Azər Həsrət Brüsseldə media azadlığından danışıb – Video

13:12 / 25.03.2017

 

Martın 23-də Brüsseldə Avronest Parlament Assambleyasının Siyasi məsələlər, insan haqları və demokratiya komitəsilə Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin birgə toplantısı keçirilib. Toplantıda əsasən iki məsələ müzakirə edilib: “Şərq tərəfdaşlığı ölkələrində əmək bazarında qadınların durumu” və “Şərq tərəfdaşlığı ölkələrində media azadlığı və inteqrasiyanın təmin edilməsi”.

Tədbirdə Azərbaycandan rəsmi nümayəndələr – Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov, deputatlar Məlahət İbrahimqızı və Rasim Musabəyov, həmçinin katibliyin nümayəndəsi Vüqar Məmmədov iştirak edib. Vətəndaş cəmiyyəti nümayəndələrindən isə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət media azadlığı məsələlərilə bağlı ekspert qismində dəvət edilib.

Əvvəlcə qadınların əmək bazarında iştirakı müzakirə edilib. Ardından da media azadlığı məsələləri üzrə Rasim Musabəyov və Avropa Parlamentinin üzvü Tanya Fayonun məruzəsi təqdim edilib. Bundan sonra ekspertlərin çıxışları dinlənilib.

ATƏT-in media azadlığı üzrə nümayəndəliyinin baş məsləhətçisi Matias Berman və Yerevan Mətbuat Klubunun prezidenti Boris Navasardyan öz çıxışlarında Azərbaycanla bağlı əsassız tənqidlər səsləndiriblər.

Azər Həsrət isə çıxışında hər iki ekspertə cavab verməli olub. O, əsasən beynəlxalq qurumların qeyri-obyektiv hesabatlarına əsaslanan ekspertləri və iştirakçıları bundan çəkinməyə çağırıb. Eyni zamanda çıxışçıların Azərbaycanda guya media azadlığı və plüralizm, ifadə azadlığı məsələrilə bağlı iradlarına konkret misallarla cavab verib.

Azər Həsrət qeyd edib ki, Azərbaycanda 5 mindən çox media qurumu qeydiyyatdadır. Onların bir çoxu fəaliyyət göstərmir. Bu 5 min media qurumunun mövcudluğu şəraitində cəmi 5 media qurumu durumdan şikayətçidir ki, onların da 2-si ümumiyyətlə xarici media qurumlarıdır. Yəni Azərbaycanın o media qurumları qarşısında heç bir öhdəliyi yoxdur.

“Şikayət edənlərdən biri də “Azadlıq” radiosudur. Bu radio 2-ci dünya savaşından sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən qurulub və indi Konqress tərəfindən maliyyələşdirilir. Azərbaycanın bu radionun fəaliyyətinə icazə verib-verməməsi daxili işidir və buna görə ölkə ittiham edilə bilməz”, – deyə Azər Həsrət bildirib.

Azərbaycanı tənqid edən Boris Navasardyanın fikirlərinə də münasibət bildirən CASCFEN sədri diqqətə çatdırıb ki, son aylarda bir neçə erməni jurnalisti məhz öz ölkələrində media azadlığı problemi üzündən Azərbaycanda sığınacaq tapıb, Bakıda jurnalist fəaliyyəti göstərir.

Azər Həsrət öz çıxışında Böyük Britaniyanın The Guardian qəzetinin 2015-ci ildə keçirilmiş 1-ci Avropa Oyunları zamanı Azərbaycanı hədəfə almasına da toxunub. O qeyd edib ki, media belə məsələlərdə jurnalist etikasına əməl etməlidir. Amma təəssüf ki, The Guardian bu məsələdə yanlış mövqe tutub.

Beynəlxalq təşkilatların media azadlığı reytinqlərini də tənqid edən Azər Həsrət çıxışını əsasən media etikası, onlayn etika və özəlliklə də məsuliyyət məsələlərilə bitirib.

Hər iki mövzu ətrafında tutarlı çıxış edən Azərbaycanlı deputatlar da öz dəyərli fikirlərini iştirakçılara çatdırıblar.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM