Linza taxanların nəzərinə - Ağlamaq olmaz!

22:08 / 06.04.2017

Son zamanlar həm rəngli, həm də optik linzaların müxtəlif çeşidləri gözlərin rəngini dəyişmək, onlara parıltı, müxtəlif çalar verməklə yanaşı, eynəkləri də əvəz etməsi onlara olan tələbatı daha da artırır. Linzasevərlər çox vaxt bu həvəsi istədiyi göz rənginə sahib ola bilməklə izah edirlər. Linzalar həm də eynək taxmaq istəməyən və bunu özünə kompleks edən görmə qabiliyyəti zəif olan adamlar üçün də əvəzsizdir. Lakin linzaların müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də var. Belə ki, keyfiyyətsiz və ya istifadə və təmizlənmə qaydalarına düzgün riayət olunmayan linzalar gözlərdə müxtəlif infeksiyaların yaranmasına, görmə qabiliyyətinin itirilməsinə də səbəb olur.

Qeyd edək ki, Türkiyə və Amerika mətbuatının yazdığına görə, sözügedən ölkələrdə linzalar ucbatından görmə qabiliyyətini itirən xeyli insan var. Dünyada hər gün 3 nəfər linzadan düzgün istifadə etmədiyi üçün görmə qabiliyyətini itirir. Linzalarla bağlı problemlər onların keyfiyyətsiz və saxta variantlarının da bazarda yer alması ilə izah olunur.

Həkim konsultant Yazgül Abdiyeva Trend-ə bildirib ki, linzaların şəffaf, rəngli, çalar verən, qeyri-adi effektli, korrektə edən və optik növləri var.

O qeyd edib ki, şəffaf, çalar verən linzalar açıq rəngdə gözləri olanlara məsləhətdir: "Tünd gözlər üçün bu linzaların heç bir əhəmiyyəti yoxdur. Rəngli linzalar isə bütün göz rəngləri üçün münasibdir. Onların vasitəsilə istənilən göz rəngini tamam dəyişmək olar. Belə linza alarkən üzərində göz bəbəyinin kənar haşiyəsinin çəkildiyinə fikir vermək lazımdır. Əgər bu olmasa, gözlər çox süni görünəcək. Gözlərdə olan bəzi qüsurları, çatışmazlıqları gizlətmək üçünsə kosmetik linzalardan istifadə etmək olar. Korrektə edən rəngli linzalar isə həm gözə istənilən rəngi verir, həm də görmə qabiliyyətini korrektə edir. Müalicəvi linzalardan isə həm gözlərin müdafiəsi, həm də müalicəsi üçün istifadə olunur. Zövqə görə belə linzalar həm rəngli, həm də şəffaf ola bilər".

Y.Abdiyeva bildirib ki, linzaları seçərkən mütəxəssis məsləhətinə ehtiyac var.

Onun sözlərinə görə, linzanın rənginin yaraşdığını yoxlamaq üçün 1 günlük və ya 1-2 həftəlik istifadə üçün nəzərdə tutulan linzaları istifadə etmək daha münasibdir: “Bu müddət ərzində tanışlarınızın da fikirlərini nəzərə alıb linzanın rənginin sizə yaraşıb-yaraşmadığını dəqiqləşdirə bilərsiniz. Bəzən linzalar gözə düşmür və müxtəlif narahatlıqlar yaradır. Qısamüddətli linzaları almaqla az pul xərcləyərək bunu da yoxlamaq olar. Əgər linza gözünüzə uyğun gələrsə, həmin modeldə uzun müddət istifadə üçün nəzərdə tutulan linzalardan istifadə edə bilərsiniz”.

Y.Abdiyeva bildirib ki, linza istifadə edərkən yararlılıq müddətinə fikir vermək də vacibdir, çox vaxt istifadəçilər bu tarixləri qarışdırırlar: "Yararlılıq müddəti linza açılmayana qədər saxlaya bildiyin müddətdir. İstifadə müddəti isə linza açıldıqdan sonra hesablanır. Linzaların yararlılıq müddəti 2-3 il olsa da, istifadə müddəti fərqli ola bilər. Məsələn, 1 günlük, həftəlik, aylıq, 6 aylıq da linzalar olur. Belə linzalardan 1-3 il istifadə isə ciddi fəsadlarla nəticələnə bilər. Bütün bu göstəricilər isə linzanın qabında göstərilməlidir”.

Həkim qeyd edib ki, linza istifadə edərkən onları vaxtında çıxarmaq lazımdır: "Bu vaxt müxtəlif linzalarda fərqli ola bilər. Belə ki, rəngli linzaların istifadə müddəti adətən 7 saat olur. Linzaları göstərilən müddətdən artıq taxmaq və linza ilə yatmaq olmaz. Linzaları çıxarandan sonra xüsusi məhlul əlavə olunmuş qabına qoymaq lazımdır. Bununla yanaşı, linzaların suyu hər gün dəyişdirilməli, linzaların təmizlənmə qaydasına da düzgün riayət olunmalıdır. Bu barədə məlumat isə hər bir linzanın qablaşdırıldığı qutuda yazılı formada olmalıdır. Bəzən linzalardan gözlər qaşınır, yanır və ya ağrımağa başlayır. Belə olan təqdirdə linzaların saxlandığı mayeyə fikir vermək lazımdır. Ola bilsin ki, linzalar gözünüzə uyğun gəlsə də, saxlanıldığı maye ona uyğun deyil. Bu zaman mayeni dəyişmək olar. Gözlərdəki bu narahatlıq hədsiz həssaslıqla da izah oluna bilər. Yaxşı olar ki, bu cür problemlərlə üzləşəndə həssas gözlər üçün nəzərdə tutulan mayedən istifadə edəsiniz".

Y.Abdiyeva bildirib ki, linzalar yaxşı təmizlənmədikdə və düzgün saxlanmadıqda gözdə müxtəlif infeksiyalar əmələ gəlir: "Linzalar müxtəlif allergiyalı reaksiyalar, gözlərdə quruluq da yaradır. Yaxşı olar ki, linzalardan istifadə edən adam müntəzəm olaraq oftalmoloqa müraciət etsin. Ona görə ki, keyfiyyətsiz linzadan istifadə onun görmə qabiliyyətinə təsir edə bilər. Ən əsası isə linzalar istifadə müddəti bitdikdən sonra atılmalıdır. İstifadə və yararlılıq müddəti bitən linzalardan istifadə göz bəbəyinə zərər verir. İstifadəçilər nəzərə almalıdırlar ki, linzaların istifadə və saxlanma qaydalarına səhlənkarlıq, uzun müddət kompüterin qarşısında linza taxıb oturmaq da görmə qabiliyyətinə mənfi təsir göstərə bilər”.

Y.Abdiyeva əlavə edib ki, linzaların əksəriyyəti gözdə allergiyaya səbəb olur: “Gigiyena qaydalarına riayət olunsa da, estetik məqsədlərlə istifadə edilən kontakt linzalar gözlərdə allergiyanın yaranmasına səbəb olur. Oftalmoloqların fikrincə, estetik linzadan istifadə edən xanımlar mütləq həkim müayinəsindən keçməlidirlər. Çünki linza həmin insanın gözünə uyğun olmaya bilər və nəticədə kontakt linzaların tərkibində olan kimyəvi maddələr gözdə reaksiyaya girərək ciddi fəsadlara səbəb olar. Bəzi linza istifadəçiləri tənbəllik edərək yatarkən linzanı çıxarmağa ehtiyac görmürlər. Kontakt linzaları davamlı şəkildə, yəni yatarkən də istifadə etmək olmaz. Bu zaman gözün bəbəyində oksigen çatışmazlığı səbəbindən problem yarana bilər. Nəzərə almaq lazımdır ki, linzalar gözləri rahat “nəfəs almağa” qoymur. Üstəlik, davamlı şəkildə həm optik, həm də rəngli linzalardan istifadə gözün təbii özünü qoruma mexanizminin itirilməsi ilə nəticələnə və yaranan vəziyyət infeksiyalara yol aça bilər”.

Y.Abdiyeva bildirib ki, bəzi insanlar linzanı bir neçə dəfə taxandan sonra onların gözlərində qızartı, yanma hissləri yaranır: "Bu halda da linzalardan istifadə yolverilməzdir. Linzalar bəzi mikrobları özünə cəlb edir. Bu mikroblar iki gün ərzində çoxalaraq, gözün irinləməsinə səbəb olur. Əgər linza istifadəçisi gözündə qırmızı ləkələr müşahidə edərsə, mütləq həkimə müraciət etməlidir. Çünki bu mikroblar çoxaldığı təqdirdə 24 saata gözdə fasadlar yarada bilər. Bu mikroblar həmçinin, gözdə qaşınmaya da səbəb olur və bu zaman gözə dəyən ziyan daha da artır. Kontakt linza vasitəsilə gözə düşən virus orada inkişaf edir və bu zaman həkimə müraciət olunmadığı təqdirdə, görmə qabiliyyətinin itirilməsi ilə nəticələnə bilər”.

Həkim qeyd edir ki, başqasının linzasından istifadə etmək olmaz: "Linzanı eyni zamanda kran suyu və ya hər hansı bir su ilə təmizləmək olmaz. Linzalı halda suya girmək, yaxud ağlamaq olmaz. Bu zaman linza gözdən düşə və yararsız hala gələ bilər. Gözdə linzadan istifadə edən zaman hər hansı bir narahatlıq olduqda həkimə müraciət etmək vacibdir. Bəzən insanlar linzalarını bir-birinə verirlər. Bu zaman digər istifadəçinin gözündə olan problem, xəstəlik digərinə keçə bilər. Bu problemlərdən sığortalanmaq üçün yalnız öz linzalarınızdan istifadə edin”.//Trend


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM