Cəlilabad rayonunun Maşlıq kəndində qanunsuz at kəsimi və at əti tədarükü ilə məşğul olanlar aşkar edilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) verilən məlumata görə, məlumat əsasında Xidmətin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Cəlilabad rayonu, Maşlıq kəndinin ərazisində yerləşən, Abbasov Saqif Tərlan oğluna məxsus köhnə quşçuluq fermasına baxış keçirərkən mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, baytarlıq nəzarətindən kənar arıq, xəstəliyə şübhəli, kəsim üçün hazırlanmış 32 (otuz iki) baş müxtəlif yaş qrupundan olan atlar və təzə kəsilmiş 31 baş atın daxili orqanları (qaraciyəri, ağciyər və s.) və fermanın həyətində xüsusi qazılmış çalada təzə kəsilmiş 31 ədəd atın baş-ayağı, ətdən ayrılmış at skeletləri, mötəviyyatla dolu mədə və bağırsaqlar, ana bətnində tam formalaşmış döl (at balası) və atın dəriləri aşkar olunub. Eləcə də fermanın ərazisində ətrafa səpələnmiş çoxlu miqdarda köhnə at sümükləri (kəllə sümüyü, ön və arxa ətraf sümükləri, qabırğa və digər skeletlər) aşkar edilmişdir. Həmçinin köhnə quşçuluq fermasında kəsim üçün primitiv quraşdırılmış müxtəlif alət və ləvazimatlar (3 ədəd balta, 6 ədəd bıçaq, 2 ədəd primitiv quraşdırılmış tal, ətləri asmaq üçün qarmaqlar, 1 ədəd işıq generatoru, 1 ədəd bıçaq itiləmək üçün dəzgah, çoxlu miqdarda laxtalanmış qan gölməçələri) antisanitar vəziyyətdə aşkar olunub.
Saqif Abbasov burada antisanitar şəraitdə, qanunsuz, gizli olaraq, baytarlıq nəzarətindən kənar at kəsimi və at ətinin tədarükü ilə məşğul olub. Ferma sahibinin dediyinə görə, tədarük olunan at ətlərini Bakı şəhərindən xüsusi adamlar gəlib aparıblar.
Abbasov Saqif Tərlan oğluna məxsus köhnə quşçuluq fermasında kəsilmiş atların daxili orqanlarından (qaraciyər və ağciyər s.) və baş nahiyəsinin ətlərindən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Fermanın həyətində xüsusi qazılmış çalaya atın müxtəlif orqanları (atın baş-ayağı, qaraciyərləri, mədə və bağırsaqları, at skeletləri, atın dəriləri və s.) yığılaraq qanuna müvafiq şəkildə zərərsizləşdirilib.
Xatırladırıq ki, Abbasov Saqif Tərlan oğlunun bu ilk əməl deyil. Alınan məlumata görə, Abbasov Saqif xeyli müddətdir bu işlə məşğul olub. Həmçinin 17 mart 2017-ci il tarixində də Bakı şəhəri, Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad rayonun Maşlıq kənd sakini Abbasov Saqif Tərlan oğlunun idarə etdiyi "QAZel" markalı 90-DG-562 dövlət nömrə nişanlı yük avtomobilində 1220 kq yararsız ətlər aşkar edilib.
Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən həmin ətlərdən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus) aşkar edilmişdir. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin nümunələrin hamısının aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş at və iribuynuzlu heyvan əti (41 nümunədən 27-nin at 14-nün isə iribuynuzlu əti) olması müəyyən edilib.
Abbasov Saqif Tərlan oğluna məxsus köhnə quşçuluq fermasında aşkar edilən kəsilmiş atlardan (atların daxili orqanlarından və baş nahiyəsinin ətlərindən) götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcək.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM