“Biz Samvel Babayanın hüquqları uğrunda sonadək mübarizə aparacağıq”.
Bunu “Ohanyan-Raffi-Oskanyan” seçki blokunun liderlərindən biri, sabiq müdafiə naziri Seyran Ohanyan silah qaçaqmalçılığında ittiham olunaraq həbs edilən Qarabağ müharibəsi iştirakçısı Samvel Babayan haqqında danışarkən bəyan edib.
Musavat.com-un məlumatına görə, o deyib ki, bu kimi hadisələr blokun tərəfdarlarını qorxutmur. Şəxsinə qarşı Djrarat kəndindəki silahlı hücumu xatlırladan S.Ohanyan deyib ki, blokun tərəfdarlarından olan S.Babayanın həbsi eyni planın tərkib hissəsidir: “Ancaq anlamırlar ki, o bizim döyüş yoldaşımızdır. Samvel Babayan öz dostları ilə Dağlıq Qarabağdakı müharibədə qələbəni təmin edib. O, Dağlıq Qarabağın qəhrəmanıdır. Biz sona qədər Babayanın hüquqlarını müdafiə edəcəyik. Həmçinin, imkan verməyəcəyik ki, hakimiyyət saxtakarlıq yolu ilə öz məqsədinə çatsın”.
Strategiya.az