DNT ekspertizası Peterburq metrosunda terror aktı törədən Akbarjon Cəlilovun şəxsiyyətini müəyyənləşdirib.
Strategiya.az bildirir ki, APA-nın verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
Onun sözlərinə görə, yaxın müddət ərzində A.Cəlilovun valideynlərinin iştirakı ilə tanınma proseduru keçiriləcək.
Hazırda istintaq Sankt-Peterburqda metroda partlayıcı qurğunu işə salan terrorçunun əlaqələrini araşdırır.
Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 14 nəfər ölüb.