudlaşmır. Onun yaradıcılığında dialektika və idrak nəzəriyyəsi, sufizm, panteizm, məntiq, mənəvi mədəniyyətimizin inkişaf tarixi, etika, estetika, gender məsələlərinin təhlili geniş yer tutur. Bu cəhətdən onun oxucular tərəfindən müsbət qarşılanmış “Hürufilik və onun Azərbaycanda nümayəndələri”, “Nadanlıq ya qərəz”, “Alban ölkəsinin qısa tarixi haqqında”, “Bir daha mədəniyyət tarixini dövrləşdirmə prinsipləri haqqında”, “Mədəniyyət tarixinin aktual problemləri”, “Keçid dövründə respublikada gender və qadın problemləri”, “XXI əsrin əvvəllərində fəlsəfə tarixi elminin qarşısında duran problemlər və onların həlli yollarına dair”, “Mənəvi mədəniyyətin universal fenomeni olan panteizmin fəlsəfə tarixində yeri və rolu” və “Türkdilli xalqların fəlsəfə tarixinin tədqiq, tədris və təbliğinə dair” mövzusunda elmi məqalələrini qeyd edə bilərik. Z.Quluzadənin “Heydər Hüseynovun ömür konsepsiyası” və “İslam bölgəsi fəlsəfə tarixinin tədqiqinin perspektivləri haqqında” adlı elmi məqalələri də diqqəti xüsusilə cəlb edir.
Zümrüd xanım fəlsəfə tarixi sahəsində elmi kadrların hazırlanmasında fəal və məhsuldar iştirak edir. Onun yaxından köməyi və elmi məsləhətçiliyi ilə 5 nəfər elmlər doktoru, birbaşa elmi rəhbərliyi ilə onlarla fəlsəfə doktoru hazırlanmışdır.
Zümrüd xanımın ən nəcib xüsusiyyətlərindən biri də onun gənclərə qayğısı və xeyirxah münasibətidir. Bu xeyirxahlıq həm də elmi obyektivlik, tələbkarlıq və prinsipiallıq cəhətlərini özündə birləşdirmişdir. Məhz bunun sayəsində fəlsəfə
elminə qədəm qoyan onlarla gənc bu sahədə püxtələşərək elmlər doktoru səviyəsinədək yüksəlmişdir.
Bütün həyatını elmi axtarışlara və tədqiqatlara həsr edən və bu sahədə bu gün də gənclik ruhu ilə çalışan Zümrüd xanım “əməkdar elm xadimi” adı ilə təltif olunub, elm sahəsindəki xüsusi xidmətlərinə görə prezident təqaüdünə layiq görülüb. Bugün ömrünün müdrik çağında Zümrüd Quluzadə yenə də Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun “Fəlsəfə və ictimai fikir tarixi” şöbəsində baş elmi işçi kimi çalışaraq institutun ictimai-siyasi həyatında yaxından iştirak edir. Qeyd etmək istərdik ki, Zümrüd Quluzadə 30 ildən artıq müddətdə adı çəkilən şöbəyə rəhbərlik etmişdir. Hal-hazırda Zümrüd xanım elmi axtarışlar nəticəsində yeni tədqiqatlar və monoqrafiyalar üzərində yorulmadan işləyir. Bu elmi yaradıçılıq Zümrüd xanımın həyat eşqini daha da alovlandırır və ona sanki gənclik ruhu verir. Biz Zümrüd xanımı ad günü münasibətilə ürəkdən təbrik edir, ona Ulu Tanrıdan can sağlığı və elmi fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayırıq. Qoy bu müdrik alim-ağbirçəyimiz yeni monoqrafiyaları ilə elmi-fəlsəfi ictimaiyyətimizi daim sevindirsin.
Fəlsəfə üzrə fəlsəfə doktoru,
dosent Rəşad ƏSGƏROV
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM