Axşam saatlarında Goranboy rayonunun Meşəli kəndində kütləvi dava baş verib.
"Report"un məlumatına görə, nəticədə, həmin kəndin 22 yaşlı sakini Salmanov Əlimşah Şahmirzə oğlu başından ağır xəsarət alıb.
Dostlarının köməyi ilə xəstəxanaya aparılan yaralıya həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra o, Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər hazırda yaralının vəziyyətinin orta-ağır olduğunu bildirirlər.
Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.