"Qoç döyüşü" planı - İki dünya nəhəngi üz-üzə qoyulur

09:48 / 08.04.2017

"Suriya prezidenti Bəşər Əsəd Rusiyanı növbəti dəfə Amerika ilə üz-üzə qoymaq istəyir. Çünki nə qədər ki, Rusiya Suriyada Amerikaya müqavimət göstərir, Əsədin hakimiyyəti bir o qədər möhkəmlənir. Onun əsas məqsədi öz nüfuzunu bərpa etməkdir ki, bunu da Rusiyanın əli ilə edir. Amma indiki halda kimyəvi silahın tətbiqi Rusiyanı da pis vəziyyətə qoyub. İnanmıram ki, Rusiya bundan sonra Əsədi kor-koranə dəstəkləsin. Digər tərəfdən, Rusiya Əsədi ələ də verə bilmir. Çünki ortalıqda onu əvəz edə biləcək başqa güclü rəhbər yoxdur. Həm də Rusiya Suriyadakı hərbi əməliyyatda məhz Əsədin köməyi ilə iştirak edir. Əsəd də bunu bilir. Beləcə çox qəliz bir vəziyyət yaranıb".

Bu barədə Milli.Az-a beynəlxalq məsələlər üzrə ekspert, "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri İlqar Vəlizadə ABŞ-ın Suriyaya Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi bəhanəsi ilə raket zərbələri endirməsinin gizli məqamlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, yaxın tarixə salınsa, görmək olar ki, Suriya ilə bağlı məsələlərdə 3-cü tərəfin müdaxiləsi Amerika-Rusiya münasibətlərinə həmişə mənfi təsir göstərib: "Ötən il ABŞ və Rusiya arasında atəşkəs barədə 2 dəfə razılıq əldə edilib. Hər dəfə də bu razılaşma pozulub. Amma onların pozulmasında nə Rusiya, nə də Amerika maraqlı olmayıb. O vaxt güman edilirdi ki, bu razılığı məhz Suriya, yəni Bəşər Əsəd hakimiyyəti pozmağa cəhd göstərir. Çünki bu razılaşmalar onun marağına cavab vermirdi. Rusiya və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri görüşür, müzakirələr aparırdılar. Əsas mövzu da Suriya məsələsidir. Əlbəttə ki, iki ölkə prezidentlərinin görüşü də bu dialoqdan asılı idi və bu məsələ gündəmdə idi. Yəni bu ölkələr konstruktiv münasibətlərin qurulması istiqamətində səy göstərirlər. Lakin 3-cü tərəf, böyük ehtimalla bunu Bəşər Əsəd hesab etmək olar, bu dialoqu istəmir. Təbii ki, bu dialoqun baş tutmamasında İran da maraqlı deyil. Amma indiki halda vurğu daha çox Əsədin üzərinə düşür".

Ekspert kimyəvi silahdan niyə məhz indi istifadə edilməsi ilə bağlı mülahizələrini də açıqlayıb: "Bir müddət əvvəl Amerika rəsmiləri Rusiyanın da maraqlarını nəzərə almaqla ilk dəfə olaraq bəyan etdilər ki, Əsədin devrilməsi onlar üçün əsas məqsəd deyil. Hər halda bu ərəfədə. Bu da konstruktuv dialoqa əsas yaradan bir amil idi və bunun üçün zəmin yaranırdı. Çox maraqlıdır ki, məhz bu ərəfədə kimyəvi silahdan istifadə edildi. Əslində bu, heç kimə lazım deyildi. Görünür, burada hansısa 3-cü tərəf prosesə kənardan müdaxilə edir və istəyir ki, ABŞ və Rusiya arasında Suriya ilə bağlı qarşıdurma davam etsin. Kimyəvi silahın digər qrupların əlində olması və ondan istifadəsinə gəlincə, bu, inandırıcı deyil. Əgər belə bir imkanları olsaydı, bundan əvvəllər də istifadə edərdilər.

 
 

Ümumiyyətlə, ABŞ-ın öz siyasətini dəyişməsi ilk baxışdan onu göstərir ki, Amerika Əsədi bu konfliktdə əsas qüvvə kimi tanımır və əsasən İŞİD-in məhvinə çalışır. Çox güman ki, Əsəd bu kimyəvi silah hücumu ilə bir daha öz mövcudluğunu göstərməyə çalışır və bildirir ki, onu indidən silmək, əsas fiqur kimi qəbul etməmək düzgün deyil və burada vəziyyətə məhz o nəzarət edir. Yəni bu kimyəvi silah tətbiqi bir növ həm də Əsədin onu saymayanlara mesajı ola bilər. ABŞ da belə vəziyyətdə dərhal siyasi aksenti dəyişdi və indi yenə də Əsədin hakimiyyətdən uzaqlaşdırılması gündəmə gəlib. Artıq hamı anlayır ki, Əsəd burada bir əngəldir, konstruktiv "oyunçu" deyil və ona qarşı başqa cür hərəkət etmək mümkün deyil".

Politoloqun fikrincə, ABŞ-ın raket zərbələrinə cavab olaraq Rusiyanın hansı addımlar atacağı bəlli deyil: "Bundan sonra Rusiyanın radikal addımlar atıb-atmayacağı dəqiq bilinmir. Məlumdur ki, Rusiya ABŞ-ın Suriyaya zərbə endirməsini kəskin pisləyir. Digər yandan Rusiya yaxşı başa düşür ki, belə çox davam edə bilməz. Hər dəfə onlar Amerika ilə razılığa gəldikdə nəsə belə xoşagəlməz hadisə baş verir. Onlar çox gözəl bilir ki, bütün bunları kim və nə üçün edir".

İ.Vəlizadə qeyd edib ki, hadisələrin sonrakı inkişafında iki paralel proses müşahidə oluna bilər: "Birincisi, Amerika-Rusiya prosesidir. Məncə yenə də gərginlik müşahidə olunacaq. Artıq bunun əlamətləri var. Digər proses Rusiya-Suriya münasibətləridir. Burada Rusiya tərəfdən müəyyən düzəlişlər, dəyişikliklər ola bilər. Yəni gündəliyə Əsədin taleyi ilə bağlı məsələlər çıxarıla bilər. Bu isə Rusiya-Suriya münasibətlərində müəyyən gərginliyə gətirib çıxara bilər. Burada İran faktorunu da nəzərə almaq lazımdır. Belə ki, İran qeyd-şərtsiz Əsədi dəstəkləyir. Ona görə də vəziyyətin bu cür inkişafı İranın marağındadır. Qısası, Rusiya özü də istəmədən bu cür vəziyyətə düşüb. O müttəfiqlərini özü seçməyib. Sadəcə geosiyasi vəziyyət bunu belə diktə edib. Amma müttəfiqlər artıq Rusiya siyasəti üçün konstruktiv rol oynamır". 

İlkin İzzət


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM