Banka borcunu qaytarmayanları bu cəza gözləyir

20:50 / 04.04.2017

"Borcluya 10 gün vaxt verilir ki, pulu ödəsin. Vətəndaş bilərəkdən borcunu qaytarmaqdan imtina edərsə, onun barəsində cinayət işi açıla və 3 ilə kimi azadlıqdan məhrum oluna bilər"
 
Bir neçə gün öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı qeyd edib ki, yüksək gəlirlilik dövründə banklarda izafi gəlirlilik olub: "Həmin dövrdə məsuliyyətsiz borclanma var idi. Düzdür, bununla bağlı qınaqlar haqlıdır. Biz məsuliyyətsiz borclanmanın qarşısını almaq üçün kreditlərdə insanların aylıq ödənişlərinin gəlirlərə nisbətinin nəzərə alınmasını məqsədəuyğun hesab etdik".
 
O, həmçinin bildirib ki, borcları birdən-birə bağışlamaq olmaz: "Çünki bunun mənbəyində banklarda yatırılmış əmanətlər qalır. Kreditlər ödənilmədiyi təqdirdə banklardakı əmanətləri geri qaytarmaq mümkün deyil. Bu gün məhkəmələrdə 700 min iş var. Bu işlərin 40%-i, yəni 280 mini bank-müştəri münasibətləri ilə bağlıdır".
 
Sputnik Azərbaycan-ın əməkdaşı bank-müştəri məhkəmələri, bu məhkəmələrdə qalib gələn və uğur qazanan tərəflər haqqında vəkillərdən münasibət alıb. Hüquqşünas Asif Abdullayev bildirib ki, ümumi işlər arasında bank-müştəri məhkəmələri çoxluq təşkil edir: "Mənim də şəxsi təcrübəmdə belə məhkəmələr çoxluq təşkil edir. Təbii ki, qalib gələn tərəf çox zaman bank olur. Çünki bankın müqaviləsi var və bunun vasitəsilə məhkəmədə qalib gəlir. Bankın ixtiyarı var ki, müştəri borcunu qaytarmayanda məhkəməyə müraciət etsin". Vəkil onu da qeyd edib ki, bəzən banklar yalan iddia ilə çıxış edir: "Məsələn, onlar iddia edirlər ki, müştəri banka 10 min manat borcludur, amma məhkəmə prosesi zamanı aydın olur ki, müştərinin 10 min manat yox, 8 min manat borcu var. Belə hallar da çox tez-tez baş verir. Bir sözlə, banklar tərəfindən borclarla bağlı məbləğlərdə qeyri-qanuni şişirtmələr olur". "Bank işlərinə aid olan məhkəmələr adi halda 3 aya bitməlidir. Amma zərurət yarananda, ekspertiza təyin olunanda məhkəmə prosesi bir qədər uzana və məhkəmə prosesi bir ilə kimi çəkə bilər" — deyə A.Abdullayev məlumat verib.
 
Onun sözlərinə görə, məhkəmə qərar çıxarır və qərar borclunun yaşadığı və ya işlədiyi ərazidəki icra məmuruna göndərilir: "İcra məmuru borcluya 10 gün vaxt verir ki, pulu ödəsin. Əgər borc bu vaxt ərzində ödənmirsə, borclu şəxsin mülkü olduğu sübut olunursa və o, bilərəkdən borcu ödəməkdən yayınırsa, bu zaman borclu inzibati xətalar üzrə cərimə oluna, hətta 15 gündən 1 aya kimi həbs cəzası ala bilər. Borcunu bundan sonra da qaytarmaqdan imtina edərsə, artıq onun üçün cinayət işi açıla və 3 ilə kimi azadlıqdan məhrum oluna bilər".
 
Vəkil Elyar Həsənov da bildirib ki, hazırda əlində olan məhkəmə işlərinin 70 faizi bank kreditləri ilə bağlıdır: "Banklar daha çox məhkəmələrə müraciət edir. Amma son illər vətəndaşların da banklardan şikayətləri artıb. Məhkəmələr maksimum 1 il çəkir və ən çox banklar qalib gəlir". Vəkilin sözlərinə görə, əmlakı və gəliri olmayan müştərilərlə bağlı məsələ fərqlidir: "Onların adına heç bir mülk olmadıqda və heç bir yerdə işləmədikdə, məhkəmə onun haqqında ölkədən çıxmaq qadağası qoyur. Məhkəmənin bu qərarı 30 il müddətində qüvvədə olur. Bu müddət ərzində vətəndaş ölkədən çıxa bilmir və işlə təmin olunan kimi onun gəlirinin 50 faizi icra məmurları vasitəsi ilə banka ödənilir. Bir sözlə, banka borcu olan vətəndaş gec-tez o borcu ödəməli olur".
 
sputnik.az

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM