ABŞ Bəşər Əsəd hakimiyyəti reallığı ilə barışmalı və diqqətini İŞİD-lə mübarizəyə yönəltməlidir. Virtualaz.org “Russia Today”ə istinadən xəbər verir ki, bunu gündəlik brifinqin gedişində Ağ Evin rəsmisi Şon Spayser deyib.
“Siyasi reeallıq mövcuddur və hazırki vəziyyət baxımından biz bununla razılaşmalıyıq”, - Spayser deyib.
Onun sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyası Əsədin devrilməsi imkanını əlindən qaçırıb.
“Bizim belə bir imkanımız var idi, lakin indi diqqəti İŞİD-lə mübarizəyə yönəltmək lazımdır”, - mətbuat katibi bildirib.