Bahar yorğunluğunun səbəbləri: bütün gün yuxusu gələnlər oxusun!

12:17 / 21.03.2017

Bahar fəsli təbiətin oyanışı ilə əlaqədar insanın özünü daha yaxşı hiss etdiyi bir dövr hesab edilsə də bu aylarda halsızlıq və yorğunluq daha çox müşahidə olunur. Bu zaman metabolizm və hormonlarda dəyişiklik baş verir. Bu dəyişiklik adətən halsızlıq, yorğunluq, əzələ ağrıları ilə müşahidə olunur. Halsızlıq və yorğunluq təbii olaraq yuxu gətirir. Bəzi vitamin və mineral çatışmazlığı da insanın özünü yorğun hiss etməsinə səbəb olur. Orqanizmi ehtiyacı olduğu vitamin və minerallarla təmin etdikdə insan özünü həm fiziki, həm də ruhən daha yaxşı hiss edir. Yorğunluq hissindən başqa, iştahın azalması, əzələ ağrıları, oynaq ağrıları və qadınlarda menstruasiya nizamsızlığı kimi əlamətlər özünü göstərir. Türkiyəli diyetoloq Oya Yüksək baharı gümrah keçirmək üçün mütəmadi olaraq istifadə etməli olduğumuz qidaların siyahısını açıqlayıb.

Baharı enerjili keçirməyə kömək edən 10 qidanın siyahısını təqdim edirik.

Türkiyəli mütəxəssis bahar aylarında müşahidə olunan halsızlığı meteoroloji təsirlə izah edib. Onun fikrincə, fəsil keçidləri əvvəlcə hormonal sistemə təsir edir: "Bədənin yeni ekoloji dəyişikliklərə alışması və hormonal sistemin yenidən tarazlaşması vaxt tələb edir. Bu vəziyyət ətraf mühitə uyğunlaşmağı çətinləşdirir və yorğunluğa səbəb olur. Qış aylarında hərəkətsiz həyat tərzi sayəsində qazandığımız artıq çəki baharda aktiv həyat tərzinə adaptasiya olmaqda çətinlik yaradır. Çirkli hava, havadakı elektrik yükünün artımı və ion dəyişiklikləri də yorğunluğa səbəb olan amillərdəndir”.

1.Kivi

Kivi C vitamini baxımından zəngin meyvədir. Səhərlər və ya gün ərzində bir ədəd kivi yemək metabolizmin fəaliyyətini yaxşılaşdırır, yorğunluq hissini aradan qaldırır.

2.Yerkökü

Vitamin və minerallarla zəngin olan bu tərəvəzi "qızıl mədəninə” bənzədirlər. Bu bitki güclü təmizləyici təsirləri ilə qaraciyəri lazımsız maddələrdən təmizləyir. Onun tərkibində olan beta-karotin A vitamininə çevrilir ki, bu da intellektin yaxşılaşmasına, immun sisteminin möhkəmlənməsinə, sümüklərin və dişlərin güclənməsinə, tiroid vəzində ola biləcək problemlərin aradan qalxmasına və boy artımına kömək edir. Həm də zehni fəaliyyəti gücləndirir. Gündə bir ədəd yerkökü yeməklə halsızlıq və yorğunluq problemini tamamilə həll edə bilərsiniz.

3.Armud

Armud bol miqdarda A, K və C vitamini ehtiva edir. Antioksidant təsirə malik olan armud immun sistemini gücləndirib bədənə enerji verir. Bundan əlavə armudun tərkibindəki faydalı maddələr qanda şəkərin miqdarını tənzimləyir. Baharı enerjili keçirmək istəyirsinzisə, gündə bir ədəd armud yeyin.

4.Cəfəri

Cəfərini şüyüd və çuğundur yarpağı ilə birlikdə istifadə etmək immun sistemini gücləndirir. İmmun sisteminin güclü olması bahar yorğunluğundan daha asan xilas olmaq deməkdir. Üstəlik, cəfəri ödəm problemini də effektli şəkildə yox edir. Cəfərinin istər suyunu içə, istərsə də salatlara əlavə edə bilərsiniz.

5.Qoz

Fındıq, badam və qoz kimi çərəzlər E vitamini ilə zəngindir. E vitamini bədən funksiyaları üçün mühüm rol oynayan maddədir. Qozun tərkibindəki E vitamini orqanizmdə sərbəst radikalların təsirini azaldır. İmmun sistemini gücləndirib yorğunluğu aradan qaldıran bu vitamin saç və dəri baxımı üçün də ən effektli vasitədir. Hər gün 2 ədəd qoz, yaxud 5-6 ədəd fındıq yeyin.

6.Qatıq

Qatıq bağırsaqların fəaliyyətini yaxşılaşdırır, immun sistemini gücləndirir və toxluq hiss verir. Toxluq hissi verən qatıq qanda şəkərin miqdarını da nizamlayır. Beləliklə, gün ərzində gümrah və enerjili oluruq. Gün ərzində 1-2 kasa qatıq yeyin.

7.Qırmızı ət

Dəmir çatışmazlığı qan azlığına səbəb olur. Qan azlığı isə hamıya məlum olduğu kimi halsızlıq və yorğunluq şikayətlərini artırır. Yaz aylarını gümrah keçirmək istəyirsinizsə, həftədə 3 dəfə ət yeməklərinə yer verin.

8.Yulaf əzməsi

Yulaf əzməsi toksinləri və zərərli maddələri orqanizmdən xaric edən faydalı bitkidir. Yulaf əzməsini həftədə 3-4 dəfə səhərlər və günorta saatlarında südə və ya qatığa qarışdırıb yeyin.

9.İspanaq

İspanaq tərkibindəki dəmir duzları və B qrupu vitaminləri sayəsində qan azlığını aradan qaldırır, həmçinin dəri altına piy toplanmasının və sellülitin qarşını alır. İspanaq bağırsağın normal fəaliyyətini təmin edir, qəbizliyin qarşısını alır, karbohidrat mübadiləsini tənzimləyir, qlükozanın toxumalara keçməsini asanlaşdırır və qanda şəkərin səviyyəsini normallaşdırır. Bütün bunlar sayəsində bədən müqaviməti artır. İspanaq həftədə ən az 3 dəfə az bişirilmiş şəkildə yeyilməlidir.

10.Yaşıl çay

Şərqdə yaşıl çay min bir dərdin dərmanı sayılır. İnsan ömrünü uzatdığı deyilən yaşıl çay güclü antioksidant xüsusiyyətlərinə malikdir. Yaşıl çay insanın orqanizmini müxtəlif zərərli maddələrdən (şlaklar, toksinlər, sərbəst radikallar və s.) təmizləyir və nəticədə insanın immun sistemi möhkəmlənir, dolayısı ilə yorğunluğu aradan qalxır./publika.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM