Murov qartalı

11:57 / 01.04.2017

 

(Aprel şəhidi Raqub Orucovun əziz xatirəsinə)

Bu gün əzəli Azərbaycan torpaqlarının düşmən tapdağı altında olması hər bir Azərbaycan vətəndaşının nə qədər rahat həyat sürməsinə baxmayaraq, bir tərəfinin kədərli, üzgün, vətən həsrətli, yurd nisgilli olmasına səbəb olur.                          02 aprel 2016-cı il….Bu tarix Azərbaycan xalqının neçə illərdi içində yatan o hisslərin oyandığı və "artıq bəsdir, rədd olun bizim torpaqlardan” sözlərini dillərində, ən əsası qəlblərində və əməllərində canlandırdıqları gün oldu. Belə bir məsəl var: "Çaqqalların azadlığı aslan ayağa qalxana qədərdi”. Bəli o aslanlar ki, onlar artıq neçə illərdi ki, bu ağır yükü qəlblərində daşıyır.Hər bir dəqiqələrində gözlərinin önündən getməyən "Xocalı faciəsini” düşünərək yaşayan, öz ailələrilə gözəl, xoşbəxt vaxt keçirdikdə, övladlarının başlarına sığal çəkdikdə həmin faciədəki min-bir əziyyətlə qətlə yetirilən uşaqları görürdülər.                                   Bu müharibə yüksək hazırlıqlı peşəkar zabit və əsgərlərin xidmətini bir daha dünya ictimaiyyəti qarşısında canlandırdı.Azərbaycan ordusunun nəyə qadir olduğunu sübut etdi.Təsadüfi deyil ki, Aprel döyüşlərində Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən hərbi hissənin komandirlərindən biri olan general özünü güllə ilə vuraraq öldürmüşdür.Buna səbəb isə Azərbaycan ordusunun zəfərinə dözməməsi olmuşdur.Erməni əsgərləri döyüş zamanı silahlarını ataraq geri qaçır və həmin əsgərlər komandirlər tərəfindən güllələnirdi.Çox zəif və bərbat gündə olan Ermənistan ordusundan fərqli olaraq Azərbaycan ordusunda döyüş əhval-ruhiyyəsi, yüksək ruh yüksəkliyi vardı.                       Dörd gün davam edən bu döyüşlərdə xalq öz ordusunun arxasında dayandı.Gənclər hərbi komisarlığa müraciət edərək könüllü döyüşə yollanmaq istədiklərini söylədilər.Respublikanın hər yerində igid Azərbaycan əsgərlərinə dəstək aksiyaları keçirilirdi.Bunun əksi olaraq isə Erməni xalqı onsuz da Azərbaycan ordusunun qələbəsi qarşısında çaş-baş qalan dövlətə qarşı aksiya keçirirdi.Deyirlər, "Torpaq uğrunda ölən varsa, Vətəndir”. Həmin döyüşlərdə igid  Azərbaycan oğulları düşmənə qan udduraraq, ordumuzun nəyə qadir olduğunu göstərdilər.

Hər bir türk 7 arxa dönən babasını tanımalıdır.Təmiz türk olan qəhrəmanlarımızın hamısının həyatını oxuduqca  istər-istəməz qəlbimin dərinliyində vüqar, fəxarət yarandı ki, mənim Ordumun belə komandirləri, Vətənimi qoruyan belə oğulları var.                                                                           Bütün bu gedişlərin hamısı geopolitik məkanda çox önəmli dəyərləndirilən Azərbaycanda köklü dəyişikliklərə gətirib çıxara bilərdi. Güneydə fars rejimindən on illər ərzində əziyyət çəkən Azərbaycan türkləri Şimali Azərbaycana birləşmək arzularının reallaşmaq şansı var idi. Rusiya və Avropa dövlətləri şirin tikə olan Azərbaycanı itirmək istəmədikləri kimi, onun Türk dünyası ilə birləşməyini, böyüməyini və sərhədlərinin genişlənməyini də istəmirdilər.Yəni bir oyun lazım idi ki, bütöv Azərbaycan arzuları unudularaq, ikinci plana keçsin.
Müstəqilliyimizin ilk meyvələrini daddığımız o illərdə, üç fövqəldövlətlərin qurduğu şeytan oyunlarına start verildi.Böyük dövlətlərin əllərində həmişə oyuncaq və alət olan Ermənistanı yenə yalançı torpaq iddialarına köklədilər.Və böyük güclərin köməyi ilə tarixi torpağlarımız olan Qarabağdan ilk azərbaycanlı kökçünlərimiz və erməni zülmündən qaçanlarımız gəldilər. Beləcə qondarma müharibə başlandı... 1992-ci ildən bu yana, hələ ki, böyük dövlətlərin vurduğu düyünü nə o tay, nə bu tay Azərbaycan aça bilir. Ermənini oynadır, bizi gözlədirlər.                                                                                                       Şəhidlərimiz tarix kitablarından, salnamələrdən oxuduğu türk qəhrəmanlarını özlərinə örnək götürərək böyüdülər.Onların hamısı mərd, mübariz, torpaq uğrunda candan keçənlər idilər.Bir də ki, ordu komandiri, sərkərdə kimi daha çox Fateh Mehmetin ruhunu sevdilər.Azərbaycan Ordusunda xidmətə başladıqları ilk gündən də qəlblərində, könlündə qarşısında daim irəli gedən, qələbəni heçdən var edən, Tanrısı köməyinə çatan bir Fateh Mehmet ruhunu yaşadıblar.

Qanlı-qadalı günlər  hamı kimi, Ağdamın Cinli kəndində yaşayan İbrahim Orucovun da ailəsinin dinc gün-güzəranını pozulmuşdu. Atılan top səsləri sərhədyanı bölgələrdə insanlara aman vermirdi. Belə günlərin birində Rusiya Ordusunda yenicə hərbi xidmətə yola saldığı böyük oğlu Raquf hərbi hissəni özbaşına tərk etdiyindən ailəsinarahatçılıq keçirirdi. Özü də hərbi sahədə çalışan İbrahim kişi, aparıb oğlunu hərbi hissələrdən birinə yazdırdı. Hər gün torpağın əldən getdiyi, elə-obaya nə qədər şəhidin gətirildiyi bir vaxtda,  Raquf Orucov da  Ağdamdakı hərbi hissələrin birində xidmət etməyə başlayır. Vaxtı olanda evə gələrdi.Belə günlərdə 3-4 ay gözə görünməyən Raquf yaralandığı üçün, anası və qardaşları onun yaralandığını görməsinlər deyə, iradəsini toplayıb bu görüşdən yayınmışdı.Günlərin birində evə gələndə 3 qardaş və 1 bacı böyük qardaşlarını axsayan gördülər.Elə həmin günlərdə-ermənilərin fəaliyyətlərinin daha da genişlənməyə başladığı vaxtlarda düşmən tərəfin atdığı güllədən Raqufun özü ilə yaşıd dayısı Azər Rəhimov həlak olur.  Bir az keçəndən sonra düşmən Ağdamın ən hündür yüksəklikdə yerləşən Cinli kəndini də  zəbt etməyə nail oldu. Qanlı döyüşlərdə Azərbaycan əsgərləri nə qədər şücaət göstərsələr də, rus ordusunun kömək etdiyi ermənilər onların iradəsini sındıra bilmişdilər. 1993-cü ilin 12  iyun günündə  Orucovlar ailəsini daha bir fəlakət bürüdü. 5 övladın anası Raya Rəhimova namərd düşmən gülləsindən həlak oldu.                                                2016-cı il martın 31-də  Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Samittində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də iştirak edirdi. Aprelin 1-də isə ABŞ rəhbərliyi ilə çox səmimi görüş keçirildi.ABŞ prezidenti Barak Obama Prezident İlham Əliyevin liderlik rolunu qeyd edərək, Azərbaycanın regionda ən çox uğurlar qazanan və ən nüfuzlu ölkələrdən biri olduğunu vurğuladı. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq, problemin tezliklə nizama salınmasının regionda sülhün və sabitliyin təmin edilməsi baxımından zəruri olduğunu bildirdilər.  Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən Türkiyə Cümhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də iştirak etdiyi bu görüşdə Azərbaycan, Qzaxıstan və Türkiyə prezidentlərinin mehriban görüşmə səhnələrindən çox mütəəssir olan Ermənistan elə həmin gecə-aprelin 1-dən 2-nə keçən gecə, yenidən təxribata əl atdı, 22 ildən bəri hər gün pozulan atəşkəs rejimini bir daha pozdu. Və bu dəfə... artıq səbrlər tükənmişdi.Azərbaycan Ordusu öz torpaqlarında olan quldurlara əks-hücumla cavab verdilər. Ağdam, Füzuli, Tərtər  rayonunun bir sıra yaşayış məntəqələri, o erməni silahlı birləşmələrimiz növbəti dəfə artilleriya qurğularından intensiv atəşə məruz qalırdı. Döyüş 4 gün davam etdi.Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin müdaxiləsindən sonra, istəmədiyimiz atəşkəs razılığı əldə olundu. Azərbaycan Ordusu dörd  gün ərzində xeyli hərbçi itirdi. Lakin bir neçə ərazimizi də geri aldı.Həmin gecə Azərbaycan Ordusunun əsgərləri bizə qalibiyyət sevincini yaşatdılar. O anı 23 il idi ki, gözləyirdik. O anın həsrətində idik. Bilirdik ki, Vətən torpaqlarının geri qaytarılmasında yenə şəhidlər vermişik.Yenə qurbanlarımız var. Yenə Vətən oğulları, gözlərini qırpmadan düşmənlə döyüşə girib, qalib oldular.  Ordumuz  ermənilərin təxribatına cavab verərək güclü əməliyyat apardı. Ermənistan qoşunlarına bir daha öz yerini göstərdi. 
Ölkəmizdə bir təlatüm yaşanırdı. 22 il gözləyən xalq, küçələrə, meydanlara axışıb savaş istəyirdilər. Şəhid olan, torpaqlarımızı geri alan əsgərlərimiz insanlarda Orduya inamı yüksəltmişdi....                                                                                        Vətən fədailərinin üçrəngli bayrağımıza bükülən tabutları evlərinə gətirilirdi.Yenə neçə nakam arzu ürəkdə, gözdə qaldı.Zəng gözləyən telefonlar susdu.4 aprel gecə saat 23.30-dur.Sumqayıtdakı 14-cü məhəllədəki binanın qarşısında böyük izdiham toplaşıb. Polkovnik-leytenant  Raqub Orucovu qarşılamağa çıxmışdı komandirin əsgərləri, Sumqayıt camaatı onun yaşadığı binanın həyətində  yüzlərlə insan toplaşmışdı. Həmişə evinə, balalarının görüşünə sevinə-sevinə tələsən komandiri indi zabitlər çiyinlərində gətirmişdilər.Sumqayıt şəhidi "Şəhidlər ölməz, vətən bölünməz!" şüarıyla, coşqu ilə, alqışlarala qarşıladı. Hamı Raqub Orucova əsgər salamı verdi. Lakin komandir ilk dəfə əsgərlərə “sayqısızlıq” göstərdi, salamlarını almadı.Vətən şeirləri söyləndi, Azərbaycan himni, “Marş irəli, Azərbaycan əsgəri” oxundu.Bu yerdə Nəsiminin aşağıdakı beytin yadıma düşdü.

Fəzli-həqdir vaqifi-əsrarımız,
Fəzli həqdəndir qamu ənvarımız.
Fəzli-həq göstərmiş idi karımız,
Fəzli-həqdir, Fəzli-həq memarımız.-                                                                            Həmin gecə sumqayıtlılar, qərargah rəisi Raquf Orucovun əsgərləri onun yetişdiyi  HAQQ məqamına inandılar. Bir elin, bir elatın, bütün Azərbaycanın sevimlisi olan hərbçi zabitin tabutunu qucaqlayan bibisi Səyyarə saçlarını yolurdu. 
“Kişilər ağlamaz” deyirlər.Ancaq bu oğul itirən atalara aid deyil axı. Gözünün yaşı dayanmayan dağ boyda atası İbrahim kişi yumağa dönmüşdü. Nələr gəlib keçirdi gözlərinin önündən.Həyat yoldaşı Raya vəfat edəndən sonra, balalarını ögey ana əlinə vermədi.Anası-bacısı ilə onları pərvazlandırdı.Qəhrəman oğlu Raqufun Ordu sıralarında qazandığı uğurlarına sevindi. O, belə arzulamamışdı. Qovrulan, yanan o  mərd kişinin-atanın ürəyinin şəklini çəkən rəssam gərək idi. Arxası, dayağı getmişdi onun evindən, elindən, əlindən…
Komandir Raquf Orucovu qarşılayan gənclər daha sonra Şəhidlər xiyabanına getdilər.Sumqayıt Şəhidlər xiyabanında uyuyan 399 şəhidə xəbər apardılar, gözaydınlığı verdilər ki, onların məqamına yüksələn bir Vətən oğlu da gəlir.
Əslində keçdiyi həyat yolu, Vətən yolunda göstərdiyi xidmətlər qarşılığında  generallardan da böyük GENERAL Raquf  Orucovun həyat yoldaşı ixtisasca hüquqşünas olan Sevinc xanım 1988-ci ildə ailə həyatı  quranda Raqufun ailəsinin yaşadığı yataqxanaya gəlin gedib. Az sonra onun da əsgərlik həyatı başlayıb. İlk oğlanları Aqşin Hacıkənddə dünyaya gəlib.Sonra soyuq bir qış günündə zabit həyat yoldaşının qayğısını çəkmək, hər zaman onun yanında olmaq üçün Murova gedib.Buraların soyuğu, sazağı qorxutmayıb bu şəhər qızını.Necə deyərlər, “yar yolunda boran olar, qar olar”.Bir qayda olaraq, Vətən torpaqlarının keşiyini çəkən komandir heç zaman ailəsini görməyə gəlmirdi. Bütün çətinliklərə rəğmən, ailəsi onu görməyə gedirdi... Düz 17 il həyat yoldaşı ilə birlikdə Vətənin xidmətində durdu Sevinc xanım. Sonuncu görüşləri isə Novruz bayramı ərəfəsində martın 21-22-də olmuşdu.Bayram süfrəsi ətrafına bütün qardaş-bacılar yığışdılar.Həmin gecə Zabil qardaşından xahiş edir ki, “balaca uşaqlarla da bir şəkil çəkdir”. Qardaş- bacının kiçik uşaqları və Raqufun  kiçik oğlu- komandirin yanında düzlənərək şəkil çəkdirirlər. Son şəkili. O şəkildə hamı elə xoşbəxtdir ki...      Qardaşı Zabil Orucov: “Anamı kəndimizdə dəfn edə bilmədik.  Həmin gecə elliklə yaxınlıqdakı Çullu kəndinə daşındıq.Anamın nəşini də gətirib o kənddə dəfn elədik.Səhəri gün, yəni 14 iyunda Çullu kəndi də əlimizdən getdi.Böyük itkilər verdik həmin gün də.Gəldik Hindarx qəsəbəsinə.İyulun 23-ü isə Ağdamın bütün strateji nöqtələri, yüksəklikləri ermənilərin və onların havadarlarının əlində idi. Şəhid anamı dəfn edən günü elə bil ki, 20 yaşı olan qardaşım Raquf  böyüdü, yaşlandı. Ondan sonra biz onu qəhqəhə ilə gülən görmədik.Yumruqlarını sıxıb, anamın məzarı üstündə şax dayanmışdı.Gözlərində qisas var idi.Dəfələrlə qardaşımdan xahiş etdik ki, o qəlpələri ayağından çıxartdırsın.Belə söhbət gələndə gülümsünüb, sakitcə üstündən keçirdi.O qəlpələr gənc Raqufun yol yoldaşı idi. Hər gün anasızlığın, vətənsizliyin ağrısını xatırladırdı.2014-cü ilin avqust ayında Azərbaycan Ordusu yeni bir sınaq qarşısında idi. Ordumuzun Vətən keşiyində dayanan müsəlləh əsgərləri avqust ayının əvvəlində 3 günlük döyüşlərdə  şücaət göstərərək həlak oldular. Həmin döyüşlərdə Qərargah rəisi Raquf Orucovun da əsgərləri vuruşurdu. Döyüşlər səngiyəndən sonra, Sumqayıta  atasına, doğmalarına və ailəsinə baş çəkməyə gələndə mənə dedi ki, ayağındakı çəkmələri çıxarmaqda ona kömək edim. Həmin gün çəkmələri onun ayağından güclə çəkib çıxartdım. 
Ayaqları şişib çəkmə ilə bir olmuşdu.Sən demə o qızğın döyüşlər başlayandan 5 gün ərzində, çəkmələr ayağından çıxmayıb”.                                                                Orucovlar ailəsi - başda İbrahim kişi olmaqla 14 nəfər ailə üzvü Sumqayıt şəhərindəki yataqxanalardan birində yerləşdilər. Raquf Orucov həmin ili sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verərək, 2 il ərzində lazımi hərbi biliklərə yiyələndi. Qardaşı Zabil Orucov deyir ki, hətta kursant Orucov məktəbdən verilən müavinətləri belə, özünə xərcləmir, gətirib atasına, onlara analıq edən nənəsi və həyatını qardaşının 4 balasına həsr edib, ailə həyatı belə qurmayan bibisi Səyyarəyə verirmiş. 1995-ci ildə hərbi məktəbi uğurla başa vurandan sonra, onu Bakıdakı hərbi hissələrdən birinə təyin edirlər, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verir.1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murova alaraq, kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətə başlayır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6 ili tamam olanda mükafatlananlar sırasında birinci yerdə Raquf  İbrahim oğlu Orucovun da adı olur. Həmin ərəfədə “Milli Ordu” qəzetinin müxbirinin suallarını cavablandıran baş leytenant deyir: “Silahın sirrlərini öyrənmək, texnikanı işlətmək, təmir etmək çox asan işdir. Əgər qəlbində torpağına sevgi, yurduna məhəbbət yoxdursa, mahir döyüşçü olsan da heç nəyə nail ola bilməyəcəksən”.                                            1997-ci ildə kəşfiyyat bölüyünün komandiri olan gənc zabit dövlət tərəfindən verilən hərbi tapşırığı çox böyük peşəkarlıqla yerinə yetirir. Kəlbəcərə gedib oradan yüksək çinli iki erməni zabiti gətirməyə nail olur. Hərbi kəşfiyyatın bütün  sirlərinə malik olan Raquf Orucov rəhbəri olduğu tağımda əsgərlərə də bu sirləri öyrədir, hətta hər bir kəşfiyyatçının çiçəklərin, otların , quşların xasiyyətinə bələd olmasının mühümlüyünü başa salır. Elə həmin ildə daha bir uğurlu əməliyyatı olur. İşğal olunmuş Kəlbəcərdə  erməni hərbi hissəsinə girərək, onların səhər  düzülüşünü, eyni zamanda hərbi hissənin korpuslarını, Azərbaycan tərəfə lazım olan  bütün vacib elementləri və nöqtələri videolentə alır. Fikirləşərsiniz ki, bunu necə edib?!Artıq bu əməliyyat hərbi sirr olmadığından, onun detallarını açmaq olar.Bu əməliyyata gedənə qədər Raquf Orucov erməni dilində danışmağı öyrənir.Və bu dili bilməyi onun köməyinə çatır.Ancaq fikirləşəndə ki, təkbaşına gedib, erməni taborunun içərisinə girəsən və hərbi hazırlıq prosesini çəkəsən... 
Adətən belə səhnələri kinolarda görmüşük.Bu əndazədə olan uğurlu əməliyyat və videogörüntülər dərhal respublika prezidenti Heydər Əliyevə çatdırılır. Kəşfiyyatın sirlərinə, bütün mexanizminə malik DTK  generalı Heydər Əliyev Raquf Orucovun mükafatlandırılması üçün əmr imzalayır. Ali Baş Komandan Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli fərmanı ilə Raquf Orucov “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunur. 2000-ci ildən sonra Ağstafa, Tovuz, Beyləqan, Füzuli istiqamətlərində yerləşən hərbi hissələrdə komandanlıq da ona tapşırılmışdı. 2011-ci ildə arzusunda olduğu Ağdamdakı N saylı hərbi hissəyə qərargah rəisi  təyin olundu. Buradan vətənin havasını hər gün duyurdu.N.Kəsəmənlidemişkən:

Hara getsə, Ağdam onu çəkirdi.                                                      Qərib həsrətinin yuxusu dərin,
Torpağı oyanmaz, suyu oyanmaz.
Yolu sərhədlərə dikilənlərin,
Axar gözlərinin yaşı dayanmaz.

2009-cu ildə batalyon komandiri Raquf Orucovun əsgəri olan, 9 ay ərzində isə onun köməkçisi, bəzən də sürücüsü qismində çalışan Arzuman Həsənzadənin komandiri haqqında dedikləri də qürurvericidir. Şəhid xəbərini eşidən kimi komandirin ailəsinə baş çəkməyi özünə borc bilib. Söhbətlərindən belə məlum oldu ki,  batalyon komandirinin  zabit müdrikliyi var imiş. Onun bölüyündə qulluq edən əsgərlər fərarilik nə olduğunu bilmirdilər. Hərbi intizam müqəddəs bir qayda, pozulmaz norma kimi gözlənilirdi. Əsgərlərə telefon işlətməyi belə, qadağan edibmiş.Onlara deyirmiş ki, “mən olan yerdə probleminizi valideynlərinizlə bölüşməyin”.  Onun  komandir, qərərgah rəisi olduğu bölgələrdə əsgərlər çox yüksək həvəslə, cəsarətlə, məsuliyyətlə hərbi tapşırıqları yerinə yetirirdilər”.                    Arzuman Həsənzadə: “Komandirin etibarını qazanmışdım. Bir gün Ağdamın çıxışı tərəfə getdik.  Dedi ki, “məni gözləyin, səhərə qədər gəlməsəm, çıxın gedin”. Səhərə yaxın bir də gördük gəldi.Paltarı qan içindəydi. Mənəverdi ki, camaşırxanaya aparım. Heç nə soruşmadıq.Sonra mən ordudan təxris olanda bildim ki, sən demə həmin gecə Ağdamın Çullu kəndinə keçib, anasının qəbrini ziyarət edib.Və həmin gecə də bir neçə düşməni məhv edibmiş.Təbii ki, tam təfərrüatını bizə demədi.Ancaq o zaman anladım ki, demək komandir, anasının, doğmalarının qəbrini tez-tez ziyarətə gedirmiş”.                                                                 “Bir dəfə komandir balıqdan zəhərlənir.Tez Bakıda həkim işləyən atasına zəng vurub, necə kömək edə biləcəyini soruşur.Atasının təlimatına əsasən, Ağcabədidən dava-dərman gətizdirir, bundan sonra ilk yardım olunur. Səhər ayılanda məni başı üstündə görüb dedi: “Bundan sonra mənim dostumsan!”.Və yenə də heç nə olmayıbmış kimi, batalyonu yoxlamağa getdi.

Raquf Orucovu başqalarından  fərqləndirən cəhətlərdən biri də o idi ki, o əsgəri zabitin ayağına vermirdi. O bilirdi ki, əsgər Vətən əmanətidir. Özü şəxsən gedib, ön cəbhəni, əsgərləri yoxlayırmış. Və əsgərləri iki qrupa bölürdü: ayıq və sayıq. Deyirdi ki, ayıq əsgərlərin gecələr gözləri açıq olur, sayıq əsgərlərin isə beyni daim işləyir.Komandiri heç vaxt gülən görməzmişlər.Gözlərinin kənarında qırışlar əmələ gələndə bilirdilər ki, gülür.Azərbaycanın elə kəndi, elə rayonu-şəhəri, məhəlləsi yoxdur ki, orada onun şinelindən çıxan əsgər olmasın. 
Bir dəfə Ağdam rayon İcra Hakimiyyətində əsgərlər üçün su istəyib.Gətirilən suyun dadına baxıb, geri qaytararaq deyib ki, “bu mən istəyən bulağın suyundan deyil, mənim əsgərlərim saf su içməlidirlər”.                                         Komandir belə  oğul idi. Ondan bir də olmayacaq.                                                                  R.Orucovunəsgərlərindən olmuş jurnalist Zamin Hacının yazdıqları diqqətimi cəlb etdiyi üçün onu da məqalədə vermək istədim :“1999-cu ildə Murovda əsgərlikdə olarkən həmin Orucov  bizim briqadanın kəşfiyyat bölüyünün komandiri idi. Haqqında əfsanələr danışırdılar. Doğrudan da çox igid adam idi. Belə insanlar dünyaya tək-tək gəlir.1999-un yayında təsadüfən lap yaxından tanımışdım onu.Mən jurnalist kimi ordudan yazdığım üçün, Əbiyevin cəzası olaraq Murova xidmətə göndərilmişdim.Orda da gördüklərimi gizlicə qələmə alırdım, gündəlik tuturdum.Bir gün yenə Kürəkçayın qırağında oturub, gizlincə bloknota qeydlər edərkən kimsə əlimi arxadan tutdu (əsl kəşfiyyatçı - elə gəlmişdi xəbərim olmamışdı).Diksindim.Gördüm bir gənc zabitdir.Bloknotum əlində idi, açıb başladı oxumağa, gülümsündü.Açığı qorxdum ki, məni qərargaha satacaq, cəzalanacam-filan. Amma ağardığımı görüb güldü, dedi ki, “qorxma, mən də sənin kimi əsgərəm, yazdıqların hamısı da düzdür”. Bizdən azca aralıdan Göygölə yol gedirdi. O yola baxıb kədərlə dediyi sözlər yadımdan çıxmır: "Mən ailəmə pul göndərə bilmirəm, varlıların uşaqları burda maşınla şütüyür".Onun zamanında bizim kəşfiyyat bölüyü bütün korpusda birinci idi. Adam o cür ağır şəraitdə əsgərləri üçün saunaya bənzər hamam düzəltmişdi! Çox peşəkar, cəsur adam idi”.        

         Həyat yoldaşı Sevinc xanım: “Raqub şəhid olandan yuxuma girmirdi. Gündüzlər Allaha yalvarırdım ki, nə ola, bircə dəfə yuxuma gəlsin, təskinlik versin. Ölümündən sonra ilk dəfə bu gecə yuxuma gəldi. Sağ əlini başıma çəkir ki, niyə belə edirsən? Görürəm, dayandığımız yer Ağdam deyil, başqa yerdir. Möhkəm yağış yağır, sudan imkan tapıb yeriyə bilmirəm. Amma hissiyyatım deyir ki, işğaldan azad olunmuş torpaqlardayam.Raqubun da (Ağdam-red.), mənim (Qubadlı –red.) də anadan olduğumuz torpaqlar işğal altındadır indi.Amma yuxumdakı yer nə Ağdamdı, nə Qubadlı.Elə yuxuda sevinirəm ki, Raqub yuxuma girib, elə sevinə-sevinə də ayılmışam. Ayılandan sonra deyirəm ki, ay Sevinc, gör nəyə sevinirsən...                                                                                        Təsadüfən tanış olub evlənmişik. Amma ailə qurandan sonra anladıq ki, elə bir-birimiz üçün yaranmışıq, sanki illərdir tanışıq. Amma hər dəfə Raqub deyirdi, hərbiçi həyatı çətindir: "Naxçıvanada gedə bilərəm və qayıtmaram”. Onu elə olduğu kimi, necə varsa, elə qəbul eləmişdim.Raqufla ər-arvad məhəbbəti deyil, başqa bir sevgi var idi aramızda. O sevginin adı “EŞQ” idi.”                                            Onlar bir-birini ruhən anlayırdılar. İndi ruhu göylərə uçduğundan , Yerdə rahatlıq tapa bilmir sevincini itirən Sevinc xanım. Heç inanmazdı ki, nə vaxtsa evinin, başının taxtı-tacı gedib qayıtmayacaq.Həmişə arxayın idi, həmişə qayıdırdı. Deyirlər ki, dünya nemətlərində gözü olmayan yeməyin ən yaxşısını əsgərləri ilə bölüşən polkovnikin yoldaşı Sevinc xanım onu da deyir ki, Azərbaycan Ordusunun bu şərəfli zabitinə layiq olduğu “Milli Qəhrəman” adının verilməsi üçün mücadilə aparacaq.                                                                    “1972-ci ildə Ağdamın Cinli kəndində anadan olub. O vaxt bu kənd Xaçındərbənd sovetliyinə baxırdı. Hamı kimi, o da 18 yaşında əsgərliyə gedib.Əsgərlik dövrü Qarabağ müharibəsi illərinə düşüb.Müdafiə batalyonuna yazılıb.Hələ o yaşlarında çox döyüşlərdə olub.Yaralanıb, qəlpə, güllə yarası alıb.Həmin döyüşlər ərəfəsində Raqubun anası şəhid olub.Raqubun anası əsgərlərə həmişə yemək hazırlayıb aparırmış.Bir gün geri qayıdanda minamyot mərmisi düşüb, ana elə oradaca vəfat edib.Ərazinin işğal olunmasına baxmayaraq, Raqub gecəykən anasının nəşini gətirib, qoymayıb düşmən əlində qalsın.Onlar ailədə 5 uşaq olublar.Dörd qardaş, bir bacı.Evin böyük övladı Raqub olub.  Komandanlıq onun igid, döyüşkən, cəsur olduğunu və döyüş bacarığını görüb və Raqubu Bakıya oxumağa göndərib.Səhv etmirəmsə, hərbi təhsilini 1995-ci ildə bitirib və birbaşa "Murov”a təyinat alıb. O, "Murov”a leytenant rütbəsində gedib. Cəsurluğuna və döyüş qabiliyyətinə görə dəfələrlə medal, ad qazanıb.Hərbi kəşfiyyatlarda çox olub.Mərhum prezident Heydər Əliyev Raqub Orucovu xüsusi tapşırıqları yerinə yetirdiyinə görə medalla təltif edib, onu vaxtından əvvəl baş leytenant rütbəsinə layiq görmüşdü.  Ağdama hərbi hissə komandiri təyin olunması ona ikiqat sevinc bəxş eləmişdi. Axırıncı dəfə onun üzünü martın 20-də, cəmi 20 dəqiqə gördüm.Ən sonuncu dəfə isə aprelin 3-də, gecə saat 3-də telefonla danışdıq. Qısaca: “Yaxşıyam, hər şey yaxşıdı, salamatçılıqdı”. İnanın, heç səsindən də hiss etdirmədi ki, döyüşə gedəcək.Ümumiyyətlə, əvvəllər də işi baradə evdə danışmazdı, elə son danışığımızda da bunu hiss etdirmədi.İki oğlumuz var. Aqşin 10-da oxuyur, Nihad 4-də.Nihad atasının fəxridir.Həm şahmatçıdır, həm yaxşı oxuyur.Onunla Raqub arasında qəribə bağlılıq var. Deyirlər ki, hərbiçilər biraz soyuqqanlı olurlar.Ancaq Raqub əsl ata idi.İşində necə komandan idisə, ailəsində də elə rəhbər, ata idi.Bu uşaqları Raqubla birgə sevgiylə böyütmüşük.Vacib deyil idi ki, ata səhər çıxıb axşam evə gəlsin.Raqubun hər axşam bir zəngi hər şeyə bəs edərdi. Son günlər tez-tez şəkilləri töküb qarşıma baxıram, amma elə bir ailəvi şəkil tapa bilmirəm ki,  hardasa 4-ümüz birlikdə istirahət edək. Yoxdur.Onun işi önəmli idi.Raqub hərb üçün yaranmışdı, ailə üçün yox.Raqub həmişə deyərdi ki, öncə vətən.Deyirdi, mən səhra komandiriyəm, arxa cəbhə komandiri yox.Səngərlər onun vətəni, səngərdə xidmət edən əsgərlər də onun balaları, göz bəbəyi idi. Əvvəllər Raqubun hissəsində olan keçmiş əsgərlərdən biri onun ölümünü eşidib birbaşa Rusiyadan gəlmişdi.Deyir, bütün əsgərlər onun yaxşı insan olduğunu bilirdi. Hamının ağzından bu sözlər çıxır: sadə, namuslu, vicdanlı, peşəkar hərbçi. Bir dəfə bir əsgər səngərdə başından vurulub. Onda Raqub çox əsəbləşirdi, deyirdi, mən də səngərdə, lap öndə ayaq üstündə dayanıram, bəs məni niyə vura bilmirlər? Çıxıb səngərin üstündə gəzirmiş. Görənlər deyir ki, Raqub elə gedib-gələrmiş ki, erməninin ruhu belə duymazmış...                                                                   Zənn edirdim ki, Raqubun ürəyi dayansa, ən əvvəl mən bilərəm.Eyni zamanda onun ölə bilmə ehtimalını heç yaxın buraxmırdım.                                            Həmin gün bütün qohumlar narahat idi.Ancaq mən yox.Baxmayaraq, gecə yuxumu qarışdırmışdım.Raquba çox arxayın idim.Aprelin 4-ü, gecə saatlarında şəhid olub.Bunu  birinci əsgərləri, sonra o tərəflərdəki qohum-tanış bilib. Zəng edirlər mənə, görürlər ki, heç nə bilmirəm, üstünü vurmurlar.Qohumlardan biri məsləhət də gördü ki, bəlkə bir yoldaşını axtarasan.Mən yenə də rahat oturmuşam ki, Raquba bir şey olmaz. O, hara getsə, gələr...Xəbəri öyrənən kimi qardaşları gedibmiş. Mənim xəbərim olmayıb. Saat 9 olardı, qohumlardan biri evə gəlib Raqubun döyüşlərdə yaralandığını dedi. Çox qəribə hiss idi, ağlayır, qışqırırdım, amma ürəyimdə şükür edirdim ki, ölməyib, yaralanıb. Düşünürdüm ki, onu elə belə gətirməzlər, vertolyotla gətirib hospitala qoyarlar.Hamıya deyirdim ki, tez olun gedək "Papanin”dəki hospitala. Qohumlar da məni yubadırdılar... Sən demə, Raqub yolda imiş, evə gəlirmiş... Sən demə, bütün Sumqayıtın xəbəri varmış.Bir də gördüm şəhər dağılır. Sumqayıtda bir səs-küy var ki.... Sən demə, hamı eşidib, bir-birinə xəbər edib, bir mənə xəbər verməyiblər. Həyətdən səs eşitdim, Aqşinə dedim, o nədir elə? Həyətdəki izdihamı görəndə bildim ki, Raqub ölüb.  Aqşinə dedim ki, bala atamız ölüb. Ona görə bu qədər izdiham var.                                     Raqubun ən böyük arzusu Ağdama getmək idi.İki-üç günlük evə gəlirdi, internetdə Ağdamın işğalına, rayonun şəkillərinə baxırdı.Onun bir dənə mülki geyimi olmayıb, hamısı səliqəli hərbi kostyumlar idi.Ona qəribə gəlirdi torpaqlarını itirən adamların adi həyat keçirməsinə, deyirdi ki, mən burada yaşaya bilmərəm.                                                                                                             Dəfnə gələnlər ağlaya-ağlaya deyirdilər ki, heç olmasa, onun tabutuna toxunaq, əlimiz dəysin.Millətin başını uca edən məhz belə qəhrəmanlar, belə şəhidlər, belə oğullar, belə ərlərdir. Tək bizim yox, Raqubu itirdiyinə görə millətimizin başı sağ olsun!                                                                               Evdə uşaqlarıma da deyirəm.Raqub bizim ailə başçımız olmaqla yanaşı xalqında göz bəbəyi idi.Böyük bir sərkərdə, hərbiçi itirdik.                                      Nihad gündəliyinə yazıb ki, "Mən də döyüşkənəm, mən də öləcəm, vaxt gələcək biz hamımız öləcəyik, ancaq mənim ölümümə hələ çox var”.Az yaşamaq, amma dəyərli yaşamaq ayrı bir hissdir.   Raqubla bir döyüşən əsgərlər, səngər yoldaşları hamısı gəldi. Deyirdilər ki, Raqub sağ ikən onun qəhrəman olduğunu bilirdik. O, həmişə öndə olub. Soruşduq ki, harada şəhid olub?Dedilər ki, Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəman kimi döyüşdü, qəhrəman kimi şəhid oldu. Onunla birgə vuruşub sağ qalan yoldaşları bir də bunu dedilər: "Raquba qoymadıq ki, erməni əli dəysin. Kim ona xəsarət yetirib, həlak olmasında iştirak edibsə, qisasını aldıq,həmin erməniləri öldürdük”. Şəhidlər xiyabanında Raqubun sağ və solunda  dəfn olunanlar onun əsgərləridir. Həmin əsgər və gizirlər Ağdamda, 2015-ci ilin sentyabrında şəhid olmuşdular.                                              Nihad bu yaxınlarda mənə deyir ki, ana, hər şeyi təzə səhifədən başlayaq.Özümüzə təzə səhifə açaq. Deyirəm, ay bala, Raqubsuz səhifə olmaz...                          Həyatyoldaşı SevincOrucovanındediyinə görə, sağlığındademəkolarki, heç vaxtadgünü keçirməyib: "Yaşasaydı, 44 yaşı olacaqdı. Kiçikoğluindidə onun ölümünü qəbuletmir.İkincidəfədirburagəlir.Böyükhardasabaşadüşür, qəbuledir.Balacaisə deyirdanışmayın, gələcək.Həmişə elə olubaxı.Gedirdi, iki-üç aygəlmirdi.Ammasondagəlirdi".

         Qarabağdagedənsondöyüşlərzamanı qəhrəmancasına şəhidolmuş polkovnik-leytenantRaqubOrucovunoğluAqşinOrucovmüsahibə verib, atasınındöyüş yolu, həyattərzi, ailəsinə, vətənə münasibətiilə bağlı maraqlı məqamlaratoxunub.

Həmin müsahibəni təqdim edirik:

Aqşin, sən neçənci sinifdə oxuyursan?
– 10-da oxuyuram,16 yaşım var.

Evdə neçə uşaqsınız?
– İki.Məndən kiçik bir qardaşım var, bacımız yoxdu.

Atanla axırıncı dəfə nə vaxt görüşmüşdün?
– Son dəfə Novruz bayramında, martın 21-də görüşmüşdük.

Son görüşdə nə danışmışdınız, yadına qalıbmı?
– Əsasən bayram haqqında söhbət elədik. Atam evdə çox otura bilmədi, gəldi, bir az bayram süfrəsindən yeyib-içdi, sonra təzədən qayıdıb getdi. Ondan sonra bir daha atamı görmədim.

Heç telefonla da danışmadınız?
– Aprelin əvvəllərində cəbhədə vəziyyət qarışandan sonra tez-tez anama zəng eləyir, yaxşıyam deyib telefonu söndürürdü…

Sonra zəngi gəlmədi?
– Yox. Ölüm xəbəri gəldi.

Atan neçə ildi hərbidəydi?
– 25 ilə yaxın. Bu illər ərzində atam demək olar ki, ancaq hərbidə olub.15 günlük məzuniyyət götürürdü, onda da evdə otura bilmirdi.Heç vaxt arxa cəbhəyə meylli olmadı, ancaq ön cəbhədə olurdu.Götürdüyü 15 gün məzuniyyət tamam olmamış qayıdıb gedirdi.

Atan evdə sizlə vətən haqqında, vətənpərvərlikdən nəsə danışırdımı?
– Atam belə şeylər barədə danışmağı sevməzdi, amma biz ona baxıb ruhlanırdıq. Atamı son mənzilə o cür bir izdihamla yola salınandan sonra fikirləşdim ki, yəqin, hər kəs belə bir ölüm istəyər.Bu, ucuz bir ölüm deyil, böyük bir ölümdür.Bu dəqiqə mən yas yerindəyəm, amma atamın qəbrinin başında mütləq kimlərsə var, halbuki o adamların heç birini tanımıram.Bu qədər insanın yas yerinə gəlməsi, dərdimizi bölüşməsi bizi rahatladır, sakitləşdirir.

Atanın şəhid olması sənə bir oğul kimi nə dedi?
– Məni hərbiyə daha da həvəsləndirdi, ruhlandırdı.

Bəs sənə təsəlli verən nədir?
– Atamın şəhid olması, şəhidlik adını qazanması. Bəlkə yol qəzasında dünyasını dəyişsəydi, onun yoxluğuna dözə bilməzdim.Amma atamın mənə şəhid oğlu adını miras qoyması ən böyük təsəllimdi.Küçəyə çıxıram, yola çıxıram, məhəlləyə çıxıram, hər kəs mənə şəhid Orucovun oğlu gözü ilə baxır.Hər kəsin gözlərindən şəhid sözünü oxuya bilirəm.Bütün bunlara görə atama borcluyam.

Balaca qardaşının neçə yaşı var?
– Qardaşım hələ 4-cü sinifdə oxuyur. 12 yaşı var. Hələ çox şeyi başa düşmür. Daha doğrusu, başa düşür, amma…

Dərk edə bilmir…
– Bəli, dərk eləmir.Ancaq ağlayır.

Atan ayın neçəsində şəhid oldu?
– Atamın ölümü ilə bağlı bizə çox gec məlumat verdilər. Qohumlarımız hamısı bilirdi, biz isə aprelin 3-də xəbər tutduq.

İçində bir ümid var idi ki, atam sağdı, həyatdadı?
– Əvvəlcə bizə demişdilər ki, yaralıdı.Sonra evimizə tabut gətirdilər. Bu ana qədər hamımız ümidliydik ki, həyatdadı, yaşayır… Elə bilirdik ki, xəstəxanaya gətirirlər, sən demə, evə gətirirlərmiş.

 Aqşin, bayaq dedin ki, bu qədər insanın dərdimizə şərik olması bizi sakitləşdirir, təsəlli verir. Bəs hamı çıxıb gedəndən sonra təkbaşına oturub atandan ötrü necə darıxacağını təsəvvür eləyə bilirsənmi?

– Hələ ki ən böyük qorxum da elə budur. Hələ ki o ağrı ilə üzləşməmişik, çünki insanlar bizi tək qoymayıblar. Amma ən böyük qorxduğum tək qalıb atamı düşünməkdi, tək qalıb ondan ötrü darıxmaqdı…

Sənin 16 yaşın var, amma danışığından görünür ki, çox məntiqli, soyuqqanlı və təmkinlisən.Bu atanın hərbçi xasiyyətidirmi?
– Bəli… Atam da bütün hadisələrə çox soyuqqanlı və təmkinli yanaşardı.Yəqin ki, ondan götürdüyüm, öyrəndiyim şeylərdən biri də belə bir xasiyyətdir.

Anan da hadisəni belə təmkinlə qarşıladımı?
– Yox, təbii ki, anam üçün çox ağır oldu. Çünki atam anama yaxşı həyat yoldaşı olub.Hələ bir dəfə atamın anama nəsə ağır söz dediyini, xətrinə dəydiyini görüməmişəm, eşitməmişəm.Təkcə anama yox, bizə qarşı da həmişə mülayim davranıb, bircə dəfə də olsun ürəyimizə dəyməyib.Atam çox xoşxasiyyət insan idi. Həm də çox ciddi adam idi. Onun bir baxışından nəyin xoşuna gəlib, nəyin xoşuna gəlmədiyini başa düşə bilirdim.

İstərdinmi müharibə olmasın?
– Təbii ki, müharibə olmalıdır. Çünki müharibə qaçılmazdı.25 ildi bizim insanlarımız, ana və bacılarımız vətən həsrəti çəkir.Şəhidin oğlu da şəhid oldu, amma torpaqlarımız hələ də düşmən əsarəti altındadı.Artıq sondur, hücuma keçməliyik, bu məsələyə son qoymalıyıq.Əgər müharibədirsə burda itki də olmalıdır.Texnika nə qədər inkişaf eləsə də, hər şeyi idarə eləyən insandı və insanın vətən sevgisidi.

Atan yuxuna girmiyib ki hələ?
– Yox, hələ ki qonağım olmayıb.

Gözləyirsənmi yuxuna gəlsin?
– Bəli, çox gözləyirəm…

Yuxuda görüşsəniz atana nə deyərsən?
– Təbii ki, onun şəhid olması ilə fəxr edirəm, qürur duyuram. Heç vaxt demərəm ki, atam şəhid olub deyə üzgünəm.Amma yəqin, başa düşərsiniz ki, atasızlıq nə deməkdi.Atam şəhid olub deyə çox qürurluyam, amma atamı itirdim deyə çox məyusam. Yuxuma girsə deyərəm ki, ata, qayıt gəl…

HüseynCəbrayıloğlununyazısını təqdimedirəm:                                       “Məmməd Araz deyərdi ki, "Murovdağ döyüşçüsünün bir gününü yaşamaq bir ömürə bərabərdir".                                                                    Yəni elə-belə adam deməyib. 90-cı illərin əvvəllində döyüş ruhunu qaldırmaq üçün, yaxud da ola bilər, şairin öz istəyi ilə Məmməd Araz Murovdağda olur və bir günün içərisində Murovdağda vətənin müdafiəsində duran oğulların nə qədər çətin şəraitdə xidmət etdiyinə canlı şahidlik edir.                                                       Murovdağ hətta döyüş getmədiyi şəraitdə belə oğullarımızı sevdiklərindən alan ərazidir. Uzun yolları qət edərkən yorulub oturan və nəticədə yataraq donan, qar uçqunu altında qalan onlarla əsgərimiz olub.Burada xidmət etdiyim müddətdə canlı, enlikürəkli oğlanları çətinlikdən kənara çəkilib xısın-xısın ağlayan görmüşəm, hərbi hissənin yerləşmə şəraitini, insanın iliyinə işləyən soyuq havanı görüb havalanan, rəsmən dəlilik edən və səhər açılanda yeraltı qazmada görmədiyimiz, üzü Gəncəyə tərəf qaçan "ne kadrovıy" zabitlər görmüşəm.                     Çətin idi... Yeganə hərbi hissə idi ki, üç rayonu əhatə edirdi. Yəni az qala on il eyni hərbi hissədə qulluq edən, amma bir-birini tanımayan zabitlər var idi. Hərə bir dağda, yüksəklikdə qərar tutmuşdu.Hərbi sirri yaymaqda ittiham olunmayım deyə qərargahımızın yerləşdiyi kəndin adını çəkmirəm.Bax, ora bizim, yəni dağdan enən hərbçilərin həm də görüş yeri idi. Qərargaha hər hansı iş üçün gələn zabitlərin, gizirlərin orada tanışmaq imkanı vardı. Məsələn, səndən daha çox qulluq edən zabit yoldaşlarından soruşurdun: "O kök olan kimdir? Cavabında "filan taborda qulluq edir, uzun illərdir filan postda qulluq edir" cavabını alırdın.Yaxud da, bir dəfə "bax, o arıq olan zabit var a, kəşfiyyatçıdır, ermənilərin anasını ağladıb" dedilər. "Bu arıq oğlan?" sualıma:  "Bilirsən necə olub? Əşşi, nağıl kimidir, danışaram", - cavabını aldım.                                                                        O, arıq zabit Raquf Orucov idi. Göy gözləri, çəlimsiz, həddən ziyadə ağır və düşüncəli görkəmi vardı.Orta yaşlı insanlar yaxşı bilər, 80-90-cı illərdə idmançılar kürəyini, sinəsini şişirib durmazdılar. Onların xüsusi bir duruşu vardı - ayaqlarını dizdən yana əyərdilər. Raquf xatirimdə məhz belə qalıb.Həmin gün bu böyük hərbi hissədə hamı tərəfindən sevilən, hörməti olan oğlanlardan - zabitlərdən biri, döyüşlərdə yaralanan dəvəçili Cəbinin blindajına - qazmasına getdim. Lampa işığında, odun sobasının qarşısında gerçək "Raquf Orucov nağılı"nı dinləmək üçün.-                                                                                                                                    - "1995-ci ildə bizim ön sırada olan taborlardan birinin 6 əsgəri bulağa su gətirməyə gedir. Duman da, bilirsən də, buralardan əskik olmur.Əsgərlər qatı dumanda azırlar və yanlış yolu getdikcə gedib nəhayət bir təpənin üstünə çıxırlar.Onlardan biri, sumqayıtlı əsgər qarşıdakı kəndi göstərib deyir ki, gedim görüm nə kənddir, kimlərdir?Siz burada durun.Əsgərin kəndə girməsi ilə kənddə hərəkətlilik yaranır.Ermənilər öz ayağı ilə gələn əsgərin tək olmadığını anlayır, yaxud öyrənir və gəlib silahsız, köməksiz qalan 5 əsgəri də aparırlar.Bizim hərbi hissənin o vaxtı komandiri Milli Qəhrəman filankəs idi.Gəncə hadisələrinə görə bu yüksək ada layiq görülmüşdü.6 əsgərin əsir düşməsi onun imicini də zədəliyirdi.Dərhal toplanış keçirilir və qarşı tərəflə əsirlərin azad olunması danışıqlarında balans qorumaq üçün təcili onlardan da əsir götürülməsi tapşırığı verilir".                                                                                                              Nağılı sobanın sönməsi yarıda qoyur.Yaş odun ən böyük problemimiz idi. Bir neçə cəhddən sonra soba alışır və Cəbinin maraqlı siqaret çəkməsi fonunda Murovdağda hamının barmaqla göstərdiyi, sevdiyi, dəyər verdiyi Raqufun əfsanəvi kəşfiyyatının, 5 azərbaycanlı əsir əsgərin necə xilası etməsi "nağıl"ı davam edir:              - “Hə, harada qaldıq? Toplanışda.Demək, hərbi hissə komandiri üç kəşfiyyat qrupu ayırdı.İki, maksimum üç günə mütləq bu qruplar erməni tutub gətirməli idi.Raquf da onda cavan zabit, tağım komandiri idi.Bütün hərbi hissə hadisənin şokunu yaşayırdı.Altı əsgərin əsir düşməsi, yanılmıramsa, yuxarılara məruzə olunmamışdı.Gözləyirdilər ki, bəlkə, danışıqlar yolu ilə nəsə edə bildik.Kəşfiyyata gedən üç qrupdan ikisi gəldi.Bomboş, əlləri yanında və dilxor.Əslində onları qınamaq olmazdı. Murovdağ istiqamətindən ermənilərin içərisinə sızmaq azqala mümkünsüz idi. Bütün yüksəkliklər, keçid yolları üzərində olan hakim təpələr ermənilərdə idi. Hərbi hissə komandiri üç qrupdan ikisi əliboş gəlincə, qərargah önündə tapançasını göyə qaldırıb qışqırmışdı: "Sizin qarşınızda söyüş söyürəm ki, sonuncu qrup da gəlsin, bütün kəşfiyyata gedənləri güllələyib sonra özümü öldürəcəm". Bununla o, əsir gətirilməsinə inanmadığını etiraf etmişdi.  Raqufgilin qrupunda ondan başqa bir zabit və əsgər var idi.Raquf əsl kəşfiyyatçı olduğunu yer seçməklə göstərir və ermənilərin arxasına hərbi hissənin üz-üzə və ona yaxın olan ətraf ərazilərdən yox, daha uzaq Daşkəsən ərazisindən keçir. (Bu yerə mütləq diqqət edin ki, yazının davamında lazım olacaq)                 Təmas xəttində əsgəri saxlayır və ona deyir ki, "sən burada qal, bizimlə gəlmə.Bir gün sonra gəlməsək, hərbi hissəyə qayıt".Raquf və zabit yoldaşı Göyçə gölünün yanından keçib irəliləyir və xeyli məsafə qət edirlər.Artıq yetərincə uzun məsafə keçilmiş, keçdikləri yollarda qarşılarına istədikləri "dil" çıxmamışdı. Nəhayət, onlar ermənilərin qızğın iş gedən tarlasının kənarına gəlirlər. Burada uzaqdan müşahidə etdikləri o olur ki, bir uşağı ciddi-cəhdlə qoruyurlar, mühafizədə gəzir. İlk müşahidə ona əsas verir ki, hərbçilərin mühafizə etdiyi uşaq hansısa komandanın övladı ola bilər. Raquf və kəşfiyyat yoldaşı bir neçə saat gözləyir, qaranlıq düşməsinə az qalmış hərəkətə keçib ətrafda olan bir neçə nəfəri zərəzsizləşdirib, həmin uşaq və bir nəfər orta yaşlı ermənini əsir götürürlər. İti sürətlə ərazidən uzaqlaşmağa cəhd edən Raqufgilə əsir olan erməni əvvəl çox mane olub səs-küy salmaq istəsə də, irəlidə Raqufun yanında olan uşağı görüb sakitləşir.İzah edir ki, "Bircə uşaq sağ qalsın.Ona ziyan verməyin.Çünki korpus komandirinin (Bəziləri hissə komandiri deyir) övladıdır və bizə qohum olaraq qonaq gəlib.Raqufun sevincdən gözləri gülür.Əslində ehtimalları düz imiş və bu qənimət heç nə ilə ölçülməzdi.İndi sadəcə uzun bir yolu sürətlə geri dönmək lazım idi.                                                                                                                   Əsgəri qoyduqları yerdə tapmırlar.Çünki əsgər əmr üzrə gözləyib, geri dönmüşdü.Hə, bax, belə.Hərbi hissədə bayram idi.Ermənilər yalvar-yaxara düşmüşdü.Əsir düşən 6 əsgərdən birini, sumqayıtlını ermənilər həmin gün elə Şuşaya göndərdiyindən geri verə bilməsələr də, qalan 5 əsgər həmin uşaq və erməni ilə dəyişdirildi.Raquf elə də böyük mükafata layiq görülmədi.Bir neçə ay sonra hərbi rütbəsi qaldırıldı, vəsallam".                                                           Raquf haqqında sonralar eşidirdim ki, onunla kəşfiyyatda olan zabit yoldaşı tez zamanda yuxarı vəzifələrə daşınsa da, o, səsini çıxarmayaraq susub. Amma yenə də əsas xalq qəhrəmanı olmaq idi.Onunla hamı fəxr edirdi və bu ifadə heç də "ölənin dalınca hamı yaxşı danışır" təsiri deyil. Murovdağın bir qəhrəmanı vardı - Raquf Orucov! Onda o, hələ kapitan idi, ermənilərin ağzının içərisinə qədər gedib çəkdiyi toplantı videosunu mərhum prezident Heydər Əliyev izləməmişdi, hələ kəşfiyyatdan qızıldan qiymətli məlumatları gətirməmişdi. Amma böyük bir hərbi hissənin, Gəncədə, Bakıda hərbi hissə komandirlərinin zabitləri, əsgərləri qorxutduqları yerin -  Murovdağının qəhrəmanı idi. Mən onu hər görəndə görüşüb kənara çəkilər və kənardan Orucovu izləməyi sevərdim.Çünki o qədər müsbət enerjisi, pozitiv görkəmi vardı ki, onu kənardan izləmək daha təsirli idi.Bununla belə onda ifrat dərəcədə sadəlik vardı. O qədər sadə ki, bunu izah etməyə söz acizdir. Bir tərəfdən danışırdılar ki, Raquf yenicə kəşfiyyatdan gəlib, az qala düşmən tərəfinin bütün strateji hərbi məlumatlarını öyrənib, digər tərəfdən gözünlə gördüyün insana baxırdın, təəccüblənirdin. Nədir bu sadəlik, susqunluq?İnanın, bəzən düşünürdük ki, bizi bütöv bir hərbi hissə, minlərlə əsgər, zabit, top-tüfəng yox, məhz Raquf qoruyur.Bunu ermənilər də bilirdilər. Raquf Murovdadır!    Yuxarıda "Bu yerə diqqət edin" deyə bir şey yazdım.Bilirsiz, niyə?Raquf şəhid olduqdan sonra onun sürücüsü olmuş əsgər xatirəsini mətbuata danışmışdı.Oxuyanda dəhşətə gəldim. İllər sonra da Raquf kəşfiyyata gedəndə əsgərə yenə də eyni ifadəsini deyib: "Sabaha qədər gözlə, gəlməsəm, qayıdarsan". Demək ki, bir uyğunluq var və mənim yazdıqlarım, sürücüsünün dedikləri kimlərəsə lazım ola bilər. Qısası yalan deyil, uydurma deyil. Siz, Raquf haqqında oxuyanda inciməyin, qadın kimi, kişi kimi, həkim, jurnalist, ziyalı və s. kimi oxyursuz, amma hərbçi kimi oxusanız, fərqində olarsınız ki, Raquf Orucov nələr edib, kim olub. Deyimmi? 
- Raquf Orucov Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanla müharibədə şəhid verdiyi yeganə briqada komandiridir. 
- Raquf Orucov briqada komandiri ola-ola bütün nizamnaməyə arxa çevirib ermənilərin içərisinə tək, bəli, tək, kəşfiyyata gedib qayıdan biridir. 
- Raquf Orucov 5 Azərbaycan əsgərini əsirlikdən xilas edən edən, Heydər Əliyevin də izlədiyi  ermənilərin qərargahının toplantısını çəkib gətirən, əsgərlərindən, döyüş yoldaşlarından ona yazılmış yüzlərlə məktubu qəbrinin üzərinə qoyulduğu yeganə komandirdir.                                                                           Aprel döyüşlərinin şahidlərinin dediyinə görə, xüsusi təyinatlı qoşun növü üzrə bütün dərəcələri alan "qırmızı beret"li gizir Pəncəli Teymurovla ən öndə olan zabitdir Raquf. Görün, necə vətənpərvər, qorxmaz, kəşfiyyatın "xəstəsi" olan biri olub ki, vaxtında briqada komandiri ola-ola kəşfiyyata gedib.Həm də yalnız.Briqada komandiri kimi o, kreslosundan durmaya bilərdi.Biz nələr və necə briqada komandirləri görmüşük o vaxt. Yəqin,  bunu bilən ermənilər dəli olub ki, "kaş onu əsir tuta biləydik". Axı briqada komandirini əsir almaq, bilirsiz, nə deməkdir?Sürücüsü danışır ki, "briqada komandiri kimi kəşfiyyatdan gələndə üstü qanlı olurdu və nə qədər yalvarsam da haraya getdiyini, nə olduğunu demirdi. Sonralar bilmişəm ki, hər il şəhid anasının ildönümündə erməni tərəfə keçib anasının qəbrini ziyarət edər və geri dönəndə bir neçə ermənini güllə atmadan öldürüb gəlirmiş. Bu nə ürək, bu nə qorxmazlıq, bu necə cəsarət?!                                Bəli, o heç zaman etdiklərini demədi. Oxuduğumuz qədəri ilə qardaşına, ailəsinə, sürücüsünə və hamıya... Kimsəyə danışmadı. Ona görə də indi Müdafiə Nazirliyi belə cavab verib: "Milli Qəhrəman adı xidmət ilinə görə verilmir".         Bəli, tamamilə doğrudur, bu ad xidmət ilinə görə verilmir. Amma Raquf Orucov üçün xidmət ilinə görə kim Milli Qəhrəman adı istəyir ki? Yaxud, niyə ailəsi, ictimaiyyət bunun üçün imza toplamalıdır?Məgər Silahlı Qüvvələrimizdə Orucovun qəhrəmanlıqları barədə məlumat yoxdur ki? İnanıram ki, hətta Ermənistan Müdafiə Nazirliyində belə bu günə qədər erməni ordusunun qorxulu yuxusuna çevrilən Raquf Orucovun qəhrəmanlıqları barədə kifayət qədər məlumat var.                                                                                                                   Mən igid polkovnik haqqında bildiyim çox az, cüzi şeyləri danışdım. Onun əməliyyat yoldaşları, mənim kimi xidmət yoldaşları, yəqin ki, qalaq-qalaq məlumatlara malikdirlər və ümid edirəm, onlar da danışacaq. Son olaraq sizi əmin edirəm ki, bu ölkənin Orucov səviyyəsində kəşfiyyatçısı olmayıb!              Xalqının ürəklərdə Milli Qəhrəmanı Raquf Orucov rahat uyu məzarında.Cənnət sizin ayaqlarınız altındadır.Biz canımızı aldığımız nəfəsi sizlərə borcluyuq.     12 İyul polkovnik-leytenant Raquf Orucovundoğum günü idi.Yaşasaydı, 44 yaşı tamam olacaqdı.Amma 4-ləri qoşalaşdırmadan bu dünyanı tərk etdi. Çünki canından artıq sevdiyi Vətən torpağını qanı ilə suvarmağı özünə borc bildi...Həmin gün Sumqayıt Şəhər İcra Hakimiyyətinin və  cəbhə yoldaşlarının təşkilatçılığı ilə şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günü qeyd olunub.

         Üzərində Azərbaycan bayrağı və şəhid Raquf Orucovun cəbhə bölgələrində çəkdirdiyi şəkillərlə bəzədilən avtomobil karvanı Bakının "20 Yanvar" dairəsindən Sumqayıt şəhərinə yola düşüb.

         Raquf Orucovun kiçik oğlu və məktəblilər özləri ilə gətirdikləri qərənfilləri Sumqayıtın Şəhidlər Xiyabanında ucaldılan abidənin önünə qoyublar. 

         Daha sonra şəhid polkovnik-leytenantın əsgər yoldaşları, qardaşı Zabil Orucov onun döyüş yolundan, Talış kəndi istiqamətindəki düşmən postunu bir neçə əsgərlə xüsusi peşəkarlıq və şücaət göstərərək ələ keçirməsindən danışıblar.

           Raquf Orucov özünün iki əsgəri ilə yanaşı uyuyur - biri sağında, biri solunda.Polkovnik-leytenantın xatirəsini ananlar şəhid Seymur Qulamhüseyn oğlu Baxışovun da məzarına qırmızı qərənfillər düzürdülər.Sən demə, əsgər Seymur Baxışov da komandiri Raquf Orucov kimi 12 iyulda doğulubmuş.

Aprelin 5-də Sumqayıt Şəhidlər xiyabanı 400-cü şəhidini qoynuna aldı. Raquf Orucov  övladından çox sevdiyi Vətən torpağına qarışdı. Həmin təntənəli dəfn mərasimində Azərbaycan bayrağına bürünən, məğrur duruşlu göyçək bir oğlan da var idi. Qəhrəman və sərkərdə atasının ŞƏHİDLİK MƏQAMIna  şahidlik edənləri  görəndə, yamanca vüqarlandı. Ayrılıq məqamlarında atası həmişə anasını ona tapşırırdı.İndi onun kiçik çiyinlərində böyük bir yük var idi.Atasının dünya boyda zabit şərəfini qorumaq.Atasının Azərbaycan bayrağına bürünmüş tabutunu gətirəndə bükülmüşdü, kiçilmişdi. Sonra  o izdihamı, o insanları görəndə ürəyi fərəhlə, könlü qürurla doldu. Şəhid atasını dəfn edən gün elə bil ki, 16 yaşı olan Aqşin böyüdü.Yaşlandı.Ancaq darıxacaqdı.Axı atası hər zaman evə gələndə, çalışardılar ki, səs-küy salmasınlar, çünki ata istirahət etməli idi.Hətta kiçik qardaşı deyərdi ki, yenə kazarma rejimi başladı.Söhbətlərinin birində atasına demişdi ki, gələcəkdə diplomat olmaq istəyir.“Azərbaycanın maraqlarını, xeyrinə olan məsələlərini, dünyaya sülh çağırışlarını danışıqlar yolu ilə həll etmək istəyir.Ancaq atasızlıq çətin olacaq, hamı dağılışandan sonra, darıxacaq atası üçün”.

Aynur Səfərli

ADU-nun əməkdaşı, BDU-nun dissertantı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM