Göyçay rayonunun Bığır kəndində ilanlar evlərə hücum edib. Əhmədovlar ailəsinin üzvləri evin içərisinə soxulan ilanlardan 4-ünü öldürüblər.
Digər ilanları isə zərərləşdirmək mümkün olmayıb. Kəmalə Əhmədova deyir ki, evə daxil olan ilanların uzunluğu təxminən 1 - 1,5 metrə çatır.
Kəmalə Əhmədova (ev sahibi): "Qapıdan içəri girəndə anamı itəliyib çölə çıxartdım. Ağacla gedib ilanı vurub, öldürdüm. Ağacla yatıb, ağacla dururuq".
Göyçay rayon baytarlıq idarəsinin rəisi Ağadadaş Hacıyev də hadisədən xəbərdar olduqlarını bildirir. Onun sözlərinə görə əvvəllər Bığır kənd ərazisində ilanlara az rast gəlinirdi. Rayonun baş baytarı ərazidə dərmanlama işərinin aparılmasını vacib hesab edir.
Bildirək ki, havalar istiləşdikcə ilanlar aktivləşir. Göyçayda da hər il ilan sancma ilə bağlı bəzi sakinlər xəstəxanaya müraciət edir. (ARB TV)