Yoluxucu xəstəliklər hazırda dünyanın ən qlobal problemlərindən biridir. Demək olar ki, hər il yeni bir yoluxucu xəstəlik əmələgəlir və bundan nə qədər insan tələf olur. Yoluxucu xəstəliyə yoluxma sadəcə öskürək, toxunma, öpüşmə və hətta nəfəsdən belə keçir. Ona görə bizlər adətən ayıq olmağa çalışırıq ki, onlara məlum olan yoluxucu xəstəliyə yoluxmuş xəstələrdən uzaq duraq. Ancaq həyatımızı təhdid edən bu xəstəliklər bizim güman etdiymizdən də təhlükəlidir və yuxarıda qeyd edilən hərəkətləri etməsək belə təhlükədən sovuşmuş sayılmarıq.
Çünki risk qulağımızın dibindədir, infeksiya hər yerdədir.
Dünya üzrə sağlamlıq ekspertləri həyəcan təbili çalırlar ki, yoluxucu xəstəliklər, demək olar, nəzarətdən çıxmış vəziyyətdədir. Qlobal yoluxucu xəstəliklər - SARS, donuz qripi, Ebola və Zika hazırda dünyada nə qədər insanın ölümünə səbəb olub.
Strategiya.az musavat.com-a istinadən bildirir ki, 2014-2016-cı illərdə Ebola epidemiyasına 28 000 nəfər yoluxub, bunlardan 11 000 nəfəri ölümlə nəticələnib. Bu ilin mart ayının 10-a qədər 84 ölkədə Zika virusu aşkar edilib. Bu xəstəlik 1940-cı ildə aşkar edilib, ilk dəfə 2007-ci ildə Mikronezya ölkəsində yayılsa da 2015-ci ilin sonlarından etibarən dünyada yayılmağa başladı.
Hər dəfə kütləvi yoluxma halları gözlənilmədən başlayır, onun yayılmasının qarşısını almaq çətin olur.
Ekspertlər yekdilliklə bildirirlər ki, növbəti epidemiya gözlənilmədən olacaq və bu qaçınılmazdır.
Cimmi Vaytvörs (Jimmy Whitworth), Gigiyena və Tropikal Tibb üzrə London Məktəbinin beynəlxalq ictimai səhiyyə professoru, bildirib ki, infeksiya xəstəlikləri sərhəd tanımır. Dünya Səhiyyə Təşkilatı hər ay müxtəlif yerlərdə bir xəstəliyin peyda olduğunu görür və buna qarşı mübarizə aparır. "Bunun qarşısını almaq çox çətindir" - professor deyib. O əlavə edib ki, modern həyat bizi yoluxucu xəstəliklərin ağuşuna atır.
Cnn.com saytı ekspertlərə istinadən aşağıdakı səbəblərdən dolayı yoluxucu xəstəliklərin sürətlə yayıldığını yazır:
1. Əhali artımı və urbanizasiya
Şəhər həyatı - hər kəsə məlumdur ki, insanlar burada sıx şəkildə yaşayır, bir-birinə daha yaxın təmasda olurlar və bu əsas səbəblərdən bir hesab edilir. Əhali artdıqca şəhərlərin sayı da artır. BMT-nin məlumatına görə 2050-ci ilə qədər dünya əhalisinin 66%-i şəhərlərdə yaşayacaq.
Qlobal Səhiyyə Təhlükəsizliyi Mərkəzinin rəhbəri Devid Heymen məlumat verir ki, şəhər əhalisi artdıqca sanitariya məsələlərini həll etmək çətinlik törədir. İnsanların yaxın təmasından əlavə, bu da infeksiyanın ikinci səbəbidir. 3-cü səbəb isə ərzağa olan təlabatdır. Ərzaq çatışmazlığının olmaması üçün daha çox qida və heyvan yetişdirilir. Vərəm, yuxu xəstəliyi, quş qripi də daxil olmaqla, heyvanlar bir çox xəstəliklərin səbəbkarıdır. Xüsusən də həm şəhər və kənd məskənlərində gediş-gəlişdə olan şəxslər potensial xəstəlik daşıyıcıları hesab edilir.
2. Yeni yaşayış məskənlərinin salınması
Əhali artdıqca bu qaçılmaz olur. İnsanlar meşələri qırıb bu ərazilərdə yaşayırlar. Yeni məskənlər salındıqca da onlar yeni heyvanlarla təmasda olur və yoluxurlar.
"Məsələn, lassa qızdırması ona görə peyda olub ki, insanlar meşədə yaşayır və onu qırıb əkin əkirlər" - ekspert bildirib. Lassa qızdırması xəstəliyə yoluxmuş siçanların nəcisi ilə yayılır. İnsanlar meşədə istər-istəməz bunlarla təmas edirlərsə yoluxurlar. Bu xəstəlik adətən Qərbi Afrikada yayılsa da 2016-cı ildən Nigeriyada da qeydə alınıb. Professor Heymen bildirir ki, meşələr qırıldıqca heyvanlar məcburən insanların evlərinə sığınırlar. Onlar ac qalmamaq üçün ərzaqları yeyir. Lassa virusu daşıyan gəmiricilər bu yolla insanları yoluxdurur. Bu xəstəlik insanlar arasında təmas yolu ilə yayılır və qanaxmalarla müşayiət olunan yüksək hərarətə səbəb olur.
3. İqlim dəyişikliyi
İqlim dəyişikliyi nə qədər daşqınların baş verməsinə səbəb olub. Ən çox su ulə yayılan bağırsaq xəstəlikləri bu vasitə ilə artır. "Daşqınlar sürətlə artmaqdadır" - eksper deyib. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə 2030-205- ci illər arasında iqlim dəyişikliyi dünyada 250 000 xəstəliyin yaranmasına gətirib çıxaracaq. Ağcaqanadlar bu xəstəliklərin daşıyıcısı olacaq. Professor Vaytvörs deyir ki, Anqola 350 nəfər sarı qızdırma xəstəliyinə yoluxub. O qeyd edib ki, Anqoladan Çinə geri dönən yoluxmuş işçilər özləri ilə bu xəstəliyi ölkəsinə gətirir.
4. Qlobal səyahət
"Biz həm də artan səyahətlərə görə də zəifik"- Vaytvörs deyib. 2015-ci ildə beynəlxalq turizm rekord saya çatıb. BMT Dünya Turizm Təşkilatının verdiyi məlumata görə, 2015-ci ildə 1.2. milyard turist səyahət edib. Bu rəqəm 2014-cü ilə nisbətdə 50 milyon dəfə yoxdur.
Məsələn, SARS (ciddi ani inkişaf edən tənəffüs çatışmazlığı sindromu) xəstəliyi güman edilir ki, Çindən Xuanq Xinçuya oradan da Honq-Konqda ailəsini ziyarət edən Liu Jianluin tərəfindən yayılıb. O, oteldə olduğu insanları və öz ailəsini də bu xəstəliyə yoluxdurub. Sonradan o xəstəxanaya yetişdirilsə də ölüb. 4 ay sonar isə eyni simptomla Honk-Konqda 4000 hal müşahidə edilib, bunlardan 550 nəfəri ölüb. Dünya üzrə isə 8000 nəfər bu xəstəliyə yoluxub.
Lakin ekspertlər bildirir ki, xəstəlikləri təkcə insanlar yaymır. Bu ölkələr arası hərəkət edən həşəratlar, heyvanlar və ərzaqlar vasitəsilə də yayılır. Ona görə də ölkəyə idxal edilən hər bir ərzaq ciddi rejimdə tədqiq edilməlidir.
5. Konfliktlər
Əgər səhiyyə sistemi düzgün şəkildə işləmirsə, deməli, burada xaos var, ekspertlər bildirir. Heymenin dediyinə görə, gigiyenanın təmin edilməməsinin açıqlaması ola bilməz. Ölkədə konflikt varsa, müharibə varsa bunu təmin etmək çətindir. Belə bir şəraitdə sanki insanlar xəstəliklərin qarşısında diz çökürlər. 2014-cü ildə Qvineya, Liberiya və Syerra Leone ölkələrində vətəndaş müharibəsindən dolayı yaranan vəziyyətdə ebola xəstəliyi baş alıb getdi. İqtisadiyyat və səhiyyə sistemi məhv olduğundan xəstəliyə qarşı mübarizə aparmaq mümkünsüz idi. İnsanlar konflikt zonalarından qaçırdılar və xəstəliyi də özləri ilə bərabər yayırdılar. Ekspert Heymen deyir ki, əgər yoluxucu xəstəlik yerli olaraq qalırsa o, elə oradaca məhv olub gedir. Buna misal olaraq, Heymen qeyd edilən ölkələrin qonşuluğundan olmasına baxmayaraq Konqo Demokratik Respublikasında Ebolanın öhdəsindən gəlindiyini göstərib.
6. Həkim və tibb işçilərinin yoluxucu xəstəliklər olan yerlərdə çatışmazlığı
Ekspertlər buna diqqət edərək deyir ki, əhalini müalicə etmək üçün belə yerlərdə tibbi heyət çatışmır, nəinki səhiyyə sistemi olsun. Çünki həkimlər və səhiyyə işçiləri daha yaxşı yerlərə gedib çalışırlar. Bunun qarşısını almaq üçün isə ekspertlər səhiyyə miqrasiyasının önəmini vurğulayır. Treninqlərin keçirilməsi, yeni heyətlərin yaradılması, proqramlar təşkil edilməsi ilə səhiyyə işçilərinin bu ərazilərdə fəaliyyət göstərməyə sövq edilməlidir deyə onlar həll yolunu göstərir.
7. Yanlış informasiya
İnformasiya əsrində insanlar hər şeydən anında xəbərdar olurlar. Məsələn harada hansı xəstəlik yayılıb anında məlumat əldə edilir. İnsanlar müəyyən xəstəliyi eşidən kimi tez onun simptomlarını araşdır və nə olduğunu bilmək istəyirlər. Ekspertlər bir yandan buna müsbət yanaşsa da qeyd edirlər ki, internetdə yayılan hər məlumat düzgün deyil. Həmçinin əhalidə qorxunun yaranmasına da səbəb olur. Elmi Məsləhət Komitəsinin sədri Mark Feynberq deyib ki, yenicə yaranan Epidemiyaya Hazırlıq Yenilikləri Koalisiyasının məqsədi yayılan yoluxucu xəstəlikləri araşdırmaq və onların qarşısını almağa çalışmaqdır.
"Biz daha yaxşısını etməliyik. İnsanların sorğularına cavab verməkdənsə əvvəlcədən xəstəliyə qarşı mübarizə aparmalıyıq" - Frenberq deyib. O, yoluxucu xəstəliklərə qarşı peyvəndlərin təkmilləşdirildiyinin və yenilərinin də hazırlanmasının vacibliyini vurğulayıb. "Biz hədəfdən çox uzaqda olsaq da, mən ümidliyəm" - Koalisiyanın rəhbəri deyib.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM