Samuxda 5 otaqlı evdə yanğın olub.
Strategiya.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Samux rayonu, Lək kəndində vətəndaşa məxsus ümumi sahəsi 147 m2 olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 147 m2, 2 otağının yanar konstruksiyaları 56 m2 və otaqların döşəməsi 1 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.