Strategiya.az bildirir ki, Almaniya ilə oyundan sonra milli komandamızın kapitanı Rəşad Sadıqov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Rəşad, oyun haqqında nə deyə bilərsən?
- Sevindirici haldı ki, uşaqlar rəqibdən qorxmadılar, çəkinmədilər. İlk 10 dəqiqə həyəcan var idi, ancaq çalışırdıq ki, futbol oynayaq, oyunu çirkinləşdirməyək. Belə baxanda, oyun pis keçmədi. Bəlkə də ən yaxşı oyunlarımızdan birini oynadıq. Buraxdığımız qollara gəlincə isə, səhvlərimizdən çox yaxşı istifadə etdilər. Görürdük, ancaq qarşısını ala bilmirdik.
- Buraxılan ikinci qoldan sonra hansı hissləri keçirdin?
- Çox təəssüf hissi idi. Çünki aydın məsələ idi ki, vurduğumuz qoldan sonra rəqibin də düşərgəsində gərginlik hiss olundu. Hətta bir-birinin üstünə qışqırırdılar. Heç olmasa hissəni 1:2 başa vursaydıq, sonra nəyəsə ümid etmək olardı. Amma üçüncü qoldan sonra şanslarımız sona çatdı.
- Ənənəvi künc zərbəsindən sonra zərbəni sən vurdun. Orda top sanki rəqib müdafiəçinin əlinə dəymişdi. Gördünmü epizodu?
- Gördüm, əlinə dəymədi, sinəsinə dəydi.
- Azarkeş dəstəyi ilə bağlı nə deyə bilərsiz?
- Azarkeşlərimiz bu gün ancaq qələbəyə layiq idilər. Çox üzücüdü ki, onları sevindirə bilmədik. Ancaq özləri də gördü ki, əlimizdən gələni etdik, sadəcə almanların ustalığı bundan artığına imkan vermirdi.
- Renatı gözləyirdik, ancaq heç "18lik"də görmədik. Təbii ki, bu, baş məşqçinin işidi, ancaq bir kapitan kimi, səncə, bu niyə baş vermədi?
- Renat gənc futbolçudu. Məşqçi isə təcrübəli mütəxəssisdi, kimi nə vaxt meydana buraxacağını daha yaxşı bilir. Elə olsun ki, sonrakı oyunlarda problem yaşamayaq.
- Almaniya qarşısındakı oyunu əsas götürərək, inanırsan ki, millimiz final mərhələsinə yüksələ bilər?
- Bu oyunu davam etdirə bilsək və bir az da üstünə qoysaq, səhvlərimizi azaldıb, daha diqqətli oynasaq məncə, nəyəsə ümid bəsləmək olar. Hamı bilirdi ki, bizim üçün daha önəmli oyun Şimali İrlandiyaya qarşıdı. Həmin oyun bizim üçün final olacaq. Şimali İrlandiyanın Norveçə qarşı keçirəcəyi görüş də önəmlidi. İnşallah irlandlar qələbə qazanmaz. Bizim oyunlarımızla bərabər rəqiblərin öz aralarındakı oyunlar da əsasdı.
- Kapitan kimi necə hiss edirsən, komandada qrupdan çıxacaq ab-hava varmı?
- İndidən nəsə demək düz deyil, ancaq uşaqlar hamısı inanır. Almaniyaya qarşı necə oynadıqlarını hamınız gördünüz. Futboldu deyib keçmək olmur. Biz oyunlarda xüsusi bir şey edib qələbə qazana bilərik. San-Marinonu çıxmaq şərtilə, bütün rəqiblər ustalıq səviyyəsində bizdən üstündür. Biz daha ürəklə, daha əzmkarlıqla oynamalıyıq. Xüsusilə ev oyunlarında maksimum nəticələrə ümid etməliyik.
- Oyundan öncə dörd qol gözləyirdiniz?
- Almaniya elə rəqibdir ki, onlardan hər şey gözləmək olardı. Braziliyanın qapısına 7, Şimali İrlandiyaya 2 qol vuran komandadır. Matç 2:1 də bitə bilərdi, 7:1 də. Almaniya yeganə komandadır ki, kollektiv futbol oynayır. Milli səviyyəsində nə Argentina, nə Braziliya belə oynayır. Bir az İtaliya Kontenin vaxtında, bir də İspaniya bu cür oynayır. Qalanları individiual oynayır ki, orda hansısa oyunçunu bağlamaqla nəyəsə ümid etmək olar. Bu tip komandalar isə çox təhlükəlidi.
- Robert Prosineçki oyundan sonra nə dedi?
- Bizə dedi ki, yaxşı oynadınız. Ancaq ilk yarıdan sonra çox əsəbləşmişdi. O da uşaq-uşaq səhvlər etdiyimizə görə idi.
- Yəqin daha çox Əfran İsmayılova əsəbləşmişdi...
- Bütün komandaya. Əfran ilk qolda Nazarova ideal ötürmə verdi. Sonra isə heç nədən belə bir səhv etdi. Biz də sığortalaya bilmədik onun səhvini. Amma bunu yalnız Əfranın səhvi kimi adlandırmaq düzgün deyil.
Day.Az bildirir ki, Almaniya ilə oyundan sonra milli komandamızın kapitanı Rəşad Sadıqov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

Strategiya.az
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM