Çaqqallar Kürdəmirin Cəyli kəndində 2 təsərrüfata ziyan vurublar. Yırtıcılar Salamat Hacıyev və Təşkilat Nəsirova məxsus ümumilikdə 15 baş xırda buynuzlu heyvanı yaralayıblar.
Salamat Hacıyev (zərərçəkən): "Səhər saatlarında qoyunları evin yanına keçirtdim. Tez-tez arada baxırdım. Saat 9-10 radələrində qoyunun biri qaçıb gəldi qapıya. Çıxıb gördük ki, hamısını yaralayıb. Mənim cəmi 6 qoyunum var. Hamısını yaralayıb".
Kürdəmirdə təsərrüfatlara yırtıcı hüxumunun artması da təsadüfü deyil. Mütəxəssislər bunu son vaxtlar yırtıcıların sayının artması ilə əlaqələndirirlər.
Baytarlar hücumların qarşısının alınması üçün çıxış yolunun olduğunu bildirirlər.
Bir neçə gün öncə isə canavarların ardıcıl olaraq Kürdəmirin bir neçə kəndində fərdi təsərrüfatlara hücumu tələfatla nəticələnib. (ARB TV)