Ölkənin müdafiə naziri vəzifəsini tutmuş birinci ispan qadını Karme Çakona 47 yaşında dünyasını dəyişib.
Virtualaz.org ispan nəşri El Mundo-ya istinadən bildirir ki, onun meyiti bazar günü axşam saat 19.30-da Madriddəki mənzilində aşkarlanıb.
Qohumları zənglərə cavab vermədiyi üçün onun mənzilinə polis, təcili yardım və yanğınsöndürənlər briqadası çağırıblar.
İlkin versiyaya görə, ölüm təbii səbəblərlə bağlıdır. Bildirilir ki, sabiq nazirin ürəklə bağlı ciddi problemləri var imiş.
Strategiya.az