Ermənistan Baş Prokurorluğunun nəzdində yaradılmış işçi qrup aprelin 1-nə olan vəziyyətə görə açıqlama yayaraq, seçki qanunlarının pozulması barədə 57 məlumat verildiyini və aşkar cinayət əlamətlərinin qeydə alındığını bildirib.
Virtualaz.org “Ermənistan xəbərləri”nə istinadən xəbər verir ki, vəziyyətin yerində araşdırılması üçün məlumatlar Ermənistan polisinin ərazi bölmələrinə göndərilib.
Məlumata görə, 57 haldan 46-sı seçkiöncəsi rüşvətin verilməsi, 11-i isə vətəndaşların seçki hüququnun azad şəkildə gerçəkləşdirilməsinə törədilən maneçiliklə bağlı olub.