Bakının Sabunçu rayonunda 32 yaşlı qadın döyülüb. Hadisə Pirşağı qəsəbəsi, Yeni sahə adlanan yerdə baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Paşayeva Könül Vahid qızı evində naməlum şəraitdə döyülüb.
O, ağır bədən xəsarətləri alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsində araşdırma aparılır. Qadının vəziyyəti ağır olduğundan, onu dindirmək mümkün olmayıb. (“Report”)