Martın 29-da Moskvada Rusiya və Türkiyə Xarici İşlər nazirliklərinin dəstəyi ilə terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə ilə bağlı ikitərəfli məsləhətləşmələrin növbəti raundu keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
O, qeyd edib ki, terrorizmlə mübarizə mövzusu, bütün dünya üçün, o cümlədən Rusiya və Türkiyə üçün ikitərəfli müzakirə gündəliyinin ayrılmaz hissəsinə çevrilib.
Xüsusən də Yaxın Şərq və Şimali Afrika regionunda mürəkkəb proseslərin, o cümlədən, Suriyada və İŞİD-lə mübarizə kontekstində iki ölkə mühüm rol oynayır.
Rusiyanın məsləhətləşmələrdəki nümayəndə heyətinə xarici işlər nazirinin müavini Oleq Sıromolotovun rəhbərlik edəcəyi planlaşdırılır.
Xatırladaraq ki, iki ölkə arasında əvvəlki məsləhətləşmələr 2016-ci ilin oktyabr ayında Türkiyənin paytaxtı Ankarada keçirilib.
Strategiya.az