Bu gün Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, səfər çərçivəsində Z.Həsənov İki MüqəddəsƏrəbistanı Krallığı Vəliəhdinin varisi, baş nazirin müavini, müdafiə naziri şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud və digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.Görüşlər zamanı iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq.