Ağcabədidə 2 yaşlı uşaq su kanalında batıb.
FHN-nin mətbuat xidməti xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi şəhərində 2015-ci il təvəllüdlü Quliyev Yasin Xəyyam oğlunun kanalda batması barədə məlumat daxil olub.
Dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.