Talış ağsaqqalları adından erməni yalanı

08:22 / 04.04.2017

Aprelin 22-dən 27-dək Lənkəranda “XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” mövzusunda dördüncü beynəlxalq konfrans keçiriləcək. 1918-1919-cu illərdə Lənkəranda yerli əhali erməni cəlladları tərəfindən soyqırımına məruz qalıb.

Bundan əvvəl Qubada və Şamaxıda keçirilmiş konfranslarda olduğu kimi, bu konfransın təşkilatçısı da Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutudur.

İnstitutdan  bildirilib ki, Ermənistan Azərbaycanda keçiriləcək nüfuzlu elmi forum haqqında məlumata özünəməxsus təhrikçi ruhda reaksiya verib. Ermənistan KİV-ləri mənbəyi bilinməyən, həqiqətdə isə sadəcə mövcud olmayan, primitiv erməni təbliğatının virtual “səyləri” nəticəsində “üzə çıxmış” “Talış ağsaqqalları şurası” adından bəyanat yayıblar. Bu cızma-qarada erməni təbliğatçıları növbəti dəfə dəridən-qabıqdan çıxaraq tarixdə azərbaycanlıların və digər türk-müsəlman xalqlarının soyqırımının olmadığını sübut etməyə çalışırlar. Lakin onların cəhdləri hədərdir və rüsvayçı şəkildə puç olacaq. Buna səbəb 1918-1920-ci illərdə erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarına, yüzlərlə günahsız insanların yalnız etnik mənsubiyyətinə görə öldürülməsinə dair təkzibolunmaz, çoxsaylı tarixi sənədlərə əsaslanan faktlardır. Soyqırımının təşkilatçıları, ideoloqları və bilavasitə icraçıları Bakı Sovetinin rəhbəri Stepan Şaumyan və onun erməni millətçiləri Tatevos Əmiryan, Stepan Lalayan, Hamazasp Srvantstyan, Georgi Korqanov, Baqdasar Avakyan, Anastas Mikoyan və başqaları kimi əlaltıları idi.

Bakı Sovetinin daşnak-bolşevik rəhbərliyinin Azərbaycan xalqına qarşı cinayətkar siyasətini Azərbaycanın əzəli torpaqları olan İrəvan və onun ətrafında yaradılmış Erməni (Ararat) Respublikası davam etdirib. Andranik, Dro, Njdenin başçılığı altında erməni silahlı birləşmələri Naxçıvan, Zəngəzur, Qarabağ, habelə Urmiya, Xoy və Salmas regionlarında azərbaycanlı əhalini kütləvi məhv ediblər.

Bütün bunlar tarixi faktlardır və erməni təbliğatı onları təkzib edə bilməz. Bu da faktdır ki, erməni təbliğatı əlləri azərbaycanlıların - Xocalı şəhərinin dinc sakinlərinin, o cümlədən uşaqlar, qadınlar və qocaların qanına batmış Serj Sarkisyan başda olmaqla Ermənistan Respublikasının rəhbərliyi tərəfindən törədilən hərbi cinayətləri tarixdən silib atmaq iqtidarında deyil. Bu təkzibolunmaz faktlar beynəlxalq ictimaiyyətin diqqətini getdikcə daha çox cəlb edir. Erməni təbliğat maşını azərbaycanlılara qarşı soyqırımı cinayətinin dünya birliyi tərəfindən gec-tez tanınacağından ehtiyatlanaraq iyrənc yalanlara, o cümlədən “Talış ağsaqqalları şurası” adından yalanlara əl atır.

Erməni tərəfinin xüsusi narahatlığına səbəb onun cinayətkar əməlini ifşa edən beynəlxalq forumlardır. Onların sırasına AMEA-nın Tarix İnstitutu tərəfindən hər il Rusiya, Almaniya, Fransa, Türkiyə, Gürcüstan, İran, Polşa, Bolqarıstan, Albaniya, Özbəkistan, Qazaxıstan və digər ölkələrdən nüfuzlu alimlərin iştirakı ilə keçirilən konfranslar da daxildir. Bu tədbirlərdə erməni millətçiləri tərəfindən Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və digər regionların türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı aktlarının üstü açılır. Diqqətəlayiqdir ki, Lənkəranda keçiriləcək beynəlxalq konfransda azərbaycanlı alimlərlə yanaşı, xarici ölkələrdən 56 tanınmış alimin məruzəsi dinləniləcək.

Azərbaycanda yaşayan xalqlar arasına nifaq salınmasına yönələn erməni təbliğatının əbəs cəhdlərini xüsusi qeyd etmək lazımdır. Azərbaycan qədimdən bəri müxtəlif sivilizasiya və mədəniyyətlər arasında körpü olub. Müxtəlif xalqların və konfessiyaların nümayəndələri əsrlərboyu burada dinc yanaşı yaşayırlar. Bu gün Azərbaycan dünya birliyi tərəfindən tolerantlıq, dini dözümlük və multikulturalizm nümunəsi kimi tanınır. Buna görə də ermənilərin Azərbaycanda yaşayan xalqları bir-birinin üstünə qaldırmaq cəhdləri heç bir perspektivə malik deyil. Həmçinin erməni saxtakarlarının Azərbaycanda yaşayan milli azlıqları onların Azərbaycan-türk çoxluğu tərəfindən təqibə məruz qalmasına inandırmaq cəhdi də əbəsdir. Ölkəmizdə yaşayan ləzgilər, talışlar, yəhudilər və başqaları “böyük Ermənistan” cinayətkar ideologiyasının daşıyıcıları tərəfindən gördükləri zorakılıq, vəhşilik və qəddarlıq haqqında məlumatı öz tarixi yaddaşında qoruyub saxlayırlar. Erməni qatillərinin cinayətlərini hamı, o cümlədən talış ağsaqqalları yaxşı xatırlayırlar. Onlar Lənkəranda tarixçilərin beynəlxalq forumunda öz xatirələrini bölüşməyə hazırdırlar.

Azərbaycanda bütün xalqlar – Azərbaycan türkləri, talışlar, ləzgilər, avarlar, yəhudilər, ruslar və başqaları bir ailədir. Bütün azərbaycanlıların vahid məqsədi isə doğma Azərbaycanın beşdəbir hissəsini erməni işğalından xilas etməkdir.

Erməni təşviqat-təbliğat maşınının digər ölkələrdə millətlərarası münasibətlərdən danışmaması daha yaxşı olardı. Çünki monoetnik dövlət olan Ermənistan Respublikasının əhalisi, demək olar, yüz faiz ermənilərdən ibarətdir. Azərbaycanın indi Ermənistan Respublikasının ərazisini təşkil edən İrəvan, Göyçə, Zəngəzur bölgələrindən yerli əhali - azərbaycanlılar, habelə digər xalqların nümayəndələri tamamilə çıxarılıb.

Beləliklə, təcavüzkar Ermənistan Azərbaycan xalqına qarşı soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirməsi barədə ittihamları öz üzərindən atmağa nə qədər cəhd etsə də, buna nail ola bilməyəcək. Ermənistan KİV-lərinin ünvansız “Talış ağsaqqalları şurasının” uydurulmuş bəyanatı kimi ucuz təbliğatçı hoqqaları da tarixi həqiqəti boğmaq və silmək iqtidarında deyil.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM