Aprelin 4-də Şamaxı şəhərindəki Mədəniyyət Sarayında Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə “Torpaq uğrunda ölən varsa, Vətəndir!” adlı tədbir keçirilib. Şamaxı ictimaiyyəti nümayəndələrinin, hərbçilərinin, şəhid ailələrinin iştirak etdikləri tədbir 2016-cı ilin aprel döyüşləri zamanı həlak olan şamaxılı döyüşçülər – Samir Kaçayevin, Nazım Zəkərəyevin və Elşən Səmədovun xatirələrinə həsr olunmuşdu. Tədbiri giriş sözü ilə millət vəkili Elxan Süleymanovun Şamaxı rayonundakı səlahiyyətli nümayəndəsi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev açdı. Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra çıxış edən Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı şöbəsinin rəisi Nasir Qurbanov, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, ehtiyatda olan zabit, birinci Qarabağ müharibəsinin iştirakçısı Yalçın Şıxıyev ötən ilin aprelində erməni silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdikləri şücaətlərdən danışdılar.
Dəyanət Musayev iştirakçılara AVCİYA-nın layihəsi olan 1905.az portalının “1905.az kitabı” layihəsindən bəhs etdi və sözü bu layihə çərçivəsində çapdan çıxmış “Samir! Nazim! Elşən!” kitabının müəllifi Aida Eyvazlı Göytürkə verdi. Xatırladaq ki, kitaba yuxarıda adları çəkilən şəhidlərlə bağlı müəllifin Modern.az saytında dərc edilmiş yazıları daxil edilib. Aida Eyvazlı Göytürk kitab haqqında ətraflı danışaraq, Azərbaycanın qalibiyyət şəhidlərinin həyat yolu ilə bağlı məlumat verdi. Aida xanım “Samir! Nazim! Elşən!” kitabının ərsəyə gəlməsində göstərdiyi köməyə görə Elxan Süleymanova minnətdarlığını bildirdi. Samir Kaçayevin Çuxuryurd kənd tam orta məktəbində sinif rəhbəri olan Güntəkin Xummetov şəhid haqqında xairələrini bölüşdü, Nazim Zəkərəyevin atası Nadir Zəkərəyev tədbir iştirakçılarına minnətdarlığını bildirdi. Şamaxının millət vəkilinin dəstəyi ilə 2011-ci ildən keçirilən Mirzə Ələkbər Sabir Bədii Qiraət Müsabiqəsinin qalibləri xalq şairi Qabilin “Azərbaycan əsgəri” şeirini söylədilər. Tədbirin sonunda çıxış edən Şamaxının millət vəkili Elxan Süleymanov 2016-cı il aprel döyüşlərində əldə olunmuş qələbənin tarixi əhəmiyyətindən danışaraq, Azərbaycanın bu döyüşlərdə öz gücünü düşmənə və dünyaya bir daha sübut etdiyini və indiki vəziyyətlə heç vaxt barışmayacağını göstərdiyini qeyd etdi. Millət vəkili Şamaxı şəhidlərinin valideynləri qarşısında baş əydi və onların qanının yerdə qalmayacağını vurğuladı.
Tədbirdən sonra Şamaxıdakı Şəhidlər Xiyabanı ziyarət olundu və şəhid məzarlarının üzərinə gül dostələri qoyuldu.
Daha sonra Şamaxı şəhərindəki “Miras” Kitav Evində Aida Eyvazlı Göytürk “Samir! Nazim! Elşən!” kitabını oxucular üçün imzalayıb.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM