Bu gün səhər Qubada ana ölümü faktı qeydə alınıb.
Yerli sakin Seyidəliyeva Sevinc Oruc qızı qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Bu, onun beşinci hamiləliyi olub və doğuş normal keçib.
Əməliyyatdan sonra S.Seyidəliyevayanın damarına riopoliqulikin adlı preparat vurulub. Xəstə buna sərt reaksiya verib, şoka düşüb. Həkimlərin səyinə baxmayaraq, S.Seyidəliyeva həyatını itirib.
Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova APA-ya bildirib ki, doğum zamanı heç bir həkim səhvi olmayıb, bütün prosedur qaydalara əməl olunub: “Sadəcə, xəstə damarına vurulan dərmana sərt reaksiya verib”.
Qeyd edək ki, uşaq sağdır.