XİN-dən Strategiya.az verilən məlumata görə, Nazir Elmar Məmmədyarovun Avropa Şurasının Nazirlər Komitəsinin 124-cü sessiyasında çıxış edib.
Cənab Prezident,
Zati-aliləri,
Xanımlar və cənablar,
Cənab Sebastian Kurz və onun Vyana və Strasburq şəhərlərindəki komandasını Avstriyanın Avropa Şurasının Nazirlər Komitəsindəki uğurlu sədrlikləri və bu görüşün gözəl Vyana şəhərində yüksək səviyyədə təşkil edilməsi münasibətilə təbrik etmək istərdim.
Baş katibin “Avropada insan hüquqlarının vəziyyəti, qanunun aliliyi və demokratiya” üzrə hesabatı hazırkı vəziyyətin ümumi qiymətləndirilməsi və bizim dəstəklədiyimiz yanaşmanı özündə əks etdirir və nöqsanların aradan qaldırılması üçün mümkün vasitələri təklif edir. Buna baxmayaraq, çox çox diqqətlə nəzərdən keçirilməli hesab etdiyimiz vacib bir məsələni vurğulamağı özümə borc bilirəm: hesabat Avropa Şurasının həll olunmamış münaqişə zonalarında nəzarət mexanizmlərinin, həmin ərazilərə edilən səfərlərdən sonra hesabatvermə prosedurları vasitəsilə gücləndirilməsinin zəruriliyini vurğulayır. Biz bütün Avropada insan hüquqları standartlarının tam şəkildə tətbiqinin təmin olunmasının əhəmiyyətini və münaqişə zonalarında məskunlaşmış əhalinin müdafiəsinin zəruriliyini anlayırıq. Lakin bu müddəa müvafiq üzv ölkələrin ərazi bütövlüyünə zidd olaraq asanlıqla sui-istifadə və manipulyasiya edilə bilən bir vəziyyətə gətirib çıxara bilər. Məhz bu səbəbdən biz, mürəkkəb həll prosesini daha da çətinləşdirə biləcək bu kimi həssas məsələlərdə son dərəcə ehtiyatlı olmalıyıq.
Qonşu Ermənistanın işğalla müşayiət olunan və davam edən təcavüzündən və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində törədilmiş etnik təmizləmədən əziyyət çəkən dövlət kimi Azərbaycanın möhkəm və qəti mövqeyi ondan ibarətdir ki, Avropa Şurasının nümayəndələrinin və onun monitorinq mexanizmlərinin münaqişə zonalarına səfərləri yalnız aidiyyəti dövlətin açıq-aydın razılığı əsasında həyata keçirilə bilər. Əks təqdirdə, bu səfərlər beynəlxalq hüququn normaları ilə ziddiyyət təşkil edəcək və qeyri-leqal addım kimi qiymətləndiriləcəkdir.
Cənab Sədr,
Azərbaycan ardıcıl olaraq çoxsaylı demokratik islahatları uğurla həyata keçirərək Avropa Şurasına daxil olma prosesində üzərinə götürdüyü bütün öhdəlik və tələbləri həyata keçirmişdir. Əminik ki, yeni qəbul olunmuş və tezliklə, Baş katibin Bakıya səfəri zamanı başlanacaq 2014-2016-cı illər üçün Avropa Şurası-Azərbaycan Fəaliyyət Planı, gələcək illərdə Azərbaycan ilə Avropa Şurası arasında uğurlu əməkdaşlıq üçün digər əhəmiyyətli alət olacaqdır.
Yekun olaraq qeyd etmək istərdim ki, Azərbaycan növbəti 6 ay ərzində Nazirlər Komitəsinə sədrlik etmək hüququna malik olacaqdır. Sədrliyimiz müddətində, yarandığı ildən bəri Avropa Şurası məqsədlərinin gələcəkdə inkişaf etdirilməsində əlimizdən gələn səyləri əsirgəməyəcəyik. Bu məqsədlə, biz bu günorta daha təfərrüatlı şəkildə təqdim edəcəyim sədrlik prioritetlərimizi müəyyən edərkən təşkilatın hazırkı siyasi gündəliyini və üzv dövlətlərin qarşılaşdığı təhdidləri nəzərə almışıq.
Diqqətinizə görə minnətdaram.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM