Onlar meymun yeyir, insanları öldürür, texnologiyadan istifadə etmirlər - ŞOK FAKTLAR - VİDEO

15:02 / 07.04.2017

Adaya yaxınlaşana oxlarla hücum edib öldürür və heç kimi yaxına buraxmırlar.



ARB TV-nin "Pəncərə" verilişində dünyanın qeyri-adi qəbilələrindən bəhs edən maraqlı sujet yayımlanıb.



Yəqin ki, tarixi oxuyanlar bilir, ilk insan qalıqlarına məhz Keniya və Tanzaniya bölgəsində rast gəlinib. Görünür, bu təsadüfi deyilmiş. Həmin qalıqların mənəvi nəvələri bu gün də canlı şəkildə bu tarixi missiyanı özləriylə daşıyırlar. Onlar Hadza qəbiləsi adlanır və Eyasi gölü ətrafında məskunlaşıblar. Nə telefon, nə avtomobil, nə kompyuter – müasir sayılan heç nədən istifadə etmirlər, hətta xəbərsizdirlər. Günləri isə ov ovlayıb quş quşlamaqla keçir. Kəskin isti iqlimdə yaşayan Hadzalıların tarixi 1000 il əvvələ gedib çıxır. Elmi şərtlərlə hesablasaq, onlar bu günümüzə belə formada gəlib çıxmamalı idilər. Amma onlar 21-ci əsrin 2017-ci ilində də ulu babalarının miras qoyduğu həyat tərziylə yaşayırlar. Onların dili dünyanın ən qədim dillərindən biri hesab oluna bilər. Sayları isə o qədər də çox deyil. Bu gedişlə ən balaca hadzalılar da böyüyüb öz atalarının yolunu davam etdirəcəklər. Çünki gözlərini açıb başqa heç nə görmürlər.



Bununla yanaşı, Braziliyanın Amazon meşələrində kök salmış adamlar da Dessana qəbiləsinin nümayəndələridir. Braziliyanın paytaxtından 5 min km uzaqlıqda yaşayan qəbilə üzvləri adlarına layiq şəkildə ömür sürürlər. Yəni texnologiyadan uzaq və təbiətlə baş-başa. Bu bölgəyə yalnız Manaus şəhərindən gəmi vasitəsilə getmək mümkündür. Ona görə də aktiv və müasir sivilizasiya ilə əlaqələri demək olar ki, kəsilib. Yeganə ziyarətçiləri Brazliyaya gələn macərapərəst turistlər olur. Dessana camaatı özlərinə məxsus geyim, aksesuar və rəng kampazisiyası ilə seçilir. Qidalarını birmənalı olaraq təbiətdən əldə edirlər. Heç bir dükan-market-satıcı-pul üzü görmürlər. Təbiətlə bu cür iç-içə yaşayıb torpaq rəngi alsalar da, qızları öz təbii gözəlliyini itirməyib. Digər qəbilələrdən fərqli olaraq müasir insanlara qarşı çox mehriban və qonaqpərvərdirlər. Bir də özlərinə məxsus rəqs ritualları var. Bəlkə də onları tarixin ucu-bucağı görünməyən əsrlərindən bu günümüzə qədər gətirib çıxaran da elə bax bu mənəvi qidaları sayılan musiqiləridir. Ürəyi zəif olanlar bir neçə saniyəlik gözlərini və qulaqlarını yumsunlar – deməli meşədə, ağaclarda yaşayan qurdlar qəbilə üzvlərinin sevimli qəlyanaltılarından sayılır. Onlar bu qurdları diri-diri yeyərək nahara qədər mədələrini aldadırlar.



Ekvador – qədim Cənubi Amerika dövləti. Qədimliyinin sübutu isə günü bu gün də tarixi keçmişi özündə qoruyan Huaorani qəbiləsidir. Ekvadorun yağışlı meşələrində yaşayırlar. Əsas məşğuliyyətləri ovçuluqdur. Meşədə yaşayasan, ov etməyəsən, bax bu günah olar. Özü də onları digər qəbilələrdən fərqləndirən əsas xüsusiyət – onlar meymunla qidalanırlar. Boruşəkilli silahlarıyla ova çıxaraq ağaclarda gəzən meymunları ox atəşinə tutur və beləcə şikarını tutub tonqalda bişirib yeyirlər. Qəbilə üzvlərinin sayı 4000 civarındadır. Maraqlıdır ki, onların dilini o boyda Ekvadorda başa düşən yoxdu. Gecələri gündüzləri ağaca dırmaşmaqla keçdiyindən ayaqları təkamül keçirib. Bəzilərinin 6 barmaqlı ayağa sahibdir. Bu qəbilə də turistlərə qarşı mehriban davranır. Hətta öz əşyalarından onlara sataraq pul da qazanırlar. Amma pulu hara xərcləyirlər, bax orası sual altındadı.



İlk dəfə təyyarə uçuşu zamanı aşkar edilmiş bu qəbilənin həmin tapıntıdan xatirə qalmış bir videosu da var. Deməli meşə üzərindən təyyarə keçdiyini görən huorani sakinləri ilk dəfə belə bir nəqliyyat vasitəsi gördükləri üçün heyranlıqla havaya baxırdılar. Və onların bu heyranlığı kameralara da yansıyıb.

Bir özəllikləri də odur ki, qulaqlarında böyük bir dəlik açaraq içinə daş qoyurlar. Qulağınızı çəkib “bizdən iraq” deməyin. Onlara görə bu əksinə gözəllik əlamətidir. Kişi ayağından, qadını qulağından sevirlər.



Və sonuncu fərqli sivilizasiyaya keçid alırıq. Onlar Hindistan yaxınlığında, Hind okeanındakı Andaman adalarında yaşayırlar. Qəbilə belə adlanır: Carava. Onlar da müasir dünya insanlarına qarşı mehribandırlar. Amma açıq aşkar bildirirlər ki, turistlər, jurnalistlər, antropoloji alimlərin gəlib getməsindən beziblər. Maraqlıdır ki, onlar fərqli olduqlarını dərk edir, müasir texnologiyadan xəbərdardılar. Amma bu yenilikləri həyatlarına tətbiq etmək istəmirlər. Dediklərinə görə, onların 10 min il əvvələ dayanan qədim kökləri var və nəslin adını batırmaq olmaz.



Jurnalistlər nə qədər and aman eliyirsə, Andaman adalarının bu fərqli cəmiyyəti yeniliyə qarşı qapanıb durur. Andamanın yaxınlığındakı Şimali Sentinel adasının sakinləri isə artıq əsrlərdir ki, qapanıblar. Adaya yaxınlaşana oxlarla hücum edib öldürür və heç kimi yaxına buraxmırlar. Uzun illərdir ki, Hindistan dövləti bu adayla mehriban münasibətə keçməyə can atır amma hər dəfə əli ətəyindən uzun geri dönür.




Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM