Nurçulara yaxınlğı ilə seçilən SAM rəhbəri Fərhad Məmmədov işinin öhdəsindən gələ bilmir
Hakimiyyətin ayrı-ayrı qollarında təmsil olunan Fətullah Gülən təriqətinə mənsub şəxslərin təmizlənməsi davam edir. Bəllidir ki, Gülən camaatı Türkiyədə siyasi hakimiyyətə xəyanətdə suçlandırılıb. Gülən camaatına bağlı nurçu məmurlar Türkiyə siyasi hakimiyyətindən uzaqlaşdırılır. Türkiyədə haqlı olaraq hesab edilir ki, nurçular dövlət hakimiyyətinə təhlükə yarada bilərlər. Bələdiyyə seçkiləri ərəfəsində Gülən camaatına mənsub məmurların AKP iqtidarına yaşatdığı zor anlar yaddaşlardadır. Gülən camaatına mənsub şəxslər dövlətin yüksək qurumunda-Təhlükəsizlik Şurasında gedən müzakirələri belə mətbuata sızdırmaqdan çəkinmədirlər.
Dövlət sirrini yaymış bu təriqətin tamamən sıradan çıxarılmasına qərar verildi. Türkiyə ilə yanaşı qardaş türk dövlətlərində, o cümlədən Azərbaycanda da nurçulardan təmizlənmə əməliyyatları başlandı. Bu günə qədər əhəmiyyətli postlar tutan iki gülənçi məmur işdən azad olunub. Ancaq hakimiyyət strukturlarında gülənçilər qalır və onlar siyasi hakimiyyət üçün hər an təhlükə yarada bilərlər. Onlardan biri də Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovdur. SAM-a direktor təyin olunan gündən bu gənc gülənçi heç nə ilə yadda qalmayıb.
Bu adamın adı davamlı olaraq Gülən təriqəti ilə hallanır. Əsas funksiyası elmi-tədqiqat, elmi-təşkilatçılıq, analitik-informasiya və elmi-nəşriyyat işi olan SAM F.Məmmədovun rəhbərliyində ciddi nəticələr qazana bilməyib.
Mərkəz daxili və xarici siyasət sahələrində araşdırmalar aparmalı, Azərbaycanın dünyada tanıdılması ilə bağlı işlər görməlidir. Bu yaxınlarda keçirilən toplantıların birində F.Məmmədov bildirib ki, bu günə qədər mərkəz ümumilikdə 56 tədbir həyata keçirib ki, bunlardan 28-i Azərbaycanda, 28-i xaricdə baş tutub. SAM dünya beyin mərkəzləri siyahısında 123-cü sırada qərarlaşıb. SAM direktoru onu da əlavə edib ki, Cənubi Qafqazda bu tip təşkilat yoxdur. F.Məmmədov rəhbərlik etdiyi quruma “beyin mərkəzi” deyir, ancaq bu qurum ciddi bir ideyası ilə diqqət mərkəzinə gəlməyib. Ayda bir dəfə dünyada, regionda baş verən hadisələrin analizini adi bir analitik mərkəz də həyata keçirə bilər. Məsələn, tanınmış politoloq Mübariz Əhmədoğlunun rəhbərlik etdiyi SİTM daha sanballı, geniş əhatəli aylıq təhlilləri ilə seçilir. Bu qurumların büdcələrini müqayisə etmək belə düzgün deyil.
Hər il dövlət büdcəsindən milyonlar ayrılan dövlətin beyin mərkəzi adlanan qurum ciddi bir uğuru ilə yadda qalmayıb. Bu milyonların rusdilli kreativ nurçu gənclərin əyləncəsinə sərf olunduğu şəksizdir. Kreativ nurçu gənclər dövlət vəsaiti hesabına xarici ölkələri gəzir, “beynəlxalq konfrans” adı ilə maxinasiya ilə məşğul olurlar. “Cənubi Qafqazda analoqu olmayan” qurum bu günə qədər informasiya müharibəsində olduğumuz ermənilərə hansı zərbəni vurub? Hansı uğurlu beynəlxalq tədbiri, nəşri, aksiyası ilə yadda qalıb? Təəssüf ki, heç bir nəticə yoxdur.
Bu azmış kimi SAM direktorunun adı dünyəvi dövlət üçün aşkar təhlükə doğuran gülənçi təriqətlə birgə hallandırılır. Yayılan məlumata görə, Fərhad Məmmədovun yazdığı elmi iş də qüsurludur. Məlumata görə, F.Məmmədov 2003-cü ildə BDU-nun tarix fakültəsinin magistratura pilləsini bitirib. İxtisasca tarixçi olmasına baxmayaraq o, 2003-cü ilin dekabrında AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun aspirantura pilləsinə daxil olub və 2009-cı ildə “Qloballaşmanın mənəvi etik əsasları və onların Azərbaycan fəlsəfə və etikasında dərki” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb. İddia olunur ki, Fərhad Məmmədovu Ali Attestasiya Komissiyası qanunsuz müdafiəyə buraxıb və ona alimlik diplomu verib.
Belə ki, onun Avtoreferatında göstərilən məqalələrin siyahısı AAK-n tələblərinə cavab vermir. Bu qurumun tələblərinə görə iddiaçının ən azı bir məqaləsi xaricdə dərc olunmalıdır. Fərhad Məmmədovun Avtoreferatında göstərilən məqalələrinin siyahısında xaricdə dərc olunmaq adı ilə 2 məqaləsinin adı yer alıb. Bu məqalələrin hər ikisi İstanbulda Gülən camaatının (nurçular) ciddi nəzarəti altında olan “Dialoq Avrasiya” jurnalının 18 və 22-ci nömrələrində dərc olunub. “Dialoq Avrasiya” jurnalı həm də elmi jurnal olmadığından AAK ümumiyyətlə bu jurnalı tanımır.
Maraqlıdır, deyilənlərə görə, ingiliscə gözəl bilən Fərhad Məmmədov nədən Avropada dərc olunan elmi jurnallara üz tutmayıb? Dissertasiyanın Azərbaycan dilində yazılmasına baxmayaraq Avtoreferatda göstərilən 8 məqalənin 7-i rus dilindədir. Qeyd olunur ki, “beyin mərkəzi”nin rəhbəri Fərhad Məmmədov müdafiə zamanı Müdafiə Şurasının üzvlərinin verdiyi sualların heç birinə dolğun cavab vermədiyindən onun cavabları istehza və gülüşlə qarşılanırmış. Onun dissertasiya işi olduqca zəif işdir və dissertasiyada ciddi qusurlar var.
Vətəninfo.az
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM