Ötən gecə Əfqanıstan təhlükəsizlik qüvvələri ölkənin şimalında İŞİD terror qruplaşmasının liderlərindən biri olan “Şir” ləqəbli Kari Şer Məhəmmədi məhv edib.
APA-nın verdiyi məlumata görə, bunu Əfqanıstanın Sari-Pul əyalətinin qubernatoru Məhəmməd Zahir Vahdat Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.
Əməliyyat zamanı terrorçunun 3 mühafizəçisi də məhv edilib.